Bazar ertəsi , 12 Yanvar 2026

Digər ölkələr

ABŞ raket hücumu barədə peyk xəbərdarlıq sistemini işə salır

Avqustun 4-də ABŞ-ın yeni nəsil GEO 6-nın raket hücumu xəbərdarlığı sisteminin daha bir peykinin orbitə buraxılması planlaşdırılır. Boyukmillet.com  “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “United Launch Alliance” (ULA) operator şirkəti məlumat yayıb. Raket buraxılışı RD-180 mühərriki ilə təchiz edilmiş Atlas V daşıyıcısı ilə həyata keçiriləcək və bu gələn həftənin cümə axşamı Floridadakı “Cape Canaveral” Hərbi Hava Qüvvələri bazasından səmaya …

Read More »

Ağ Ev: Bayden Çin rəhbərinə ABŞ-ın Tayvanla bağlı mövqeyinin dəyişmədiyini təsdiqləyib

ABŞ Prezidenti Cozef Bayden Çin lideri Si Szinpinə telefonla Birləşmiş Ştatların Tayvanla bağlı mövqeyinin dəyişmədiyini təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir. “Prezident Bayden Tayvandan danışarkən vurğuladı ki, ABŞ-ın siyasəti dəyişməyib, Birləşmiş Ştatlar qəti şəkildə status-kvonu dəyişdirmək və ya Tayvan boğazında sülh və sabitliyi pozmaq üçün birtərəfli cəhdlərə qarşıdırlar”, – Ağ Evin bəyanatında deyilir. Həmçinin qeyd …

Read More »

Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib

Türkiyənin Milli Kəşfiyyat İdarəsi İraqın şimalında yerləşən Süleymaniyə bölgəsində növbəti antiterror əməliyyatı keçirib. Boyukmillet.com xəbər verir ki, nəticədə PKK terror qruplaşmasının rəhbərliyində təmsil olunan Hatice Hezer məhv edilib. Terrorçu PKK-nın “şura” üzvü kimi fəaliyyət göstərirmiş. Əməliyyatın detalları açıqlanmayıb.

Read More »

Konqresmen: “Ukraynadakı müharibədə 75 min Rusiya vətəndaşı ölüb və yaralanıb”

Ukraynadakı müharibədə 75 mindən çox Rusiya vətəndaşı ölüb və yaralanıb. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasında (Aşağı Palata) Demokratlar Partiyasını təmsil edən konqresmen, qanunverici orqanın Silahlı Qüvvələrin işi üzrə komitəsinin üzvü Elissa Slotkin bildirib. O, Ağ Evdə keçirdiyi brifinqdə söyləyib ki, Rusiya hakimiyyəti itkilərinin sayı barədə rəsmi açıqlama vermir. E.Slotkin bildirib ki, Demokratlar və Respublikaçılar partiyalarından olan …

Read More »

Türkiyə MN: “Regionu qana boyamaq istəyənləri qazdıqları quyuya basdıracağıq”

Türkiyənin Milli Müdafiə Nazirliyi Türkiyənin İraqın Mosul şəhərində yerləşən Baş Konsulluğuna hücumla bağlı bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin tviter hesabnda paylaşım edilib. Bildirilib ki, İraqdakı səlahiyyətli şəxslər diplomatik nümayəndələrin təhlükəsizliyi üçün hər cür qabaqlayıcı addımı atmalıdır: “Mosuldakı Baş konsulluğa hücum nəticəsində kimlərin mülki şəxsləri hədəf aldığını bir daha gördük. Hücumu təşkil edən terrorçular tez və ya gec …

Read More »

KİV: “Boris Conson NATO-nun Baş katibi ola bilər”

Böyük Britaniyanın istefa vermiş Baş naziri Boris Conson NATO-nun yeni Baş katibi ola bilər. Boyukmillet.com xəbər verir ki, bunu Britaniyanın “The Telegraph” nəşri yazıb. “İstefadan sonra çətin ki, Conson yüksək vəzifədə olmasın. Xüsusilə onun güclü liderlik keyfiyyətlərini, Ukraynaya verdiyi ciddi dəstəyi nəzərə almaq lazımdır”, – məqalədə qeyd olunub. Britaniya Müdafiə Komitəsinin üzvləri də B.Consonun NATO-nun Baş katibi vəzifəsinə namizədliyinin irəli …

Read More »

İtaliyada Azərbaycan vətəndaşının meyiti aşkarlanıb

İtaliyada Azərbaycan vətəndaşının meyiti aşkarlanıb. Bu barədə Boyukmillet.com İtaliya mətbuatına istinadən xəbər verir. Məlumata görə, hadisə Terni şəhərində baş verib. Adı açıqlanmayan 52 yaşlı Azərbaycan vətəndaşı Sant-Anyezedə mənzilində ölü vəziyyətdə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri cəlb edilib. Faktla bağlı araşdırmalara başlanılıb.

Read More »

Pentaqon 30 milyard dollarlıq yüzlərlə F-35 qırıcısı almaq niyyətindədir

ABŞ Müdafiə Nazirliyi “Lockheed Martin” şirkətindən ümumilikdə 30 milyard dollar məbləğində bir neçə yüz F-35 qırıcı təyyarəsinin alınması ilə bağlı danışıqlar aparır. Boyukmillet.com xəbər verir ki, müqaviləyə daxil ediləcək təyyarələrin dəqiq sayı yazın sonuna və ya payızın əvvəlinə qədər müəyyənləşəcək. 2019-cu ildə bu təyyarələrdən 485-nin alınması planlaşdırılırdı, lakin sonra onların sayı 404-ə, daha sonra isə 375-ə endirilib. Pentaqon bildirib ki, …

Read More »

Fransada mağazalarda açıq qapılara görə cərimə tətbiq olunacaq

Fransalı nazir kondisionerli mağazaları qapıları bağlı vəziyyətdə saxlamağa çağırıb. Fransanın Energetika naziri xanım Anyes Panye-Ryunaşe kondisionerlə təmin olunmuş mağazaların qapılarını örtməyi tələb edib, qanuna əməl etməyən sahibkarları cərimə gözləyir. Bu üsulla Fransa hakimiyyəti elektrik istehlakını azaltmağa çalışır. Boyukmillet.com “The Guardian” nəşrinə istinadən xəbər verir ki, siyasətçi kondisionerin işlək vəziyyətdə olarkən qapıların bağlı olmaması səbəbindən elektrik istehlakının 20% artdığını bildirib. Qanuna …

Read More »

ABŞ və müttəfiqləri Rusiya neftinin qiymətini məhdudlaşdırmağa çalışırlar

ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, Vaşinqton Rusiya neftinin qiymətini məhdudlaşdırmaq üçün müttəfiqlərlə işləyir. Boyukmillet.com xəbər verir ki, bu barədə nazir “NBC” telekanalına müsahibəsinə deyib. “Son həftələrdə məşğul olduğum məsələlərdən biri Rusiyanın əldə etdiyi gəlirləri azaltmaq üçün müttəfiqlərimizlə işləməkdir”, – deyə nazir bildirib. Bundan əvvəl ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirmişdi ki, ABŞ və onun müttəfiqləri Rusiya neftini …

Read More »