Bazar , 19 May 2024

Digər ölkələr

Çin XİN: “NATO Ukraynadakı müharibəyə görə məsuliyyəti öz üzərinə götürməlidir”

“ABŞ və NATO Ukraynadakı müharibəyə görə məsuliyyəti öz üzərinə götürməlidir”. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Ninq deyib. Onun sözlərinə görə, Pekin böhranın siyasi yolla həllində maraqlıdır: “Biz sülh və danışıqların tərəfdarıyıq”. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Read More »

Ukrayna və Polşa birgə tank mərmiləri istehsal edəcək

Ukrayna və Polşa birgə 125 mm-lik tank mərmiləri istehsal edəcək. Boyukmillet.com xəbər verir ki, bunu Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin teleqramda yazıb. Onun sözlərinə görə, artıq tərəflər bununla bağlı müvafiq sənədi imzalayıblar. A.Kamışin bildirib ki, Strateji Sənaye Nazirliyi Ukrayna ordusu üçün sursat istehsalının artırılmasına diqqət yetirəcək. Bundan əlavə, Ukrayna NATO ölkələrindən biri ilə birlikdə 122 mm-lik artilleriya mərmiləri istehsal …

Read More »

Ərdoğanın vətəndaşlara vəd etdiyi sürprizlərin mahiyyəti açıqlanıb

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədri, “Cümhur İttifaqı”nın prezidentliyə namizədi və hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın vətəndaşlara vəd etdiyi sürprizlərin nədən ibarət olduğu açıqlanıb. Boyukmillet.com xəbər verir ki, hazırda hökumət 3 əsas istiqamət üzrə iş aparır. Məlumata görə, bura “Ailə hesabı”nın yaradılması, Vətəndaşlıq Fondunun təsisi və gənclərə bayram bonusunun verilməsi daxildir. Türkiyədə ailə həyatı qurmaq ərəfəsində olan cütlüklərə …

Read More »

Çin və Fransa liderlərinin görüşü olub

Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində Xalq Məclisi Evində Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Boyukmillet.com xəbər verir ki, dövlət başçıları ikitərəfli və regional məsələləri müzakirə ediblər. Görüşün təfərrüatları hələ ki, açıqlanmayıb.

Read More »

ABŞ institutu: “Fazil Mustafaya qarşı terror aktının arxasında İran dayanır”

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktının arxasında İranın dayanması və bu hadisənin Tehranın sifarişi ilə törədilməsi barədə yazı dərc edib. Boyukmillet.com-un xəbərinə görə, institutun analitikləri bildiriblər ki, F.Mustafaya qarşı sui-qəsd həyata keçirmək istəyən və Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin həbs etdiyi 4 şəxsdən 3-ü İran təhlükəsizlik qüvvələrinin sifarişi ilə işləyirmiş. Qeyd …

Read More »

Bolqarıstan Rusiyadan sertifikat almış gəmilərin ölkəyə girişinə qadağa qoyub

Bolqarıstan aprelin 8-də saat 00:00-dan Rusiya Dəniz Gəmiçiliyi Reyestri tərəfindən sertifikatlaşdırılmış gəmilərin reyestr limanından asılı olmayaraq ölkənin dəniz və çay limanlarına girişinə qadağa tətbiq edəcək. Boyukmillet.com xəbər verir ki, qadağa Avropa İttifaqının Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər haqqında tənzimləməsi əsasında tətbiq edilir. Qeyd edək ki, 2022-ci ilin aprelində Rusiya bayrağı altında üzən gəmilərin Bolqarıstan limanlarına girişinə qadağa qoyulub.

Read More »

NATO Belarusa xəbərdarlıq edib

“Rusiya Belarus vasitəsilə Ukraynaya zərbələr endirir”. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında deyib. O, Belarusun Rusiya üçün platformaya çevrildiyini bildirib. NATO Baş katibi Belarusu bu müharibədə iştirak etməməyə çağırıb. Stoltenberq həmçinin söyləyib ki, NATO-nun Ukraynaya dəstəyi davam edəcək.

Read More »

NATO Baş katibi: “Putin daha böyük müharibəyə hazırlaşır”

“Rusiya Prezidenti Vladimir Putin sülhə yox, daha böyük müharibəyə hazırlaşır”. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Alyansın xarici işlər nazirlərinin Belçikanın paytaxtı Brüsseldə keçirilən iclasının ikinci günündə etdiyi çıxışı zamanı deyib. O bildirib ki, NATO öz təhlükəsizlik imkanlarını gücləndirməyə, Ukraynaya yardım göstərməyə və Rusiyanın təzyiqi altında olan digər tərəfdaşlarına dəstək verməyə davam edəcək: …

Read More »

Ukrayna Prezidenti Polşaya gedib

Ukrayna Prezidenti Volodimir Zelenski Polşaya rəsmi səfərə gedib. Boyukmillet.com xəbər verir ki, o, həmkarı Andjey Duda və digər rəsmi şəxslərlə görüşəcək. Bu, genişmiqyaslı müharibə başlayandan bəri Zelenskinin Polşaya ilk rəsmi səfəridir. Liderlərin Ukraynadakı son durumu, həmçinin hərbi dəstəyi müzakirə edəcəkləri gözlənilir.

Read More »

Bayden: “Putin müharibəyə başlayanda NATO-nu parçalayacağını düşünürdü”

“Putin amansız müharibəyə başlayanda Avropa və NATO-nu parçalaya biləcəyini düşünürdü. O, səhv edirdi”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden tvitter hesabında yazıb. “Finlandiya, NATO-ya xoş gəlmisiniz. Bu gün tarixi gündür. Alyansımıza qoşulmağınız bizi həmişəkindən daha güclü edəcək”, – Bayden sosial şəbəkə hesabında yazıb. “Mən İsveçi də NATO müttəfiqi kimi ən qısa zamanda qarşılamağı səbirsizliklə gözləyirəm”, – ABŞ …

Read More »