Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Türkiyə konstitusiyası dəyişdirilə bilər

“Konstitusiyanın dəyişdirilməsi mümkündür”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay “A Haber”ə müsahibəsində deyib.

O bildirib ki, konstitusiyanın dəyişikliyi ilə bağlı müxalifətlə müzakirələri davam etdirirlər: “Müxalifətin fikirlərini öyrənirik. Dediyim kimi, işlərimiz davam edir. Layihələr təklif edildikdən və ortaq məxrəcə gəldikdən sonra bu, mümkündür”.

F.Oktayın sözlərinə görə, konstitusiya dəyişikliyinin 2023-cü ildə həyata keçirilməsi istisna deyil.

Vitse-prezident bildirib ki, bundan sonra nəinki konstitusiyanın dəyişdirilməsi, digər yeniliklər də mümkündür: “Bizi müxalifətdən fərqləndirən əsas amil budur. Biz gələcəyə baxırıq”.

F.Oktay qeyd edib ki, hakim Ədalət və İnkişaf Partiyası yerli idarəetmə orqanlarına 2024-cü ildə baş tutacaq seçkilərə hazırlaşır: “Prezident seçkilərinin həm birinci, həm də ikinci turundan nəticə çıxarmağa çalışacağıq”.

Qeyd edək ki, 1980-ci il sentyabrın 12-də Türkiyədə ordu dövlət çevrilişi edib. 1982-ci ildə ümumxalq səsverməsi ilə ölkənin yeni konstitusiyası qəbul olunub. Vətəndaşların 91,37 faizi yeni konstitusiyanın lehinə səs verib.

Check Also

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Boyukmillet.com xəbər verir ki, bu …