Bazar , 19 May 2024

Digər ölkələr

Qərb ölkələri İranın nüvə fəaliyyəti ilə bağlı bəyanat yayıb

ABŞ, Fransa, Almaniya və Böyük Britaniya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın Fordo zavodundakı nüvə obyekti ilə bağlı hesabatı ilə əlaqədar olaraq, İranı beynəlxalq öhdəliklərə əməl etməyə və bu qurumla əməkdaşlıq etməyə çağıran bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib. Qeyd olunub ki, İranın 60 faizə qədər yüksək zənginləşdirilmiş uran istehsal etməsi bu dövlətin …

Read More »

Şarl Mişel: “Biz Kremldən qorxmuruq”

“Bu gün biz açıq şəkildə 2 şeydən danışırıq. Birincisi, Prezident Zelenskiyə və Ukrayna xalqına mesajdır ki, Avropa İttifaqı ukraynalıları bütün istiqamətlərdə dəstəkləyəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bu gün Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında deyib. “Biz qorxu hiss etmirik və Kremldən qorxmuruq, çünki Ukrayna və Aİ bir ailədir. İkincisi, …

Read More »

İsrail təhlükəsizlik qüvvələri terrorda şübhəli bilinən 17 şəxsi saxlayıb

İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində terror fəaliyyətlərində iştirakda şübhəli bilinən 17 fələstinlini saxlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. “İsrail Müdafiə Qüvvələri, Baş Təhlükəsizlik Xidməti və Sərhəd Polisi bu gecə İudeya və Samariyada 17 şübhəlinin tutulması üçün tədbirlər həyata keçirib”, – məlumatda qeyd edilib. Bildirilib ki, digər məsələlərlə yanaşı, Hevron, Nablus və …

Read More »

ABŞ dövlət katibi İsrail hökuməti ilə İran-Rusiya hərbi əməkdaşlığını müzakirə edib

ABŞ dövlət katibi Entoni Blinken İsrail rəsmiləri ilə Rusiya və İran arasındakı hərbi-texniki əməkdaşlığı, eləcə də Ukraynaya dəstək verilməsi məsələsini müzakirə edib. Boyukmillet.com xəbər verir ki, dövlət katibi rəsmi səfərdə olduğu Yerusəlimdə keçirdiyi mətbuat konfransında təmasları barədə danışıb. Onun sözlərinə görə, tərəflər İranın sabitliyi pozan hərəkətlərinə qarşı çıxmaq və onlara qarşı mübarizə aparmaq üçün əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər. E.Blinken qeyd …

Read More »

Pakistanda məsciddəki partlayışda ölənlərin sayı 90-a çatıb

Pakistanın Peşavar şəhərində yerləşən məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, 200-dən çox insan xəsarət alıb. Bir neçə nəfərin durumu ağır olaraq qalır, yaralıların müalicəsi isə davam etdirilir. Xatırladaq ki, yanvarın 30-da Pakistanın şimal-qərbində, Peşavar şəhərində yerləşən məsciddə terror aktı baş verib. Məlumata görə, polis və hərbçilər də daxil olmaqla insanların sıx olduğu …

Read More »

Blinken: “Rusiya İrana müasir silahlar verir və əvəzində PUA-lar alır”

“Rusiya İranı müasir silahlarla təmin edir və əvəzində Tehrandan pilotsuz uçuş aparatları (PUA) alır”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra açıqlayıb. O, İranın Ukraynada hərbi əməliyyatda istifadə etmək üçün Rusiyaya pilotsuz uçuş aparatları verdiyini bir daha təkrarlayıb: “Öz növbəsində Rusiya İranı müasir silahlarla təmin edir. Bu ikitərəfli qarşılıqlı …

Read More »

Aİ-nin ali nümayəndəsi: “Nüvə bombasının İranın əlinə keçməsindən yayınmalıyıq”

“Əgər İran rejimi bu qədər pisdirsə, onda nüvə bombasının belə bir rejimin əlinə keçməsindən qaçmağa çalışmalıyıq”. Boyukmillet.com Britaniyanın “Financial Times” qəzetinə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel deyib. “Mən nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının işləməsindən başqa bir yol bilmirəm”, – Aİ rəsmisi qeyd edib. Eyni zamanda …

Read More »

Ermənilərin İsraillə bağlı iddiası yəhudilərlə kütləvi toqquşmalara səbəb olub

Ermənilərin İsrailin onlara məxsus olması iddiası yəhudilərlə toqquşmalara səbəb olub. Bu barədə Boyukmillet.com  xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, ilk qarşıdurma “Ağlama divarı” yaxınlığında baş verib. Toqquşmaya ermənilərin İsrailin onlara məxsus ölkə olması barədə ittihamı səbəb olub. Belə ki, ermənilərdən birinin “Bura – İsrail bizim ölkəmizdir, bura evimizdir”, – deməsi tərəflər arasında qarşıdurma yaradıb. Qeyd edilir ki, ermənilər yəhudiləri təqib …

Read More »