Şənbə , 27 Aprel 2024

Digər ölkələr

Daha bir PKK liderindən Kılıçdaroğluya dəstək

Türkiyədə Millət İttifaqından prezidentliyə namizəd olan Kamal Kılıçdaroğluya PKK-dan dəstək gəlməyə davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, PKK-nın rəhbərlərindən sayılan, “Rohani Sərhat” kod adlı Filiz Duman Kılıçdaroğlunu dəstəkləyən açıqlama verib: “Kılıçdaroğlu seçkiyə yalnız CHP-nin, Millət İttifaqının namizədi kimi qatılmır. O, mayın 14-də keçirilən seçkilərdə Kürdüstanın hamısından, Türkiyənin də yarısından səs toplayan xalqın namizədi …

Read More »

Krımda aerodromda partlayış: hərbi helikopter zədələndi

Müvəqqəti olaraq işğal olunmuş Krımda rusların döyüş helikopteri partlayış nəticəsində zədələnib. Sitat.info xəbər verir ki, bu barədə “RBC-Ukrayna”ya Ukrayna kəşfiyyatındakı mənbələr məlumat verib. Bildirilib ki, hadisə Sevastopol yaxınlığındakı Kaça aerodromunda baş verib. Həmsöhbətlərdən birinin sözlərinə görə, bu aerodromda 318-ci ayrı-ayrı qarışıq aviasiya alayı yerləşir. “Səhər saat bir radələrində baş verən partlayış nəticəsində 318-ci alayın Mi-8 hərbi helikopteri vurularaq sıradan çıxıb”, – …

Read More »

Ukrayna ordusu Baxmutda müdafiəni davam etdirir

Ukrayna Silahlı Qüvvələri Baxmutdakı Litak bölgəsində müdafiəni davam etdirir. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Anna Malyar teleqramda bildirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri ərazidəki bəzi sənaye və infrastruktur obyektlərinə nəzarət edir. “Baxmutda ağır döyüşlər gedir. Vəziyyət kritikdir. Eyni zamanda qoşunlarımız Litak bölgəsində nəzarəti saxlayır”, – Malyar qeyd edib.

Read More »

Müxalifət siyasətə belə yanaşır – Ərdoğan

Müxalifət siyasətə xalqa xidmət vasitəsi kimi deyil, şəxsi mənfəətləri prizmasından baxır. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda çıxışı zamanı deyib. “Biz dövlətimizin və millətimizin imkanlarını səfərbər edərək sizin rifahınızın daha da yaxşılaşdırılmasında maraqlı və qətiyyətliyik”, – Ərdoğan söyləyib.

Read More »

Volodimir Zelenski Emmanuel Makronla görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın Hirosima şəhərində “Böyük yeddilik” (“G7”) ölkələrinin sammiti çərçivəsində Fransanın dövlət başçısı Emmanuel Makronla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə V.Zelenskinin Mətbuat xidmətindən bildirilib. O, Kiyevə hərbi yardıma görə fransalı həmkarına təşəkkür edib. Qeyd edək ki, V.Zelenski “Böyük yeddilik” ölkələrinin sammitinə qatılmaq üçün Yaponiyada səfərdədir. Xatırladaq ki, “G7” Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya …

Read More »

BMT-nin Baş katibi: “Dünyanın iki yerə bölünməsinin qarşısını almaq vacibdir”

“Dünya iki yerə bölünməməli, beynəlxalq birliyin üzvləri danışıqlar üçün imkanlar yaratmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş Yaponiyanın “Kyodo” agentliyinə müsahibəsində deyib. “Hesab edirəm ki, dünyanın iki yerə parçalanmasının qarşısını almaq çox vacibdir. Ciddi danışıqlar üçün imkanların yaradılması böyük əhəmiyyət kəsb edir”, – baş katib vurğulayıb. O qeyd edib ki, Ukraynadakı müharibə məsələsində birbaşa sülhün əldə …

Read More »

Türkiyə Prezidenti: “28 may yaxşı fürsətdir”

“28 may yaxşı fürsətdir”. Boyukmillet.com xəbər verir ki, “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Adıyamanda çıxışı zamanı deyib. O, bütün vətəndaşları mayın 28-də səsverməyə çağırıb: “Müxalifət siyasətə xalqa xidmət vasitəsi kimi deyil, şəxsi mənfəətləri prizmasından baxır. Biz dövlətimizin və millətimizin imkanlarını səfərbər edərək sizin rifahınızın daha da yaxşılaşdırılmasında maraqlı …

Read More »

Akardan sərt xəbərdarlıq: Altından qalxa bilmərsiniz!

Türkiyə milli müdafiə naziri Hulusi Akar ölkənin sərhədində çəkildiyi iddia edilən qanunsuz köçlə bağlı yayılan videoya münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, Akar bəzi şəxslərin bu kimi videoları paylaşmaqla cəmiyyət arasında ajiotaj yaratdığını deyib. “Bir dəfə də olsun əlindəki videonun harada çəkilməsi ilə maraqlan. Türkiyə sərhədi olduğunu zənn edib, bu barədə fikirlər söyləyirsiniz. İnanın altından qalxa bilmərsiniz! Həmin görüntülər Əfqanıstan-İran, …

Read More »

AK Parti Sinan Oğanla əməkdaşlıq məsələsinə münasibət bildirib: “O, daha yarışda yoxdur”

“Cümhur İttifaqı”nın tarixində indiyədək alver olmayıb”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini Numan Kurtulmuş deyib. O bildirib ki, Türkiyə hakimiyyəti həmişə milli maraqları düşünüb, kimisə hansısa vəzifəyə gətirmək barədə fikirlşəməyib. Hakim partiyanın rəsmisi prezident seçkilərinin mayın 28-də keçiriləcək ikinci turunda prezidentliyə keçmiş namizəd Sinan Oğanla mümkün əməkdaşlıq məsələsinə də aydınlıq …

Read More »

Zelenski Mişellə görüşdü

Ukrayna Prezidenti Vladimir Zelenski Yaponiyanın Xirosima şəhərində “Böyük yeddilik” (“G7”) ölkələrinin sammiti çərçivəsində Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişellə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ş.Mişel Tvitterdə yazıb. “Ukrayna məğlubedilməzdir. Bizim dəstəyimiz və dostluğumuz sarsılmazdır”, – o bildirib.

Read More »