Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Suriyada yerli tayfalar arasında atışmalar nəticəsində 30-dan çox insan həlak olub

Suriyanın cənubunda yerləşən Əs-Süveydə əyalətində bədəvilər və druzlar arasında baş verən toqquşmalar nəticəsində azı 37 nəfər həlak olub, təxminən 50 nəfər yaralanıb.

Boyukmillet.com xəbər verir ki, “The Syrian Observatory for Human Rights” (SOHR) monitorinq qrupunun məlumatına əsasən, ölənlərdən 27-si druz,10-u bədəvidir.

Qeyd olunub ki, etnik azlıqlar arasında toqquşmalar nəticəsində daha 100 nəfər yaralanıb.

Məlumata görə, druz və bədəvi liderləri silahlı toqquşmaların dayandırılmasına çağırırlar.

Check Also

ABŞ hərbi bazalarını avtonom fəaliyyətə hazırlayır

ABŞ Müdafiə Nazirliyi ölkə ərazisindəki hərbi bazaları mümkün böyük münaqişə şəraitində ən azı 90 gün …