Bazar , 2 İyun 2024

Digər ölkələr

Bəhreyn və Qətər diplomatik münasibətləri bərpa edir

Bəhreyn və Qətər 2017-ci ildə kəsilən diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər. Boyukmillet.com xəbər verir ki, bu barədə “BNA” agentliyi məlumat yayıb. Qeyd olunub ki, razılıq Bəhreyn-Qətər komitəsinin ikinci iclası zamanı əldə olunub. Vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə və Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Müqaviləsinin müddəalarına uyğun olaraq iki ölkə arasında diplomatik münasibətlərin bərpası qərara alınıb. …

Read More »

Şimali Koreya Yapon dənizinə növbəti ballistik raket atıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizinə doğru naməlum ballistik raket atıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi Cənubi Koreya ordusuna istinadən xəbər verib. Qeyd olunub ki, bununla da Pxenyan cari ildə 12-ci ballistik raket buraxılışı həyata keçirib. Şimali Koreya bundan əvvəl martın 16-da “Hvason-17” qitələrarası ballistik raketini uğurla sınaqdan keçirdiyini bildirib. Raketin buraxılışına Şimali Koreya lideri …

Read More »

Latviya hərbçilərini Ukraynaya göndərib

Latviya öz hərbçilərini köməkçi funksiyaları yerinə yetirmək üçün Ukrayna ərazisinə göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Delfi” xəbər portalı Latviyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Qeyd olunub ki, latviyalı hərbçilər Ukraynaya müəyyən yardımçı funksiyaları yerinə yetirmək, o cümlədən Latviya səfirliyinin və yüklərin mühafizəsi üçün göndərilib. Vurğulanıb ki, hərbçilər döyüş əməliyyatlarında iştirak etməyəcək.

Read More »

Dünya Bankı: “Ukrayna üçün əlavə 11 milyard dollara ehtiyac var”

“2023-cü ildə Ukraynanın əsas iqtisadi xərcləri maliyyələşdirmək üçün əlavə 11 milyard ABŞ dollarına ehtiyac var”. Boyukmillet.com xəbər verir ki, bunu Dünya Bankının (DB) prezidenti Devid Malpas deyib. “Bizim qiymətləndirməmizə görə, 2023-cü ildə ölkənin kritik əhəmiyyətli iqtisadi və əsas xərclərini ödəmək üçün lazım olan əlavə 11 milyard dollarlıq maliyyə çatışmazlığı ilə qarşılaşacağıq”, – o, bildirib. Onun sözlərinə görə, təşkilat təcili maliyyələşdirmə …

Read More »

Ağ Ev ABŞ-ın Kiyevdəki səfirliyində amerikalı əsgərlərin olduğunu təsdiqləyib

“ABŞ hərbçiləri bu ölkənin Ukraynadakı səfirliyinin ərazisindədir”. Boyukmillet.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bəyan edib. Kirbi sözügedən hərbçilərin döyüş meydanında vuruşmadığını və ABŞ prezidenti Cozef Baydenin Amerika əsgərlərinin Ukraynada döyüşməyəcəyinə dair mövqeyinin dəyişmədiyini bildirib. “Təfərrüatlar və ya əsgərlərin sayı barədə danışmayacağam. Səfirlikdə kiçik bir ABŞ hərbi bölməsi var. Onlar səfirliyə təhkim edilib”.

Read More »

Rusiyada elektron hərbi çağırışlar haqqında qanun qəbul edilib

Rusiya Dövlət Duması hərbi xidmətə elektron çağırış vərəqələrinin çatdırılmasını nəzərdə tutan hərbi qeydiyyatın rəqəmsallaşdırılması haqqında qanun layihəsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu gün yekun oxunuşda qəbul edilən qanuna əsasən, dövlət informasiya resursu əsasında hərbi xidmətə cəlb olunan şəxslərin vahid reyestri yaradılacaq və bu hərbi qeydiyyat sistemini şəffaf, məlumatların isə aktual olmasını təmin edəcək. Sənəddə deyilir ki, elektron formada …

Read More »

Nazir: “Vladimir Putin Avstriyaya səfər etsə həbs olunacaq”

“Rusiya Prezidenti Vladimir Putin Avstriyaya səfər etsə həbs olunacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Avstriyanın Avropa İttifaqı və hökumətdə konstitusiya işləri üzrə naziri Karoline Edtştadler “Tagesspiegel”ə müsahibəsində bildirib. O deyib ki, Avstriya beynəlxalq hüquqa dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək: “Mən mülki məsələlər üzrə cinayət işləri üzrə hakimi olmuşam. Həbs qərarının Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilməsi o deməkdir ki, əgər Rusiya …

Read More »

Süleyman Soylu: “Türkiyə tarixi qərar ərəfəsindədir”

“Türkiyə indiyədək bir çox tarixi əhəmiyyətli qərarlar verib. İndi yenə tarixi qərar ərəfəsindəyik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib. O bildirib ki, 20 il əvvələdək ölkənin şərq və cənub şərqində vəziyyət çox ağır idi: “İnsanlar qorxa-qorxa küçəyə çıxırdı. İndi isə durum dəyişib. Bundan sonra hansı Türkiyənin olmasına dair qərarı isə xalq verəcək. Gələcəkdə hansı …

Read More »

ABŞ-da koronavirusla bağlı tətbiq edilən fövqəladə vəziyyət ləğv edilib

ABŞ Prezidenti Cozef Bayden 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən fövqəladə vəziyyəti ləğv edib. Boyukmillet.com.xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. “Prezident COVID-19 pandemiyası ilə əlaqədar fövqəladə vəziyyəti ləğv edən qanunu imzalayıb” – Ağ Ev bəyan edib. ABŞ-da fövqəladə vəziyyət rejimi 31 yanvar 2020-ci ildə tətbiq edilib və 2023-cü ilin aprelin 11-də başa çatıb. Əvvəlcə …

Read More »

Çinin şimal bölgələrini toz duman bürüyüb

Paytaxt Pekin də daxil olmaqla Çinin şimal hissəsini toz və qum dumanı bürüyüb. Boyukmillet.com xəbər verir ki, aprelin 10-dan səhər saatlarından başlayaraq, Sincan Uyğur, Daxili Monqolustan və Ninsia Huy Muxtar rayonları, Qansu və Çinhay vilayətləri, habelə paytaxt Pekinin səmasında qatı toz dumanı müşahidə olunub. Milli Meteorologiya Mərkəzi toz dumanının səhralardan külək vasitəsilə gəldiyini, bu cür hava şəraitinin qarşıdakı günlərdə Çinin …

Read More »