Bazar , 19 May 2024

Digər ölkələr

Tramp Baydeni ölkə tarixinin ən pis prezidenti adlandırıb

ABŞ prezidenti Cozef Bayden “Amerika Bölünmüş Ştatları” tarixindəki ən pis prezidentdir. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti özünün “Truth Social” sosial şəbəkəsində yazıb. “Co Bayden Amerika Birləşmiş Ştatlarının tarixindəki ən pis prezidentdir. Baydenin çıxışlarına demək olar ki, heç kim getmir, mənim tədbirlərinə isə minlərlə insan toplaşır”, – siyasətçi qeyd edib. Daha əvvəl ölkə üçün ən vacib məsələləri müzakirə …

Read More »

Qərb Rusiyanın aktivlərindən əldə edilən 15 milyard avro gəliri müsadirə etməyə ümid edir

Avropa Komissiyası (AK) 2027-ci ilə qədər Rusiya Mərkəzi Bankının Avropa İttifaqında dondurulmuş 208 milyard avroluq aktivlərinin yenidən investisiyasından əldə edilən 15 milyard avro gəliri müsadirə etməyə ümid edir. Boyukmillet.com xəbər verir ki, bunu Avropa Komissiyasının ədliyyə üzrə komissarı Didye Reynders Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib. “Avropada 208 milyard avroluq Rusiya dövlət aktivləri və bu ölkənin Mərkəzi Bankının aktivləri bloklanıb, onların …

Read More »

ABŞ-də ermənipərəst senator Menendesə daha bir ittiham irəli sürülüb

Korrupsiyada ittiham olunan, ermənipərəst mövqe ilə seçilən Nyu-Cersi senatoru Robert Menendes ədalət mühakiməsinə mane olmaqda ittiham olunub. Boyukmillet.com xəbər verir ki, Nyu-Yorkun Cənub Dairəsi məhkəməsində dərc edilən yenilənmiş hesabatda senatora və onun həyat yoldaşına qarşı əvvəllər irəli sürülən bütün ittihamlarla yanaşı ədalətə mane olmaqla bağlı yeni ittihamlar yer alıb. Əlavə ittihamlar mayın 6-na təyin edilmiş məhkəmənin keçirilmə tarixinə təsir etməyəcək. Qeyd …

Read More »

Türkiyə kəşfiyyatı İraqda PKK-nın “rəhbər” şəxslərindən birini öldürüb

Türkiyə Milli istihbarat Təşkilatı (MİT) İraqın Süleymaniyyə şəhərində PKK-nın “rəhbər” şəxslərindən olan Gülsün Silgiri öldürüb. Bu barədə “Report” “TRT Haber”ə istinadən xəbər verir. Öldürülən şəxsin PKK-nın sözdə gənclərin strukturlaşdırılması üzrə rəhbər şəxslərdən biri olduğu bildirilir. Qeyd olunub ki, onun terror təşkilatının qondarma gənclər hərəkatının üzvü olduğu aşkarlanıb. G.Silgir 2011-ci ildən etibarən aksiyalarda iştirak edərək gəncləri aldadıb təşkilata cəlb edirmiş.

Read More »

Türkiyə XİN rəhbəri Rusiya və Ukraynaya sülhlə bağlı çağırış edib

Rusiya və Ukrayna qarşıdurmada hərbi imkanların həddinə çatıb, ona görə də sülhlə bağlı dialoqa başlamaq lazımdır. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatik Forumunun bağlanış mərasimində çıxışı zamanı deyib. “Bizim mövqeyimiz ondan ibarətdir ki, hər iki tərəf artıq hərbi yolla əldə edilə biləcək həddinə çatıb. Hesab edirik ki, indi atəşkəslə bağlı dialoq aparmağın vaxtı …

Read More »

İslandiyada şəhər vulkan püskürməsi təhlükəsi səbəbindən boşaldılıb

İslandiya hakimiyyəti ölkənin cənubundakı Reykyanes yarımadasında vulkan püskürməsi təhlükəsi ilə əlaqədar Qrindavik şəhərinin sakinlərini təxliyə edir. Boyukmillet.com xəbər verir ki, bu barədə polisə istinadən RUV milli televiziya şirkəti məlumat yayıb. Daha əvvəl telekanal ölkənin meteoroloji xidmətinə istinadən məlumat verib ki, Syulinqarfel dağından bir kilometr şərqdə maqma axını yaranıb və bu ərazidə “güclü seysmik aktivliyə səbəb olub”. Meteoroloji xidmət seysmik aktivliyin …

Read More »

Yaponiya və NATO ölkələri kosmosda təhdidlərlə mübarizə üzrə təlimlərdə iştirak edəcək

Yaponiya NATO üzvləri ilə birlikdə martın 14-15-də Fransada keçiriləcək və kosmosda təhlükələrə qarşı mübarizəyə həsr olunacaq “AsterX 2024” təlimində iştirak edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb. Təlimlərdə Yaponiya ilə yanaşı, Asiya regionunu Cənubi Koreya təmsil edəcək. Yaponiya artıq 2022-ci ildən təlimlərdə müşahidəçi statusuna malikdir, lakin bu dəfə özünümüdafiə qüvvələrinin iki nümayəndəsi tədbirin birbaşa iştirakçısı olacaq. …

Read More »

İraq Türkiyə vasitəsilə neft ixracının bərpasına çalışır

İraq beynəlxalq neft şirkətlərinə neft hasilatı və tranzit haqqını ödəmək üçün federal büdcəyə dəyişiklik edə bilər. Bu addım mühüm neft kəmərinin gələn il ərzində yenidən açılmasını nəzərdə tutur. Boyukmillet.com bu barədə “Bloomberg”ə istinadən xəbər verir. Hazırda neft şirkətləri, İraq hökuməti və yarım-muxtar Kürdüstan Regional Hökuməti arasında Türkiyə vasitəsilə xam neft ixracını bərpa etmək üçün danışıqlar aparılır. Boru kəmərinin bağlanması bazarlardan …

Read More »

Ukrayna ilə Albaniya dostluq və əməkdaşlıq haqqında saziş imzalayıb

Ukrayna Prezidenti Volodimir Zelenski və Albaniyanın Baş naziri Edi Rama Tiranada iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalayıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı teleqram səhifəsində məlumat verib. “Baş nazir Edi Rama ilə görüş zamanı Ukrayna və Albaniya arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanıb”, – o qeyd edib. V.Zelenski vurğulayıb ki, danışıqlar zamanı Ukraynanın …

Read More »

BMT Rusiya-Ukrayna müharibəsini gərginləşdirə biləcək bəyanatlardan çəkinməyə çağırıb

BMT dünya siyasətçilərini Ukrayna ətrafında vəziyyətin pisləşməsinə səbəb ola biləcək ritorikadan çəkinməyə çağırır. Boyukmillet.com xəbər verir ki, bu barədə təşkilatın Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib. “Münaqişə başlayandan bəri biz vəziyyəti gərginləşdirə biləcək çoxlu ritorika gördük. Bizim çağırışımız dəyişməyib. Belə ritorikadan qaçmaq lazımdır”, – deyə S.Düjarrik vurğulayıb. Qeyd edək ki, bu günlərdə Fransa Prezidenti Emmanuel Makron Qərb ölkələrindən Ukraynaya hərbçilərin göndərilməsi …

Read More »