Cümə , 17 Aprel 2026

Digər ölkələr

İraq bu gündən Türkiyəyə neft nəqlini bərpa edəcək

Rəsmi Bağdad 18 mart səhəri İraq Kürdüstanının muxtar bölgəsində yerləşən Kərkükdən Türkiyənin Ceyhan limanına boru kəməri ilə neft nəqlinin bərpa edilməsinə dair qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə İraqın neft naziri Hayyan Əbdül Qani bildirib. “Ceyhan limanına neft nəqli çərşənbə günü saat 10:00-da başlayacaq”, – deyə Əbdül Qəni bildirib.

Read More »

Tramp NATO müttəfiqlərindən hərəkətlə deyil, sözlə dəstək istəyir – SƏBƏB

Vaşinqton administrasiyası müttəfiqlərindən Hörmüz boğazında gəmiçiliyin bərpasına kömək etmək istədikləri barədə konkret hərəkətlər deyil, sadəcə, açıqlamalar gözləyir. Boyukmillet.com “Politico” qəzetinə istinadən xəbər verir ki, Avropa rəsmiləri arasında olan mənbələrə görə, Ağ Ev müttəfiqlərindən Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün kömək istəyir. Bununla bağlı şəxsi söhbətlərdə real fəaliyyətlərin deyil, yüksək səviyyəli açıqlamaların Prezident Donald Trampa maliyyə bazarlarını sakitləşdirmək üçün kifayət etdiyi vurğulanır: …

Read More »

İrandan Xarq adası ilə bağlı XƏBƏRDARLIQ – “Məzarlığa çevriləcək…”

İran neft anbarlarının yerləşdiyi Xarq adasını ələ keçirməyə cəhd edənləri hədələyib. Boyukmillet.com xəbər verir ki, bu barədə İran parlamentinin enerji komitəsinin sözçüsü Esmail Hosseini bildirib. “Əgər düşmənlər Xarq adasına hücum etməyi planlaşdırırlarsa, bilməlidirlər ki, Hörmüz boğazında yaşananlardan daha böyük bir rüsvayçılıqla üzləşəcəklər. Ada işğalçılar üçün məzarlığa çevriləcək”, – deyə Tasnim agentliyi onun sözlərini xəbər verib. Qeyd edək ki, “Axios” portalı mənbələrinə istinadla …

Read More »

Tramp: İrana qarşı əməliyyat tezliklə başa çatacaq, amma bu həftə yox

Prezident Donald Tramp ABŞ və İsrailin İrana qarşı əməliyyatının bu həftə yox, amma tezliklə başa çatacağını bildirib. Boyukmillet.com-un məlumatına görə, o, bu açıqlamanı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən verib. “Düşünmürəm. Amma bu tezliklə olacaq”, – Amerika lideri İrana qarşı hərbi kampaniyanın bu həftə mümkün yekunlaşması ilə bağlı suala şərhində bildirib. Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi …

Read More »

İrandan raket atəşinə görə Təl-Əvivdə hava hücumu xəbərdarlığı edilib

Raket təhlükəsi səbəbindən İsrailin mərkəzində hava hücumu xəbərdarlığı edilib. Boyukmillet.com xəbər verir ki, sirenlər, o cümlədən Təl-Əviv və ətraf ərazilərdə səslənib. Mətbuatın məlumatına görə, şəhərin səmasında raketlərin və raket əleyhinə sistemin izləri görünüb. Az müddət əvvəl İsrailin Müdafiə Ordusu İrandan daha bir raket hücumu barədə məlumat verib. Bu, 10 saatdan çox müddətdə Təl-Əviv ərazisində ilk hava hücumu xəbərdarlığıdır.

Read More »

İran ABŞ-nin BƏƏ-dəki hərbi bazasına hücum edib, güclü partlayış baş verib

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri BƏƏ-dəki “Əd-Dəfra” ABŞ hərbi bazasının ərazisindəki sursat anbarına zərbə endirib. Boyukmillet.com Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə SNN telekanalının təqdim etdiyi SEPAH-ın bəyanatında bildirilib. Məlumata görə, bazada güclü partlayış baş verib, nəticədə ABŞ hərbçiləri qırıcıları həmin bazadan çıxarıb başqa yerlərdə yerləşdirmək məcburiyyətində qalıblar. Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana …

Read More »

İsrail Hərbi Hava Qüvvələri Əli Xameneinin təyyarəsini məhv edib

İsrail Hərbi Hava Qüvvələri Tehranda “Mehrabad” hava limanında İranın keçmiş lideri Əli Xamenei və yüksək rütbəli məmurların istifadə etdiyi təyyarəni məhv edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətindən bildirilib. Məlumata görə, təyyarə Əli Xameneinin, eləcə də İranın digər yüksək vəzifəli rəsmiləri və hərbçilərinin sərəncamında olub. Ondan həm daxili, həm də hərbi satınalmalar və müttəfiq dövlətlərlə fəaliyyətin əlaqələndirilməsi …

Read More »

İran rəhbərliyində ABŞ-nin əməkdaşlıq edə biləcəyi fiqurlar var – Tramp

ABŞ İran rəhbərliyi daxilində əməkdaşlıq edə biləcəyi fiqurlar görür. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib: “Yaxşı olacağını düşündüyümüz bəzi fiqurlar var. Görəcəyik. Biz bu barədə danışırıq. Görəcəyik ki, işlər necə gedəcək”. O, həmçinin hələ ki, İran üzərində “qələbə” və ona qarşı kampaniyanın bitdiyini elan etmək niyyətində olmadığını təsdiqləyib: “Bunun üçün heç bir səbəb yoxdur”. Lakin o, …

Read More »

İsveçrə ABŞ-yə “yox” dedi: İran müharibəsi ilə bağlı uçuşlara icazə verilmədi

İsveçrə ABŞ-nin hərbi təyyarələrinin ölkənin hava məkanı üzərindən uçuşu ilə bağlı iki müraciətini rədd edib. Boyukmillet.com xəbər verir ki, bu barədə İsveçrə Federal Şurası məlumat yayıb. Bildirilib ki, qərar ölkənin neytrallıq qanunvericiliyinə uyğun olaraq qəbul edilib və İran ətrafında davam edən müharibə ilə əlaqəli uçuşlara icazə verilməyib. Rəsmi açıqlamaya görə, ABŞ tərəfindən təqdim olunan bir neçə uçuş müraciəti nəzərdən keçirilib. …

Read More »