Cümə , 10 May 2024

Digər ölkələr

İsrail ordusu hərbi əməliyyatları bərpa edib

İsrail Müdafiə Ordusu Qəzza zolağında hərbi əməliyyatların bərpa olunduğunu rəsmi olaraq elan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu sosial şəbəkədə açıqlama yayıb. Açıqlamada HƏMAS atəşkəsi pozmaqda ittiham olunub. Bildirilib ki, atəşkəsin başa çatmasına az qalmış Qəzza zolağından İsrail ərazisi raket atəşinə tutulub. Məlumata görə, İsrail Qəzzaya avia və artilleriya zərbələri endirir. Qeyd edək ki, noyabrın 24-dən …

Read More »

Finlandiya Rusiya ilə sərhədyanı əməkdaşlıq sazişini ləğv edib

Finlandiya hökuməti bu gün keçirilən iclasda Rusiya ilə sərhədyanı əməkdaşlıq sazişini ləğv edib. Bu barədə Boyukmillet.com Rusiya KİV-ə istinadən xəbər verir. Oktyabrın 20-də Rusiyanın Baş naziri Mixail Mişustin Finlandiya ilə 2024-cü il yanvarın 24-də qüvvəyə minəcək transsərhəd əməkdaşlığın təşviqinə dair sazişə xitam verilməsi haqqında sərəncam imzalayıb. Finlandiya hökuməti oktyabrın 25-də bu məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyindən nota aldığını bəyan …

Read More »

Çatalhöyük Məlumat və Ziyarətçi Mərkəzi – FOTO

Türkiyənin mərkəzində yerləşən Çatalhöyük məşhur Neolit ​​qazıntı sahəsi ziyarətçilərini zamanda səyahət etməyə və tarixi yaşayış məntəqəsini kəşf etməyə dəvət edir. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Çatalhöyük ərazisi 9000 ildən çox yaşı olan cəmiyyətə nəzər salır. Artefaktlar, çiy kərpicdən tikilmiş evlər və məbədlər ilk köçkünlərin həyatı, inancları və sosial inkişafı haqqında ətraflı məlumat verir. Çatalhöyükün yaşı, mədəni və ictimai strukturunun …

Read More »

“ŞKTC-də sahibkarlıq, yaradıcılıq və biznes bacarıqları ilə uğurlu iş adamlarımız var”

Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin TatarTatar Silifke Ticarət və Sənaye Palatasının təşkil etdiyi 4-cü Liderlik Akademiyası və İdarəetmə Konqresinin açılışında iştirak edib. Bu barədə Şimali Kipr Türk Cumhuriyyətinin Prezident Administrasiyasından verilən məlumatda bildirilir. Prezident Ersin Tatar ŞKTC-də sahibkarlıq, yaradıcılıq və işgüzarlıq bacarıqları ilə uğurlu iş adamlarının olduğunu vurğulayıb. Prezident Tatar konqresdəki açılış nitqində deyib ki, o, iş adamlarını, sahibkarları, …

Read More »

ABŞ-yə məxsus gəmi Yəməndən ballistik raketlərlə atəşə tutulub

Bu gecə, noyabrın 27-də Yəmənin husi qruplaşmasının nəzarətində olan ərazilərdən ABŞ-nin “USS Mason” gəmisinə iki ballistik raket atılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ ordusu Mərkəzi Komandanlığından bildirilib. Məlumatda hücum nəticəsində gəmilərdən heç birinə ziyan dəymədiyi qeyd olunub. Eyni zamanda hadisənin “Central Park” tankerini ələ keçirən 5 silahlının həbsindən sonra baş verdiyi vurğulanıb.

Read More »

HƏMAS-ın azad edəcəyi girovların siyahısı İsrailə təqdim edilib

Qəzza zolağında HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların siyahısı İsrailə verilib. Onlar noyabrın 27-də azadlığa buraxılmalıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrailin “Galei Tzahal” radiostansiyası məlumat yayıb. Bildirilib ki, siyahı bazar ertəsi gecə İsrail tərəfinə təhvil verilib. Siyahıya daxil olan girovların sayı, eləcə də vətəndaşlıqları barədə hələ məlumat verilməyib.

Read More »

Fransada yeniyetmənin ölümündən sonra iğtişaşlar başlayıb

Fransanın cənub-şərqində yerləşən Romanes-sur-Isere şəhərində yeniyetmənin bayram zamanı bıçaqlanaraq öldürülməsindən sonra iğtişaşlar başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “France Bleu” radiostansiyası məlumat yayıb. Təxminən 50 ilə 100 arasında olan ifrat sağçı fəallar şəhərdəki Monet məhəlləsinin küçələrinə çıxıblar. Onlardan bəziləri zibil qutularını aşırıb, konteynerləri yandırıblar. İyirmi nümayişçi saxlanılıb, üçü yüngül xəsarət alıb. Nümayişçilər dünyasını dəyişən yeniyetmə üçün ədalət tələb ediblər. …

Read More »

Bayden və Qətər əmiri İsrail-HƏMAS razılaşması ilə bağlı problemləri müzakirə ediblər

ABŞ Prezidenti Cozef Bayden və Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani İsrail-HƏMAS razılaşması ilə bağlı problemləri müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti açıqlama yayıb. “Liderlər sazişin həyata keçirilməsində çətinlikləri və bu çətinliklərin qısa zamanda aradan qaldırılması mexanizmlərini müzakirə ediblər”, – Ağ Ev bildirib. Tərəflər arasında ünsiyyətdə Qətər əmirindən başqa ərəb dövlətinin Baş …

Read More »

Rusiya Ukraynaya rekord sayda PUA ilə hücum edib

Rusiya ordusu noyabrın 25-nə keçən gecə Ukraynaya rekord sayda “Shahed-131/136” pilotsuz uçuş aparatı (PUA) buraxıb. Boyukmillet.com xəbər verir ki, PUA hücumunun hədəfi paytaxt Kiyev olub. Hərbçilər ukraynalıları hava hücumu xəbərdarlığı aradan qalxana qədər sığınacaqlarda qalmağa çağırırlar. Hava hücumundan müdafiə işlərinin nəticələri isə yaxın günlərdə açıqlanacaq. Xatırladaq ki, daha əvvəl Kiyev Şəhər Şurası paytaxt ərazisində 40-a yaxın kamikadze dronun vurulduğu barədə …

Read More »

Qəzza zolağında 215 girov qalıb

“Qəzza zolağında 215 girov qalıb”. Boyukmillet.com xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun nümayəndəs Doron Spilman “X” səhifəsində bildirib. O əlavə edib ki, qalan girovların vəziyyətindən İsrail hökumətinin məlumatı yoxdur. Doron Spilman girovların bəzilərinin öldürülə biləcəyini də söyləyib. Xatırladaq ki, noyabrın 24-də 4 günlük humanitar atəşkəsin ilk günündə İsrail və HƏMAS əsirləri dəyişdirib. Razılaşmaların şərtlərinə görə, İsrail hər girov üçün …

Read More »