Estoniya Avropa İttifaqının digər ölkələrində verilmiş vizalarla rusları ölkəyə buraxmamağı planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Urmas Reynsalu bildirib. “Hazırda Estoniyada Avropa Birliyinin digər ölkələrində verilmiş vizalarla Estoniyaya girişi qadağan edən bir həll hazırlanır. Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyi gələn həftə Estoniya tərəfindən verilməmiş Şengen vizası olan Rusiya vətəndaşlarının ölkəyə buraxılmaması barədə mümkün …
Read More »Kanada Ukraynaya 350 milyon dollar kredit verib
Kanada hakimiyyəti qışda istiliyə görə yanacaq almaq üçün Ukraynaya 450 milyon Kanada dolları (350 milyon dollar – Red) məbləğində kredit ayırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Kanada Maliyyə Nazirliyinin rəhbəri və baş nazirin müavini Kristi Frilandın bəyanatında bildirilib. “Bu gün baş nazirin müavini və maliyyə naziri Xristiya Friland qışdan əvvəl isitmə üçün lazım olan yanacağın alınmasına görə Ukraynaya 450 …
Read More »Çin və Tailand Hərbi Hava Qüvvələrinin birgə təlimləri başlayıb
Tailand Kral Hərbi Hava Qüvvələrinin Udorn bazasında Tailand və Çin Hərbi Hava Qüvvələrinin “Şahin zərbəsi 2022” kod adlı birgə təlimləri başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “China.org.cn” məlumat yayıb. Nəşrin məlumatına görə, təlimlərdə Çin tərəfində qırıcı, qırıcı-bombardmançı və erkən xəbərdarlıq radar (AWACS) təyyarələri, Tailand tərəfindən isə qırıcı və erkən xəbərdarlıq radar təyyarələri iştirak edir. Manevrlər zamanı hava dəstəyi, yer …
Read More »Blinken: “İran dövlət qurumlarının Rüşdiyə qarşı zorakılıq çağırışı iyrəncdir”
İran dövlət qurumları ardıcıl olaraq Nyu-Yorkda hücuma məruz qalan britaniyalı yazıçı Salman Rüşdiyə qarşı zorakılığa çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir. Onun sözlərinə görə, Rüşdi insan haqlarının davamlı müdafiəçisi olub. “Hüquq-mühafizə orqanlarının əməkdaşları hücumu araşdırarkən yadıma nifrət nitqi və zorakılıq çağırışları da daxil olmaqla, bu hüquqları pozmağa çalışan bədxah qüvvələr düşür. İranın dövlət …
Read More »ABŞ-da 44 min avtomobilin katalizatorunu oğurlayan dəstə ifşa edilib
ABŞ-da Oreqon ştatının Biverton şəhərində polis avtomobillərdən 3000-dən çox katalizator oğurlayan cinayətkar dəstənin 14 üzvünə qarşı ittiham irəli sürüb. Boyukmillet.com xəbər verir ki, bu barədə KGW8 telekanalı məlumat yayıb. Qeyd olunub ki, bahalı avtomobil hissələrinin kütləvi oğurlanması ilə bağlı istintaqa 2021-ci ilin sonunda başlanılıb. Səkkiz ünvanda aparılan axtarışlar nəticəsində 3000-ə yaxın katalizator, bir neçə yüz min dollar nağd pul və …
Read More »Sanksiyalara görə 10 Rusiya təyyarəsi Almaniya aerodromlarından buraxılmır
Avropa İttifaqının Rusiya təyyarələri üçün hava məkanını bağlamasından beş aydan çox vaxt keçsə də, Rusiyaya məxsus on təyyarə hələ də Almaniya aerodromlarındadır. Boyukmillet.com xəbər verir ki, bu barədə Almaniya Federal Nəqliyyat Nazirliyi məlumat verib. Qeyd olunub ki, sanksiyalara görə təyyarələr havaya qalxma və uçuş qadağasına məruz qaldığı üçün sahibi tərəfindən istifadə oluna və başqa yerə daşına bilməz. Nəqliyyat Nazirliyinin məlumatına …
Read More »Zelenski: “Rusiya şantajla heç nəyə nail ola bilməyəcək”
Ukrayna terrorun hər təzahürünə, bütün hücumlara cavab verməlidir. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski əhaliyə videomüraciətində bildirib. Onun sözlərinə görə, Ukrayna həmişə sülhə can atıb, dəfələrlə müxtəlif danışıqlar formatlarında Rusiya rəhbərliyinə müharibəni dayandırmağı və Ukrayna torpaqlarını işğaldan azad etməyi təklif edib. “Rusiya öz təbliğat illüziyalarının əsarəti altındadır və hələ də ümid edir ki, guya müxtəlif şantaj formaları …
Read More »Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 186 nəfərə çatıb
Pakistanın Bəlucistan əyalətində mövsümi daşqınlar nəticəsində 186 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Dunya News” məlumat yayıb. Məlumata görə, son bir neçə həftə ərzində Bəlucistanda yağan yağışlar və daşqınlar nəticəsində 85 kişi, 45 qadın və 56 uşaq həlak olub. Məlumata görə, daşqınlar səbəbindən təkcə son sutka ərzində daha 10 nəfər ölüb. Təbii fəlakət zamanı habelə daha 75 nəfər …
Read More »Bayden Salman Rüşdiyə sui-qəsd cəhdindən sarsılıb
ABŞ Prezidenti Cozef Bayden deyib ki, o və həyat yoldaşı Cill Nyu Yorkda yazıçı Salman Rüşdiyə edilən hücumdan sarsılıblar. “Cill və mən Salman Rüşdiyə qarşı vəhşicəsinə hücum xəbərindən sarsıldıq və kədərləndik. Biz bütün amerikalılarla və dünyadakı insanlarla birlikdə onun sağlamlığı və sağalması üçün dua edirik”, – Amerika lideri bildirib. Bayden təhlüksəzilik xidmətinin əməkdaşlarına hadisəyə ilk müdaxilə etmələrinə, Rüşdiyə kömək göstərənlərə …
Read More »İsraildə atışma zamanı 7 nəfər yaralanıb
İsraildə “Ağlama divarı” yaxınlığında atışma nəticəsində 7 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Times of Israel” hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, zərərçəkənlərdən ikisi ağır yaralanıb. Yaralıların hamısı xəstəxanaya çatdırılıb. Qeyd edilir ki, atışma “Ağlama divarı”na aparan yol ilə hərəkət edən avtobusda, həmçinin kral Davudun məzarının yanındakı dayanacaqda olub. Cinayət törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçıb. Qəzet …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
