Bazar , 19 May 2024

Digər ölkələr

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 5,8 min nəfəri ötüb

Suriyada fevralın 6-da baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 5,8 min nəfəri ötüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb. Xatırladaq ki, fevralın 6-da Türkiyədə və Suriyada zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntılara və on minlərlə itkilərə səbəb olub. Zəlzələ nəticəsində Türkiyədə …

Read More »

AK: Rusiyaya qarşı yeni sanksiyalar gizli ixrac əməliyyatlarını da əhatə edəcək

Avropa İttifaqının Rusiyaya qarşı onuncu məhdudlaşdırıcı tədbirlər paketinə sanksiyalardan yayınma ilə bağlı mübarizə tədbirləri daxil olacaq. Boyukmillet.com-un məlumatına görə, bunu Avropa Komissiyasının (AK) icraçı vitse-prezidenti Valdis Dombrovskis deyib. Dombrovskisin sözlərinə görə, onuncu paketə yeni sanksiyalar və onlardan yan keçmə ilə mübarizə ilə bağlı elementlər aiddir. Bundan əvvəl məlum olub ki, Aİ şirkətlərə əsas texnologiyaları üçüncü ölkələrə sataraq sonradan onları Rusiya …

Read More »

Erməni xilasedicilərdən rüsvaylıq: ölənlərin şəxsi əşyalarını oğurlayır, evləri qarət edirlər

Ermənilər bir daha dünyaya öz xislətlərini, əsl simalarını nümayiş etdirmiş oldular. Türkiyəyə zəlzələdən zərər çəkənlərə kömək adı altında gedən ermənilərin soyğunçuluqla məşğul olduqları üzə çıxıb. Boyukmillet.com Milli.Az-a istinadən xəbər verir ki, Milli İstiqbarat Təşkilatının (MİT) əməkdaşları Adıyaman şəhərində zəlzələ zamanı dağılmış evdən qarət və oğurluq etdiklərinə görə Arsen Qazaryan və Vahan Sürmalyanı saxlayıblar. Axtarış zamanı onların üzərindən ölən Türkiyə vətəndaşlarının …

Read More »

Dağıntılar altında qalmış Dərəkənddən reportaj: “Oğlumun cansız bədənini çıxarda bildik”

Türkiyənin Kahramanmaraş şəhəri ilə yanaşı ətraf ərazilərdə yaşayan insanlar da zəlzələdən zərər çəkib. Boyukmillet.com xəbər verir ki , şəhər mərkəzindən təxminən 18 km uzaqda yerləşən Dulkadiroğlu rayonunun Dərəkənd kəndində yaşayan sakinlər də təbii fəlakətin qurbanları olub. Beş yüz nəfərin yaşadığı kənddə zəlzələ zamanı 4 nəfər həlak olub. Evlərin bir çoxu dağıntılar alıtında qalıb. Bəzi evlərə isə ciddi ziyan dəyib, lakin …

Read More »

Osmaniyə şəhərinin də zərər çəkdiyi böyük fəlakətdə dağ silkələnib – ANBAAN VİDEO

Mərkəzi Kahramanmaraş olan zəlzələdən çərər çəkmiş Türkiyənin Osmaniyə şəhərində hadisə anında dağın silkələndiyi görünür. Anbaan qeydə alınan görüntülər zəlzələnin böyüklüyünü bir daha ortaya qoyub. Böyük fəlakətin izlərini silmək üçün mübarizə davam edir. Zəlzələnin üzərindən 8 gün keçir, dağıntılar minlərlə vətəndaşın həyatına son qoyub. Zəlzələ Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniyə, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub. Şəhərlərdə …

Read More »

İsveçrə Rusiyanın 19 milyardlıq aktivlərini dondurdu

İsveçrənin maliyyə nəhəngi “Credit Suisse” Rusiyanın 17.6 milyard franklıq (19 milyard dollar) aktivlərini dondurub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Le Temps” nəşri yazıb. Məlumata görə, dondurulan 17,6 milyard franklıq Rusiya aktivinin yalnız 4 milyard frankı İsveçrənin sanksiyalar siyahısına daxil edilmiş şəxslərə məxsusdur. Qalan 13,6 milyard isə digər ölkələrdə sanksiyalara məruz qalmış şəxslərə məxsusdur və bura Rusiya Mərkəzi Bankının pulları …

Read More »

Quzey Kıbrıs voleybol komandasından 16 nəfər dəhşətli zəlzələdə həyatını itirdi – FOTO

Türkiyə Voleybol Federasiyası (TVF) Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) voleybol komandasından 16 nəfərin Adıyamanda “əsrin fəlakəti” zamanı çökən otelin dağıntıları altında həyatını itirdiyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, Federasiyadan verilən açıqlamada, “Ölkəmizdə baş verən zəlzələ fəlakətində Adıyamandakı otelin dağıntıları altında tapılan Quzey Kıbrıs voleybol komandasından 16 nəfərin həyatını itirdiyini dərin hüznlə öyrəndik. Həyatını itirən bütün idmançılarımıza və vətəndaşlarımıza Allah rəhmət …

Read More »

İspaniyalı seysmoloq: Kahramanmaraş zəlzələsi Yaponiyadakından 30 dəfə böyükdür

“Kahramanmaraş zəlzələsi Yaponiyadakından 30 dəfə böyükdür”. Boyukmillet.com xəbər verir ki, bu sözləri İspaniyanın Elmi Araşdırmalar Yüksək Şurasına bağlı Geociencias Barselona (Geo3Bcn) İnstitutunda çalışan seysmoloq Jordi Diaz deyib. J.Diaz qeyd edib ki, “əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlər 9 saatlıq fasilə ilə iki böyük zəlzələ olub və bu çox nadir bir vəziyyətdir. Bunun çox böyük və şiddətli zəlzələ olduğunu, …

Read More »

Tbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir – FOTO 

Forum Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə baş tutur. Tədbir Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başladı.  Boyukmillet.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri, “Diaspor” İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili Forum iştirakçılarını hər iki Qarabağ müharibəsində Şəhid olan, eyni zamanda, qardaş …

Read More »

Britaniya kəşfiyyatı: “Rus qoşunları Vudledar şəhərində ciddi itki verib, geri çəkiliblər”

“Rusiya qoşunları Donetsk vilayətinin Vuhledar şəhərində ağır itkilər veriblər. Onlar bu uğursuz hücumdan sonra ən azı 30 zirehli texnikanı tərk edərək qaçıblar”. Boyukmillet.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib. Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri Baxmut istiqamətində taktiki uğur qazanmağa nail olublar. Məlumatda, xatırladılıb ki, ruslar bu ilin yanvarın sonunda Vuheldar şəhərinin qərb istiqamətində …

Read More »