Cümə axşamı , 16 Aprel 2026

Digər ölkələr

Makron dünyanın ən çox nifrət edilən lideri seçildi

Fransa Prezidenti Emmanuel Makron 11% bəyənmə reytinqi ilə dünyada ən çox nifrət edilən dövlət başçısına çevrilib. Boyukmillet.com “Unikal”a istinadla xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot sosial media platformasında yazıb. “11% populyarlıq reytinqinə sahib və dünyanın ən çox nifrət edilən dövlət başçısı olduğunuz zaman daha heç bir təşəbbüs göstərməməlisiniz! Bunu etməyə haqqınız yoxdur!”, – deyə o qeyd edib. …

Read More »

ABŞ gələn həftə baş tutacaq danışıqlarda İranla razılaşmaya tələsmir

Vaşinqton hesab edir ki, Tehran İranın nüvə proqramı ilə bağlı razılığa gəlməkdə maraqlıdır, lakin ABŞ razılaşma bağlamağa tələsmir. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Floridaya gedərkən təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib. “İranla bağlı çox yaxşı danışıqlar apardıq. Görünür, İran razılaşma əldə etməyə çox can atır. Biz bu razılaşmanın nə olduğunu görməliyik. Keçən dəfə bunu etməmək qərarına …

Read More »

Rusiyadan Ermənistana XƏBƏRDARLIQ

Ermənistanda Qərb istiqamətli resurslar aktivləşir və ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiyanı nüfuzdan salmağa çalışır.  Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin “Rossiya-24” telekanalına müsahibəsində bildirib. “Qərblə əlaqəli və maliyyələşdirilən qeyri-hökumət təşkilatları tərəfindən resursların aktivləşdirilməsi çox nəzərə çarpır”, – deyə səfir qeyd edib. Onun sözlərinə görə, bu qurumların fəaliyyəti Rusiyanı və Rusiya-Ermənistan münasibətlərini gözdən salmaq məqsədi daşıyır. Kopırkin əlavə …

Read More »

Ukrayna da SEPAH-ı terror təşkilatı kimi tanıdı: Azərbaycan bu addımı ata bilər?

Rəsmi Kiyevin İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıması regionda və beynəlxalq aləmdə diqqətlə izlənilən addım kimi qiymətləndirilir. Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə “Telegram” kanalında açıqlama verərək bildirib ki, məsələ Ukrayna üçün artıq bağlanıb və müvafiq qərar qəbul edilib. Zelenski vurğulayıb ki, Avropa İttifaqında SEPAH-ın terror təşkilatı elan edilməsi prosesi hələ davam edir, lakin Ukrayna bu …

Read More »

Rusiyadan Ermənistana yeni xəbərdarlıq

Overçukun açıqlaması Moskvanın İrəvanın addımlarına açıq siyasi siqnallar və xəbərdarlıqlarla reaksiya verdiyini göstərir “Avropa Birliyinə potensial olaraq qoşulmaq qərarı Ermənistan xalqının seçimidir, lakin İrəvan iqtisadi birlikdən hərbi-siyasi birliyə çevrilən Avropa Birliyinin dəyişən strategiyasını nəzərə almalıdır”.Boyukmillet.com TASS-a istinadən verdiyi məlumatına görə, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib. “Əgər onlar rəsmi olaraq belə danışıqlara başlasalar, bu, uzun illər çəkəcək. Əlbəttə ki, …

Read More »

Qəzzada qoşunların atəşə tutulmasından sonra İsrail ordusu HƏMAS komandirinə zərbə endirib

İsrail Qəzza zolağının cənubunda HƏMAS hərəkatının səhra komandiri Bilal Əbu Assiyə zərbə endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. “Terrorçular Qəzza zolağının şimalında İsrail qoşunlarına atəş açdıqda, İsrail ordusu atəşkəs haqqında razılaşmanın pozulmasına cavab olaraq zolağın cənubundakı terrorçuya zərbə endirib”, – deyə məlumatda bildirilib. İsrailin Müdafiə Ordusunun məlumatına görə, Bilal Əbu Assi HƏMAS-ın “Nuxba” …

Read More »

Əbu-Dabidə gizli zirvə: Dünya bu görüşdən xəbərsiz qalacaq-Masada torpaq məsələsi var

QAPALI QAPILAR ARXASINDA KRİTİK SAATLAR: JURNALİSTLƏR BURAXILMADI Rusiya və Ukrayna arasında vasitəçilərin iştirakı ilə keçirilən növbəti danışıqlar raundu tam məxfi şəraitdə baş tutur.Boyukmillet.com xəbər verir ki, “RİA Novosti”nin öz mənbələrinə istinadən verdiyi məlumata görə, Əbu-Dabidə keçirilən bu kritik görüşlər mətbuata tam qapalı elan edilib. Görüşün əhəmiyyəti və müzakirə olunan mövzuların həssaslığı səbəbindən jurnalistlər prosesə yaxın buraxılmır. Mətbuat konfransı yoxdur, nəticə …

Read More »

Qəddafinin oğlunun cəsədi YOXA ÇIXDI

Liviyanın qərbindəki Ez-Zintan şəhərinin xəstəxanası Liviya lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafinin cəsədinin daxil olması barədə məlumatı təkzib edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Liviyanın “Al Wasat” portalı məlumat yayıb. Bundan əlavə, qonşu Əl-Rəcbandakı tibb müəssisəsində də mərhumun harada olması barədə heç bir məlumat yoxdur. Qeyd edək ki, dünən Liviyanın paytaxtı Tripolinin cənubunda Seyf əl-İslam Qəddafinin ölüm xəbəri yayılıb. …

Read More »

ABŞ Rusiyaya görə Əlcəzairə sanksiya TƏTBİQ EDİR

Vaşinqton administrasiyası Rusiyadan qırıcı təyyarələr aldığına görə Əlcəzairə qarşı sanksiyalar tətbiq edə bilər. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Departamentinin Yaxın Şərq İşləri Bürosunun rəhbəri Robert Palladino ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin dinləmələrində deyib: “Biz bu barədə mediada xəbərlər gördük və onlar narahatedicidir. Dövlət Departamenti Amerikanın Düşmənlərinə Sanksiyalar Vasitəsilə Qarşı Mübarizə Qanununun (CAATSA-red.) tətbiqinə sadiqdir və qeyd etdiyiniz əməliyyatlar bu qərara səbəb …

Read More »

Ağ Ev: ABŞ və İran danışıqları PUA ilə bağlı insidentə baxmayaraq qüvvədədir

ABŞ və İran arasında bu həftə keçiriləcək danışıqlar İranın vurulan pilotsuz uçuş aparatı (PUA) ilə bağlı insidentə baxmayaraq hələ də qüvvədədir. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt “Fox News” telekanalına müsahibəsində bildirib. “Xüsusi elçi Stiv Uitkoff bu həftə iranlılarla danışıqlar aparmağa hazırlaşır. Hazırda görüş hələ də planlaşdırıldığı kimi qalır”, – Livitt deyib. O həmçinin qeyd …

Read More »