Bazar , 28 Aprel 2024

Digər ölkələr

Rusiyada ağır yol qəzasında üç nəfər həlak olub

Rusiyanın Pskov vilayətində iki avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a regional Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. “Sankt-Peterburq-Nevel yolunun 377-ci kilometrliyində “Hyundai Starex” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qarşıdan gələn zolağa çıxıb və nəticədə “Volkswagen Polo” markalı avtomobillə toqquşub”, – deyə mətbuat xidməti məlumat yayıb. Qəza nəticəsində “Volkswagen Polo”nun …

Read More »

İtaliyada şir sirkdən qaçıb və bir neçə saat şəhərdə gəzib

Sirkdən qaçmış şir Romadan 60 km aralıda yerləşən dənizkənarı Ladispoli şəhərinin küçələrində bir neçə saat gəzib. Boyukmillet.com xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti yazıb. O, altı saatdan sonra tutulub və sirkə qaytarılıb. Söhbət Kimba adlı yetərincə yaşlı iri aslandan gedir. Şənbə günü günorta o, sirk işçilərinin açıq tapdıqlarını söylədiyi qəfəsdən çıxıb. Ətrafdakı əkin sahələrini bir az gəzdikdən sonra yırtıcı …

Read More »

ABŞ-nin hərbi təyyarəsi Aralıq dənizində qəzaya uğrayıb

ABŞ-yə məxsus hərbi təyyarə Aralıq dənizinin şərqi üzərində təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı məlumat yayıb. Bəyanatda qeyd edilib ki, noyabrın 10-da təlim uçuşu zamanı “fövqəladə vəziyyət” yaranıb, nəticədə təyyarə qəzaya uğrayıb. “Əminliklə deyə bilərik ki, uçuş sırf təlim məqsədilə həyata keçirilib, heç bir düşmən fəaliyyəti əlaməti yoxdur”, – …

Read More »

Netanyahu: HƏMAS İranın terrorçu oxunun ayrılmaz parçasıdır

“HƏMAS İranın başçılıq etdiyi terrorçu oxunun ayrılmaz parçasıdır”. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu fövqəladə hökumətin hərbi kabinetində mətbuat konfransında bildirib. O əlavə edib ki, “HƏMAS Qəzza zolağına ancaq iki şey gətirib – qan və səfalət”, – yəhudi dövlətinin lideri diqqətə çatdırıb. Netanyahu həmçinin deyib ki, İsrail müharibədən sonra İordan çayının qərb sahili kimi Qəzzaya hərbi …

Read More »

İsrailin müdafiə naziri: “Hizbullah” müharibəyə qoşulsa, Beyrutu Qəzzanın taleyi gözləyir

Livanın “Hizbullah” qruplaşması İsrailə qarşı müharibəyə qoşulsa, bu, Beyrut sakinlərinin evlərini tərk etməyinə yol açacaq “ölümcül xəta” olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant söyləyib. O xəbərdarlıq edib ki, Livan vətəndaşları, “Hizbullah” lideri Həsən Nəsrullah “səhv etsə, Beyrutun taleyi Qəzzanın aqibəti ilə eyni olacağını” bilməlidirlər. Qallantın sözlərinə görə, Qəzza zolağında İsrail Hərbi Hava Qüvvələri indi …

Read More »

Estoniyanın Baş naziri müəllimlərdən üzr istəyib

Estoniyanın baş naziri Kaya Kallas avtomobil vergisi ilə bağlı yersiz ifadələrə görə maaşların artırılmasını tələb edən müəllimlərdən üzr istəyib. Boyukmillet.com xəbər verir ki, o, dövlətin maaşlarını artıra bilməsi üçün tətil zamanı avtomobil vergisini təşviq etməyi xahiş etməklə müəllimləri incitdiyini başa düşdüyünü vurğulayıb. Kallasın sözlərinə görə, onun ifadəsi yersiz olub və eyni zamanda işə aidiyyəti olmayıb.

Read More »

ABŞ-nin İraqdakı hərbi bazası atəşə tutulub

ABŞ-nin İraqın Anbar əyalətindəki Ayn-Əl-Əsəd bazasına hücum törədilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Shafaq News” məlumat yayıb. Bildirilib ki, hərbi baza minaatan atəşinə tutulub. Məlumata əsasən, hərbi obyektin ərazisinə azı iki mərmi düşüb. Dəymiş zərər və ya hücumu törədənin kimliyi hələlik açıqlanmayıb.

Read More »

Türkiyə parlamentinin sədri: “Üçüncü Dünya müharibəsi artıq başlayıb”

“Dünyada siyasi təzadlar artır. Bu, daha böyük toqquşmaların başlanğıcı ola bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Əsrin İşadamları Dərnəyinin toplantısında çıxışı zamanı deyib. O bildirib ki, Birinci və İkinci dünya müharibəsinin əsas səbəbi siyasi ambisiyalar idi: “Üçüncü Dünya müharibəsi isə artıq çoxdan başlayıb. Yaxın Şərqəki müharibə birdən-birə başlamadı”. N.Kurtulmuşun sözlərinə görə, dünyada siyasi …

Read More »

İsrail XİN başçısı Fransa Prezidentinə cavab verib

İsrailin xarici işlər naziri Eli Koen Fransa Prezidenti Emmanuel Makronun Qəzzada atəşkəslə bağlı çağırışına cavab verib. Boyukmillet.com xəbər verir ki, nazir “X” hesabında yazıb ki, bütün baş verənlərə, o cümlədən qırğına və Qəzza sakinlərinin iztirablarına görə məsuliyyəti HƏMAS və İŞİD daşıyır. “HƏMAS və İŞİD Fələstinin ən böyük düşmənidir”, – E.Koen bildirib. Nazir vurğulayıb ki, İsrail beynəlxalq hüquqa uyğun fəaliyyət göstərir: …

Read More »