Cümə , 29 Mart 2024

Digər ölkələr

Türkiyə Əfqanıstana humanitar yardım göndərib

Türkiyə Əfqanıstana humanitar yardım göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, lazım olan ləvazimatlar, həmçinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) təminatları təyyarələrlə Əfqanıstana göndərilib. Xatırladaq ki, oktyabrın 7-də Əfqanıstanda 6.3 maqnitudalı zəlzələ olub. Nəticədə 2 445 nəfər ölüb.

Read More »

Qəzzada ölənlərin sayı 436 nəfərə çatıb

İsrailin Qəzza zolağına endirdiyi cavab zərbələri nəticəsində 91-i uşaq olmaqla 436 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 244 uşaq və 151 qadın daxil olmaqla, 2271 nəfər yaralanıb. Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə …

Read More »

İsrail Müdafiə Ordusu 400-dən çox HƏMƏS yaraqlısını zərərsizləşdirib

Qəzza zolağında 400-dən çox HƏMƏS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlısı zərərsizləşdirilib, onlarla silahlı əsir götürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “i24” telekanalı İsrail Müdafiə Ordusunun nümayəndəsinə istinadən bildirib. “Qəzzada 400-dən çox terrorçunu məhv etdik, onlarla terrorçu isə əsirliyimizdədir”, – telekanal mətbuat katibindən sitat gətirib. Qeyd olunub ki, Kfar-Azda şiddətli döyüşlər gedir. Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket …

Read More »

HƏMAS İsrailin Qəzza zolağındakı keçmiş komandanını əsir götürüb

İsrailin Qəzza zolağındakı diviziyasının keçmiş komandanı briqada generalı Nimrod Aluni HƏMAS silahlıları tərəfindən əsir götürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə video yayılıb. Məlumata görə, o, 2022-ci ilin avqustunadək İsrail ordusunun Qəzza zolağında komandan olub. Bildirilib ki, HƏMAS silahlıları onu yaşadığı evin yanında tutublar. Generalın evi Fələstinlə sərhəddə yerləşir. Briqada generalının sərbəst buraxılması istiqamətində HƏMAS-la İsrail nümayəndələri arasında danışıqlar gedir.

Read More »

İsrail HƏMAS-ın hərbi infrastrukturuna zərbələr endirib

İsrail ordusu HƏMAS-ın 17 hərbi infrastrukturuna və 4 əməliyyat idarəetmə mərkəzinə zərbələr endirib. Bu barədə “Report” İsrail Müdafiə Ordusunun (ÇAXAL) mətbuat xidmətinə istinadən xəbər verir. Məlumatda bildirilib ki, İsrailin Hərbi Hava Qüvvələri Qəzza zolağında yerləşən hədəfləri vurub: “Son bir neçə saat ərzində onlarla döyüş təyyarəsi Qəzza zolağında HƏMAS terror təşkilatına məxsus 17 hərbi hədəfə və 4 əməliyyat idarəetmə mərkəzinə zərbələr endirib”. Xatırladaq …

Read More »

NATO və İran HƏMAS-la İsrail arasında silahlı toqquşmaya münasibət bildirib

NATO və İran rəsmiləri HƏMAS-la İsrail arasında baş verən silahlı toqquşmaya münasibət bildiriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb. Alyans Baş katibinin müavini Mirça Coane deyib: “Bu gün mən israilli dostlarımızla birlikdə insan itkisinə görə məyusam. Dəhşətli hücumlar qarşısında İsraillə tam həmrəyəm”. O, bir neçə həftə əvvəl İsraildə olduğunu və NATO ilə bu ölkə arasında əməkdaşlığın …

Read More »

İspaniya tamamilə yerli istehsal olan ilk raketini buraxıb

İspaniyanın “PLD Space” şirkəti “Miura 1” suborbital daşıyıcı aparatını ölkənin cənub-qərbindən orbitə çıxarıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Qeyd olunur ki, bu, Avropada ilk özəl raket buraxılışıdır. “PLD Space” artıq “Miura 1”-i sınaqdan keçirməyə çalışmışdı, lakin mayın 31-də külək səbəbindən ləğv edilib. “El Mundo” qəzetinin yazdığına görə, bu, İspaniyada tam şəkildə işlənib hazırlanmış və inşa edilmiş …

Read More »

Ekvadorda həbsxanada baş verən qarşıdurmada 6 məhbus ölüb

Ekvadorun Quayas əyalətindəki həbsxanada baş verən qarşıdurmada azı altı məhbus həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə məhbuslarla bağlı xidmət “X” sosial şəbəkəsində məlumat yayıb. “Quayasdakı 1 saylı kişilər üçün təcridxanada insident baş verib, 6 nəfər həlak olub”, – məlumatda bildirilir. Yaralıların sayı barədə məlumat verilmir. Penitensiar müəssisənin rəhbərliyi hadisənin səbəbini araşdırır.

Read More »

Rusiyada baş verən yanğın zamanı 5 nəfər ölüb

Rusiya Federasiyasının Nijni Novqorod vilayətində baş verən yanğın zamanı 5 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “İzvestiya” agentliyi məlumat yayıb. “Yanğın nəticəsində 3-ü uşaq olmaqla 5 nəfər həlak olub”, – xəbərdə bildirilir. Məlumata görə, hadisə Bakı vaxtı ilə saat 3:25-də Arzamas şəhər dairəsinin Sliznevo qəsəbəsində 60 kv.m. ərazidə baş verib. Yanğının səbəbi hələ dəqiqləşdirilməyib.

Read More »