Şənbə , 27 Aprel 2024

Digər ölkələr

Türkiyə kəşfiyyatı PKK/YPG-nin rəhbərlərindən birini məhv edib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/YPG terror qruplaşmasının rəhbərlərindən biri olan Ali Subaşı məhv edib. Boyukmillet.com  xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. O, Suriyanın şimalında keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib. A. Subaşının qruplaşmanın ideoloji məsələlər üzrə “məsul şəxsi” olduğu bildirilib.

Read More »

İsveç daha bir PKK üzvünü Türkiyəyə təhvil verib

İsveç PKK terror təşkilatının bir üzvünü Türkiyəyə təhvil verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar bildirib. Terrorçunun adı və vəzifəsi hələ ki, açıqlanmayıb. Qeyd edək ki, Türkiyənin terrorçuluqda şübhəli bilinən şəxsərin təhvil verilməsi İsveçin NATO-ya üzv olmaqdan ötrü Ankaranın irəli sürdüyü şərt idi. İlk dəfə İsveç PKK ilə əlaqəsi olan şəxsi 2022-ci ilin dekabrında …

Read More »

Volqoqradda hərbi hissədə yanğın olub

Rusiyanın Volqoqrad vilayətində yerləşən hərbi hissədə yanğın baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə vilayətin qubernatoru Andrey Boçarov bildirib. “Kotluban yaşayış məntəqəsinin yaxınlığında yerləşən hərbi hissələrin birinin ərazisində, yanğın baş verib. Yanğın FHN və Müdafiə Nazirliyinin qüvvələri ilə operativ olaraq lokallaşdırılıb və söndürülüb. Xəsarət alanlar yoxdur, mülki obyektlərə ziyan dəyməyib”, – qubernator deyib. Hazırda yanğının başlama səbəbləri aydınlaşdırılır.

Read More »

Şengen bölgəsində təhlükə: 11 ölkə sərhədə nəzarəti gücləndirir

Son günlərdə artan terror riskləri və nəzarətdənkənar miqrasiya Avropa İttifaqına (AB) üzv dövlətlər arasında yoxlamasız və nəzarətsiz gediş-gəliş praktikasını təhlükə altına qoyub.Boyukmillet.com xəbər verir ki, Avropa Birliyi vətəndaşlarının vizasız səyahət etdiyi 27 ölkəni əhatə edən Şengen bölgəsindəki 11 ölkə pasport yoxlaması və nəqliyyat vasitələrinə baxış da daxil olmaqla sərhəd məhdudiyyətlərini yenidən tətbiq etməyə başlayıb. İtaliya bu ay qonşusu Sloveniya ilə …

Read More »

KİV: Türkiyə ilin sonuna kimi İsveçin NATO-ya üzvlüyünü təsdiq edəcək

Türkiyə ilin sonuna kimi İsveçin NATO-ya üzvlüyünü təsdiq edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya KİV-nə Türkiyə Böyük Millət Məclisindəki (TBMM) mənbə bildirib. Qeyd olunub ki, İsveçin NATO-ya üzvlüyü prosesi 2023-cü ilin sonuna qədər başa çata bilər. Bildirilib ki, parlament bu məsələyə sabahdan etibarən baxacaq: “Hansısa gözlənilməz hadisə olmasa, proses ilin sonuna qədər başa çata bilər”. Qeyd edək ki, …

Read More »

Nümayəndələr Palatası ABŞ-nin müvəqqəti büdcəsində Ukrayna və İsraili nəzərdə tutmayıb

ABŞ Konqresi Nümayəndələr Palatası hökumətin şatdaundan yayınması məqsədi ilə səs verdiyi müvəqqəti büdcə layihəsində Ukrayna və İsrailə əlavə yardımlar nəzərdə tutulmayıb. Boyukmillet.com xəbər verir ki, məlumatı CNN yayıb. Spiker Mayk Consonun təqdim etdiyi qanun layihəsinin lehinə 336 nəfər (onlardan 209-u Demokrat partiyasının nümayəndələri), əleyhinə 95 nəfər (93 respublikaçı və 2 demokrat) səs verib. Qeyd edək ki, iki mərhələdə həyata keçirilən …

Read More »

Yəməndə husilər İsrailə hücum edib

Yəmən husilərinin “Ansar Allah” hərəkatı Eylat da daxil olmaqla İsrailin bir neçə obyektinə raket zərbələri endirib. Boyukmillet.com “Al Masirah” telekanalına istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Saria bildirib. Onun sözlərinə görə, “İsrailin Fələstin ərazilərindəki müxtəlif hədəflərinə, o cümlədən Umm ər-Rəşraş bölgəsindəki həssas (İsrail üçün) hədəflərə (Eyla – red.) ballistik raketlərlə zərbələr endirilib. Saria qeyd edib ki, raketlər …

Read More »

Nümayəndələr Palatası ABŞ hökumətinin mərhələli maliyyələşdirməni dəstəkləyib

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri spiker Mayk Consonun hökumətin fəaliyyətinin dayandırılmasının qarşısını almaq üçün qəbul etdiyi qətnaməni dəstəkləyiblər. Boyukmillet.com-un məlumatına görə, bu barədə CNN xəbər verib. Qətnamənin lehinə 336 konqresmen səs verib, 95 nəfər onun əleyhinə çıxıb. Qətnamənin qəbulu üçün üçdə iki səs çoxluğu tələb olunur. İndi plan cümə gününə qədər Senat tərəfindən təsdiqlənməlidir. Müvəqqəti tədbir Nümayəndələr Palatasının Qaydaları Komitəsindən …

Read More »

KİV: “HƏMAS Yaxın Şərqdə genişmiqyaslı müharibəyə səbəb olmağa çalışır”

“HƏMAS Yaxın Şərqdə genişmiqyaslı müharibəyə səbəb olmağa çalışır”. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-nin “Vaşinqton Post” nəşri kəşfiyyat məlumatlarına əsasən yazıb. Bildirilib ki, HƏMAS bunun üçün İsrail ərazisinə növbəti hücumlara hazırlaşır: “HƏMAS-ın bu hücumu İsrailin ciddi cavabı ilə nəticələnəcək. Bu isə regionda ərəb ölkələrinin iştirakı ilə geniş müharibəyə səbəb olacaq”. Qeyd olunub ki, hücum uğurlu olarsa, HƏMAS İsrailin dərinliklərinə …

Read More »

Rusiyada ağır yol qəzasında üç nəfər həlak olub

Rusiyanın Pskov vilayətində iki avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a regional Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. “Sankt-Peterburq-Nevel yolunun 377-ci kilometrliyində “Hyundai Starex” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qarşıdan gələn zolağa çıxıb və nəticədə “Volkswagen Polo” markalı avtomobillə toqquşub”, – deyə mətbuat xidməti məlumat yayıb. Qəza nəticəsində “Volkswagen Polo”nun …

Read More »