Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Tramp təkcə Putindən məyus olmayıb, həm də ona etibar etmir

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, təkcə rusiyalı həmkarı Vladimir Putindən məyus olmayıb, həm də ona etibar etmir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri BBC-yə açıqlamasında bildirib.

Trampdan Rusiya liderinə etibar edib-etmədiyi soruşulduqda, o belə cavab verib: “Mən, demək olar ki, heç kimə etibar etmirəm”.

O, həmçinin əlavə edib ki, Rusiya-Ukrayna münaqişəsinin həlli üçün şans azı dörd dəfə əldən verilib.

D.Trampın sözlərinə görə, ABŞ Ukraynada qan tökülməsini mümkün qədər tez dayandırmaq üçün işləyir.

Check Also

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək səviyyəli rəsmilərinin İrana səfəri planlaşdırılır. Boyukmillet.com IRIB-yə istinadən xəbər …