Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Kiyev qaranlığa qərq olub

Ukrayna paytaxtı Kiyev şəhərində elektrik enerjisinin verilməsində ciddi fasilələr yaranıb və bu, tamamilə elektrik kəsilməsi ilə nəticələnib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

Uzun müddət davam edən elektrik kəsintiləri Kiyev ətrafındakı yanacaqdoldurma məntəqələrində növbələrin yaranmasına səbəb olub.

Qeyd edək ki, 13 yanvar gecəsi Rusiya ordusu Ukrayna Silahlı Qüvvələri ilə əlaqəli enerji infrastrukturuna və obyektlərinə kütləvi hava hücum edib.

Ukraynanın Energetika Nazirliyi Kiyev, Odessa, Xarkov, Dnepr və Çerniqov da daxil olmaqla bir neçə bölgədə elektrik enerjisinin kəsildiyini bildirib. Bu, enerji obyektlərinə dəyən ziyana görə baş verib.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …