Bazar ertəsi , 20 May 2024

Digər ölkələr

Hindistanda vətəndaşları Azərbaycanda işədüzəltmə adıyla aldadan qruplaşma üzvləri həbs edilib

Hindistanda vətəndaşları Azərbaycan və digər ölkələrdə işədüzəltmə adıyla aldadan qruplaşma üzvləri həbs edilib. Bu barədə Boyukmillet.com yerli mətbuata istinadən xəbər verir. Məlumata görə, Hindistan Polisinin Cinayət İdarəsi Qərbi Benqalda tutulan, xarici ölkələrə saxta işədüzəltmə qurumu adıyla fəaliyyət göstərən dəstənin təşkilatçısı da daxil olmaqla, bir neçə nəfəri həbs edib və ölkənin müxtəlif ştatlarından olan insanların 482 pasportunu geri qaytarıb. Qeyd edilir ki, həbs …

Read More »

Aİ-nin sammitində Vahid Müdafiə Bazarının yaradılması müzakirə olunacaq

Dekabrın 14-15-də keçiriləcək Avropa İttifaqı (Aİ) sammitində ilk dəfə olaraq təşkilatın Vahid Müdafiə Bazarının yaradılması müzakirə olunacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb. Macarıstanın etirazlarına baxmayaraq, Aİ-nin sammitinin gündəliyinə Ukraynanın quruma üzvlüyünə dair danışıqların aparılması və 50 milyard avronun ayrılması məsələsi yer alıb.

Read More »

Misirdə prezident seçkiləri keçirilir

Misirdə prezident seçkiləri başlayıb. Boyukmillet.com xəbər verir ki, ölkənin bütün əyalətlərində seçki məntəqələri açılıb və üç gün – dekabrın 12-dək fəaliyyət göstərəcək. Milli Seçki Komissiyasının verilənlərinə görə, Misirdə səsvermə üçün 10 085 seçki məntəqəsi təşkil olunub. Seçkilərdə səsvermə hüququ olan 67 milyona yaxın vətəndaş iştirak edə biləcək. Səsvermə prosesinə bütün səviyyələrdə 15 min hakim nəzarət edir. Onların əsas vəzifəsi ümumi …

Read More »

KİV: Qəzza zolağında intensiv döyüşlər daha iki ay davam edəcək

Qəzza zolağında HƏMAS radikallarına qarşı intensiv döyüşlər ən azı daha iki ay davam edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət radiosu siyasi sistemdəki mənbəyə istinadən məlumat yayıb. O qeyd edib ki, iki aylıq gərgin döyüşlərdən sonra Qəzzada atəşkəs gözlənilmir və zolaqda yerli əməliyyatlar Qəzzanın daxilində qalacaq ordu birləşmələri tərəfindən həyata keçiriləcək. “Kan”ın həmsöhbətinin sözlərinə görə, İsrail oktyabrın …

Read More »

KİV: Ərdoğan Yunanıstana səfər edəcək, tərəflər ən azı 20 saziş imzalayacaq

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də Afinada görüşəcəklər. Boyukmillet.com Yunanıstanın dövlət televiziyası olan ERT-yə istinadən xəbər verir ki, liderlər iki ölkə arasında Yüksək Əməkdaşlıq Şurasının beşinci iclasına sədrlik edəcəklər. Tərəflərin ən azı 20 saziş imzalayacaqları gözlənilir. Məlumata görə, miqrasiya ilə bağlı sənəd də onların arasındadır. Türkiyə diplomatik mənbələrinin məlumatına görə, Ərdoğanı səfərdə 7 …

Read More »

Çin lideri dünya dövlətlərinə çağırış edib

Qlobal siyasi arenada görünməmiş dəyişikliklərlə əlaqədar beynəlxalq ictimaiyyət həmrəylik nümayiş etdirməli və çoxtərəfli əməkdaşlığı gücləndirmək üçün tədbirlər görməlidir. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin “İmperial Springs 2023” beynəlxalq forumunun iştirakçılarına müraciətində yer alıb. Onun sözlərinə görə, görünməmiş və epoxal dəyişikliklər qarşısında bəşəriyyət birləşməli, daim təcrübə mübadiləsi aparmalı, tolerantlığı və açıqlığı qorumalı, qarşılıqlı faydalı …

Read More »

Ərdoğan Yaxın Şərqdəki durumu müzakirə etmək üçün Qətərə gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün, dekabrın 4-də Qətərə gedir. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, o, günortadan sonra Qətərin paytaxtı Dohada olacaq. R.T.Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Hamed Əl Sani ilə görüşəcək. Tərəflər ikitərəfli və regional məsələləri müzakirə edəcəklər. Onların, həmçinin Yaxın Şərqdəki durum barədə danışacaqları gözlənilir. Səfər iki gün davam edəcək.

Read More »

Rusiya hərbçiləri ilk dəfə ABŞ istehsalı olan PDM-i qənimət kimi götürüb

Rusiya hərbçiləri ilk dəfə Amerika istehsalı olan “Bradley” piyada döyüş maşınını qənimət kimi götürüb. Boyukmillet.com  xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Qeyd olunub ki, piyadaların döyüş maşını Ukrayna Silahlı Qüvvələrinin 47-ci mexanikləşdirilmiş briqadasına məxsus olub. Yayın əvvəlindən bölmə əvvəlcə Zaporojye istiqamətində, sonra isə Avdevka yaxınlığında 40-dan çox oxşar texnikanı itirib.

Read More »

İsrail Ordusunun Qəzzada ölən hərbçilərinin sayı 398-ə çatıb

Qəzza zolağında Fələstinin HƏMAS radikal qruplaşması ilə döyüşlərdə İsrail Ordusunun daha iki hərbçisi vəfat edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti İsrail Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb. Qeyd olunub ki, İsrail Ordusunda ölən hərbçilərin ümumi sayı 398-ə çatıb. Hərbçilərin böyük əksəriyyəti yaraqlıların İsrail ərazisinə hücumunun ilk günündə, ölkənin cənubunda HƏMAS qüvvələri ilə döyüşlərdə həlak olub.

Read More »

ABŞ Tayvana 850 milyon dollar dəyərində qırıcılar üçün raketlər və mərmilər tədarük edəcək

Çin Respublikası – Tayvanın hərbi qurumu ABŞ ilə qırıcı raketlərin tədarükü üçün ümumi dəyəri təxminən 26,69 milyard Yeni Tayvan dolları (təxminən 853,8 milyon ABŞ dolları) olan iki müqavilə imzaladığını elan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 17,22 milyard Yeni Tayvan dolları (təxminən 550,9 milyon ABŞ dolları) dəyərində olan müqavilələrdən birincisi noyabrın 13-də imzalanıb və “hava-hava” və “hava-yer” …

Read More »