Bazar ertəsi , 20 May 2024

Digər ölkələr

Husilər koalisiyaya məxsus döyüş gəmilərinə hücum edəcəklər

Yəmənin “Ənsar Allah” qiyamçı hərəkatının nümayəndələri Qırmızı dənizdə gəmilərin mühafizəsi üçün yaradılmış beynəlxalq koalisiya ölkələrinin hərbi gəmilərinə hücum edəcək. Boyukmillet.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu “Ənsar Allah” siyasi şurasının üzvü Məhəmməd Əli əl-Husi deyib. Hərəkatın sözçüsü İranın ərəbdilli “Al Alam” telekanalına müsahibəsində deyib: “Bizə qarşı çıxan istənilən ölkənin gəmiləri Qırmızı dənizdə hücuma məruz qalacaq”.

Read More »

İraqda hərbi helikopter qəzaya uğrayıb, ölən və yaralanan var

İraq ordusunun hərbi helikopteri Salah-əd-Din əyalətinin Hilva hava limanından qalxarkən qəzaya uğrayıb. Boyukmillet.com INA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə zamanı helikopter heyətinin komandiri, aviasiya polkovniki Mərvan Cəlal həlak olub, pilot, kapitan Alaa Salman yaralanıb. Qəza əyalət şurası seçkiləri üçün keçirilən təhlükəsizlik missiyası zamanı baş verib. Hadisənin texniki nasazlıq səbəbindən baş verdiyi bildirilir.

Read More »

İsrail ordusunun daha 4 hərbçisi döyüşlərdə ölüb

İsrail Müdafiə Qüvvələrinin daha 4 hərbçisi Qəzza zolağında döyüşlərdə ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb. Bildirilib ki, HƏMAS-la döyüşlərdə İsrail Müdafiə Ordusunun 4 baş çavuşu həlak olub. Vurğulanıb ki, İsrail ordusunun bununla da oktyabrın 27-dən bəri Qəzza zolağında apardığı döyüşlərdə itkilərinin sayı 126-ya çatıb. Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu nəticəsində döyüşlərdə ölən İsrail həbçilərinin …

Read More »

Niger hərbi müdaxiləni dəf etməyə hazırdır

Niger ölkəyə hərbi müdaxilənin mümkünlüyünü istisna etmir, lakin onu dəf etməyə hazırdır. Boyukmillet.com xəbər verir ki, bunu Nigerin Baş naziri Əli Mahaman Lamin Zeyn Rusiya KİV-lərinə müsahibəsində deyib. Onun sözlərinə görə, hər hansı bir ölkə Nigerə hücum etmək qərarına gələrsə, ölkəsi özünü müdafiə edəcək: “Heç bir illüziyaya ehtiyac yoxdur, hər an nəsə ola bilər. Amma unutmayın ki, bizim təcrübəli, terrorçulardan da …

Read More »

İsrail ordusu BMT-nin məktəb binası yaxınlığında üç HƏMAS tuneli tapıb

İsrail Müdafiə Qüvvələri BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin məktəbinin yaxınlığında Fələstin HƏMAS-ın üç tuneli aşkarlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ordunun teleqram kanalında deyilir. Belə ki, məktəbin yaxınlığındakı binada hərbçilər raket istehsalı üçün hissələr tapıblar. Ordu həmçinin qeyd edib ki, Qəzza şəhərinin Şecaya bölgəsindəki əməliyyat mərkəzinə reyd zamanı silah və partlayıcı qurğular, o cümlədən AK-47 avtomatları …

Read More »

Konqresin Nümayəndələr Palatasının keçmiş sədri seçkidə Trampı dəstəkləyəcək

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri, respublikaçı Kevin Makkarti 2024-cü il seçkilərində eks-prezident Donald Trampı dəstəkləmək niyyətində olduğunu açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bunu Makkarti Fox News-a müsahibəsində deyib. “İşdə olsam da, olmasam da kömək edəcəm. İstəyirəm ki, ölkə uğurlu olsun. Mən keçmiş prezidentə daim deyirəm ki, söhbət ölkəmizin yeniləşməsindən, yenidən qurulmasından, bərpasından gedir”,- deyə o bildirib.

Read More »

İranda hərbi təyyarə qəzaya uğrayıb

İranın Fars əyalətinin Kazerun rayonunda hərbi təyyarə qəzaya uğrayıb. Boyukmillet.com xəbər verir ki, bu bardə Fars əyaləti hava limanının baş direktoru Fəxrəddin Keşavərz bildirib. Onun sözlərinə görə, texniki nasazlığı olan təyyarə Şiraz şəhərinin Kazerun gölü yaxınlığında qəzaya uğrayıb. F.Keşavərz deyib ki, hadisə təlim uçuşu zamanı baş verib. İtki olmayıb.

Read More »

İsrail səfiri: “Öldürülən HƏMAS yaraqlılarının sayı ilə bağlı dəqiq məlumat yoxdur”

İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Tsvi bildirib ki, HƏMAS hərəkatının ölən yaraqlılarının sayı ilə bağlı İsraildə dəqiq məlumat yoxdur. Boyukmillet.com xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb. Səfir vurğulayıb ki, HƏMAS-ın ölənlərlə bağlı məlumatlarına böyük şübhə ilə yanaşmaq lazımdır: “Bununla bağlı heç kəsdə dəqiq məlumat yoxdur. Qəzza zolağından gələn yeganə məlumatı oradan Səhiyyə Nazirliyi verir və o, tamamilə HƏMAS-ın …

Read More »

Macarıstan Aİ-nin Ukraynaya 50 milyard avroluq yardımına veto qoyub

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) Ukraynaya ayırdığı 50 milyard avroluq yardıma veto qoyub. Boyukmillet.com xəbər verir ki, bu barədə V. Orban “X”də yazıb. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel veto qərarını təsdiqləyib. Onun sözlərinə görə, müzakirə mövzusu təkcə Ukraynanın maliyyələşdirilməsi deyil. Qeyd edək ki, V. Orban daha əvvəl Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların başlaması qərarına da …

Read More »

Aİ Şurası Gürcüstana namizəd statusu verib, Ukrayna və Moldova ilə danışıqlara başlanılacaq

Avropa İttifaqı ölkələri Gürcüstana üzvlüyə namizəd statusunun verilməsi ilə bağlı danışıqlara başlamaq barədə qərar qəbul ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişelin “X” sosial şəbəkəsindəki paylaşımında qeyd olunub. “Avropa Şurası Gürcüstana namizəd statusu verib. Aİ, həmçinin Bosniya və Herseqovina ilə danışıqlara həmin ölkə tərəfindən üzvlük meyarlarına tələb olunan uyğunluq səviyyəsinə nail olduqdan sonra başlayacaq, bunun …

Read More »