Çərşənbə axşamı , 7 May 2024

Digər ölkələr

İsrail Suriyadakı hərbi hədəflərə aviazərbələr endirib, 5 nəfər yaralanıb

Aprelin 1-dən 2-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri Suriyanın Hüms şəhərinə aviazərbə endirib. Boyukmillet.com xəbər verir ki, hadisədə Dəməşq hökumətinin 5 hərbçisi yaralanıb. Beləliklə, İsrail ordusu ardıcıl ikinci gecə Suriyaya aviazərbələr endirib. Suriyanın dövlət agentliyi hava hücumundan müdafiə sistemlərinin raketlərin bir hissəsinin zərərsizləşdiridiyini, lakina buna baxmayaraq, 5 hərbçinin yaralandığını açıqlayıb. Suriya müntəzəm olaraq İsrail Müdafiə Ordusunun (İMO) zərbələrini uğurla …

Read More »

Bu gün Monteneqro vətəndaşları ölkənin səkkizinci prezidentini seçəcəklər

Aprelin 2-də Monteneqro prezident seçkilərinin ikinci turu keçiriləcək. Boyukmillet.com xəbər verir ki, martın 19-da keçirilən prezident seçkilərinin birinci turunda ölkənin səkkizinci dövlət başçısı müəyyənləşməyib. İkinci turda mübarizə ilk turda seçicilərin 35,3 faizinin səs verdiyi Sosialistlərin Demokrat Partiyasından olan hazırkı Prezident Milo Cukanoviçlə seçicilərin 29,2 faizinin dəstəyini qazanmış “Avropa indi” hərəkatının lideri Yakov Milatoviç arasında gedəcək. M. Cukanoviç qərbyönümlü və avropamərkəzli kursun …

Read More »

Meksikada şar səbətində yanğın olub, ölənlər var

Meksikanın Mexiko ştatında şar səbətinin yanması nəticəsində iki nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, hadisə Teotiuakan arxeoloji sahəsi üzərində baş verib. Olay sonucunda 2 nəfər ölüb, 13 yaşlı qız yaralanıb. Şarı idarə edən şəxsin durumu bəlli deyil, çünki yaxınları onu qəza yerindən aparıblar. Hadisə şahidlərinin sözlərinə görə, ölənlər evli cütlük olub. Yanğından xilas olmağa çalışaraq, böyük hündürlükdən səbətdən tullanıblar. İlkin …

Read More »

Bu gün Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək

Aprelin 2-də Bolqarıstanda növbədənkənar parlament seçkiləri baş tutacaq. Yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 08:00) ölkədə 13 minə yaxın seçki məntəqəsi açılacaq ki, burada təxminən 6,7 milyon insan yerli vaxtla saat 20:00-a qədər səs verə bilər. Boyukmillet.com xəbər verir ki, xaricdəki Bolqarıstan vətəndaşları üçün 61 ölkədə 737 seçki məntəqəsi işləyəcək. Xüsusi maşın və ya kağız bülletenlərdən istifadə edərək səs vermək …

Read More »

KİV: Suriyada İranın daha bir hərbi müşaviri zərərsizləşdirilib

Bir neçə gün öncə İsrail qüvvələrinin Suriyanın paytaxtı Dəməşq ətrafındakı hədəflərə zərbəsi nəticəsində yaralanan İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) hərbi müşaviri Miqdad Mehqani ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sabrin News” və “Sepah”a bağlı teleqram kanalları məlumat yayıb. Xatırladaq ki, bu, son günlər İranın Suriyada itirdiyi ikinci zabitdir. Daha öncə İsrail qüvvələrinin əməliyyatı sonucunda “Sepah”ın hərbi müşaviri Milad Heydəri …

Read More »

İsrailin Nyu-Yorkdakı baş konsulu vəzifəsindən azad edilib

İsrailin xarici işlər naziri Eli Kohen bir müddət əvvəl İsraildə məhkəmə islahatlarına etiraz olaraq istefa vermək niyyətində olduğunu bildirən bu ölkənin Nyu-Yorkdakı baş konsulu Asaf Zamiri vəzifəsindən azad etdiyini açıqlayıb. “O, tviterdə istefa verdiyini açıqlasa da, qeyri-müəyyən müddətə bu vəzifədə qalmaq istəyirdi. Mən onu dərhal işdən çıxarmaq qərarına gəldim”, – E.Kohen tviterdə yazıb. Nazir qeyd edib ki, siyasi tərəflərdən birini …

Read More »

Si Cinpin: “Çin müharibəyə hazırlaşır”

Çin müharibəyə hazırlaşır. Boyukmillet.com xəbər verir ki, bunu Çin lideri Si Cinpin parlamentin iclasında deyib. O bildirib ki, dünya bu məsələni ciddi qəbul etməlidir. Qeyd olunub ki, Çinin müdafiə büdcəsi son 10 ildə 7,2% artıb. Həmçinin vurğulanıb ki, Tayvan boğazı boyunca şəhərlərdə yeni bomba sığınacaqlarının tikilməsi planlaşdırılır. Müharibənin konkret hansı ölkə ilə aparılacağı açıqlanmayıb. Qeyd edək ki, Çin Müdafiə Nazirliyi …

Read More »

Yunanıstan 2,5 milyard avroluq beşillik istiqrazlar buraxıb

Yunanıstan illik 3,92 faizlə 2,5 milyard avroluq beşillik istiqrazlar buraxıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Kathimerini” qəzeti Dövlət Borclarının İdarəetmə Təşkilatına istinadən məlumat yayıb. Məlumata görə, Yunanıstan xarici bankları – “BNP Paribas”, “Citi”, “Deutsche Bank”, “Morgan Stanley”, “Nomura” və yerli “Piraeus Bank”ı beş illik istiqrazların yerləşdirilməsi üçün təyin edib və çərşənbə günü onların köməyi ilə 2,5 milyard avro cəlb …

Read More »

BMT-nin Baş katibi: “Terrorizm bütün dünyada güclənir”

“Terrorizm bütün dünyada güclənir”. Boyukmillet.com xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş tviterdə yazıb. O bildirib ki, bunun üçün siyasi, iqtisadi və təhlükəsizlik sistemlərindəki zəifliklərdən istifadə olunur və qeyri-sabitliklər axtarılır. “Biz bunun qarşısının alınması və insan hüquqlarının, qanun aliliyinin qorunmasına çalışmalıyıq”, – Baş katib vurğulayıb.

Read More »

Xarici KİV-lər: Yunanıstanda İranın terror şəbəkəsi ifşa edilib

İsrailin “Mossad” təşkilatı bəyan edib ki, onun kəşfiyyat məlumatlarının köməyi ilə Yunanıstanın təhlükəsizlik xidməti bu ölkədə İrana məxsus şəbəkənin terror aktının qarşısını almağa müvəffəq olub. Boyukmillet.com xəbər verir ki, Yunanıstan Baş nazirinin ofisi “Mossad”ın köməyi ilə İranın terror şəbəkəsinin ifşa edildiyi barədə məlumat yayıb. İsrailin kəşfiyyat agentliyi yunanıstanlı həmkarlarına İranın əməliyyat planlarını təhlil etmək, terror təşkilatının əsas metodlarını aşkarlamaq sahəsində …

Read More »