Çərşənbə axşamı , 7 May 2024

Digər ölkələr

Blinken: “Rusiya İrana müasir qırıcılar verə bilər”

“ABŞ administrasiyası hesab edir ki, Moskva Tehrana müasir Rusiya qırıcıları verə bilər ki, bu da İranı daha da təhlükəli ölkəyə çevirəcək”. Boyukmillet.com xəbər verir ki, bunu “CBS” telekanalına müsahibəsində ABŞ dövlət katibi Entoni Blinken bildirib. O, bir daha təsdiq edib ki, İran Rusiyanı Ukraynada hərbi əməliyyatlar zamanı istifadə olunan pilotsuz uçuş aparatları ilə təmin edir. “Rusiya ilə İran arasında münasibətlər …

Read More »

ABŞ-ın Suriyadakı hərbi bazası raket atəşinə məruz qalıb

Suriyanın Deyr əz-Zor əyalətində yerləşən ABŞ hərbi bazası raket atəşinə məruz qalıb. Boyukmillet.com xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb. Hücum nəticəsində yaralananlar və ölənlər barədə məlumat yoxdur. “Al Hadath” telekanalının məlumatına görə, Koniko və Əl Ömər yataqlarının yaxınlığında yerləşən bazanın uçuş-enmə zolağı hücuma məruz qalıb.

Read More »

Şimali Koreya qitələrarası ballistik raket buraxıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) 989 km məsafə qət edən “Hvason-15” qitələrarası ballistik raketi buraxıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. KCNA Şərq (Yapon) dənizi istiqamətində buraxılmış raketin maksimum 5 768,5 metr yüksəklikdə 989 kilometr məsafə qət edərək, şərti hədəfə çatdığını yazıb. Raketin uçuş müddəti 4015 saniyə çəkib.

Read More »

“İran Qərb dövlətlərinin etimadını itirib, Tehranı ciddi cəza gözləyir” – RƏY

“İran rəhbərliyi apardığı yanlış siyasət nəticəsində Qərb dövlətlərinin etimadını itirib. Hazırda İrana göstərilən münasibətin birbaşa günahkarı bu ölkəyə rəhbərlik edən hakimiyyətdir”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, Qərbin Tehran rejiminə etimad göstərməməsi bir çox istiqamətlərdə özünü açıq şəkildə büruzə verir. “Bunun günahkarı da məhz İrandır. Belə ki, onların həyata keçirdiyi …

Read More »

Türkiyədə zəlzələdə ölənlərin sayı 40642 nəfərə çatıb

Türkiyədə zəlzələdə ölənlərin sayı 40642 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer deyib. Onun sözlərinə görə, 80 ölkə Türkiyəyə axtarış-xilasetmə qrupları göndərib: “Onlardan bəziləri işini yekunlaşdırıb”. Y.Sezer bildirib ki, vətəndaşlara müvafiq qaydada maddi dəstək göstərilir: “Hər ailəyə 10 min lira veririk. Məqsədimiz zəlzələdən zərərçəkmişlərə qismən də olsa dəstək olmaqdır”. O, …

Read More »

Qaziantep şəhərində axtarış-xilasetmə işləri başa çatıb

Türkiyənin Qaziantep şəhərində axtarış-xilasetmə işləri başa çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 …

Read More »

Ərdoğan Liviya Baş naziri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Baş naziri Əbdülhəmid Dibeybə ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə R.T.Ərdoğanın Mətbuat xidmətindən bildirilib. Liderlər İstanbuldakı Vahdettin sarayında bir araya gəliblər. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Read More »

NATO Baş katibi İsveç və Finlandiya liderləri ilə görüşüb

NATO Baş katibi Yens Stoltenberqlə Finlandiya Prezidenti Sauli Niinistö və İsveç Baş naziri Ulf Kristersson arasında üçtərəfli görüş olub. Boyukmillet.com xəbər verir ki, bunu Y.Stoltenberq tviterdə yazıb. Tərəflər Finlandiya və İsveçin Alyansa üzvlüyünü müzakirə ediblər. “Türkiyə səfərimdən sonra liderlərlə görüşdüm. İndi onlar üzvlüyə müraciət etməzdən əvvəlkinə nisbətən daha təhlükəsizdirlər. Hər iki dövlətin NATO-ya üzv olmasını səbrsizliklə gözləyirəm”, – Baş katib …

Read More »

Polşa Prezidenti: “Ukrayna ilə hərbi ittifaq yarada bilərik”

“Müharibədən sonra Polşa ilə Ukrayna arasında hərbi ittifaq yarana bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda deyib. O bildirib ki, buna ümid edir: “Biz, həmçinin gözləyirik ki, Rusiya üzərində qələbədən sonra Ukrayna NATO-nun üzvü olacaq”. Qeyd edək ki, fevralın 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Aİ sammiti çərçivəsində polşalı həmkarı ilə görüşmüşdü.

Read More »

ABŞ-dan Türkiyənin zəlzələ bölgəsinə 380 ton humanitar yardım göndərilib

Amerika Birləşmiş Ştatları (ABŞ) zəlzələdən zərər çəkən Türkiyəyə humanitar yardımlar göndərməyə davam edir. Boyukmillet.com xəbər verir ki, Türkiyənin Vaşinqtondakı səfirliyində qurulan humanitar yardım məntəqəsinə hər gün 60 tona yaxın yardımlar göndərilir. Birləşmiş Ştatlardan humanitar yardımların toplanılması üçün səfərbər olan Türkiyə səfirliyinin inzibati binasına sadəcə paytaxt Vaşinqtondan deyil, ətraf şəhər və ştatlardan da yardımlar göndərilir. Təbii fəlakətdən sonra ABŞ-dan zəlzələ bölgəsinə …

Read More »