Çərşənbə axşamı , 7 May 2024

Digər ölkələr

İsveçrə Rusiya aktivlərinin Ukraynaya verilməsi ilə bağlı referendum keçirə bilər

İsveçrə dondurulmuş Rusiya aktivlərini Ukraynanın bərpasına sərf etməyə qarşı deyil, lakin bunun üçün referendum tələb oluna bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə İsveçrənin xarici işlər naziri İqnasio Kassis “Tages-Anzeiger” nəşrinə müsahibəsində bildirib. “Ukraynanın bərpasına kömək etməkdə ciddiyiksə, onu necə maliyyələşdirəcəyimizi düşünməliyik”, – deyən nazir əlavə edib ki, Qərb ölkələri Rusiyanın aktivlərinin müsadirə edilməsi addımını müzakirə edir. İ.Kassis vurğulayıb ki, …

Read More »

Ərdoğan: “Yunanıstan baş nazirinin sözləri regionun taleyini həll etmək üçün kifayət deyil”

“Yunanıstanın Baş naziri Kriakos Miçotakisin sözləri regionun taleyini həll etmək üçün kifayət deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Yunanıstan Lozanna anlaşmasının şərtlərinə əməl etmir: “Adalar hələ də silahlandırılır. Biz də buna uyğun olaraq lazımi addımları atırıq. Yunanıstan öz başının çarəsinə baxmalıdır”.

Read More »

ABŞ İnstitutu: “Rusiyanın Belarusdan Ukraynaya hücumu üçün şərait yaradıla bilər”

“Rusiyanın Belarusdan Ukraynaya hücumu üçün şərait yaradıla bilər”. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. Bildirilib ki, bu, yaxın həftələrdə reallaşmasa belə, ehtimal var: “Rusiyanın müdafiə naziri Sergey Şoyqu ötən gün – yanvarın 19-da belaruslu həmkarı Viktor Xreninlə telefon danışığında ikitərəfli hərbi əməkdaşlıq barədə danışıb. Həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə Belarus Prezidenti Aleksandr …

Read More »

Argentinalı narkotacirlər qaçırdıqları təyyarədə qəzaya uğrayıblar

Narkoticarətlə əlaqəli beş cinayətkar Argentinanın Çako əyalətində aviasiya klubundan “Cessna-206” yüngül mühərrikli təyyarəsini qaçırıb. Hücum edənlər uzağa qaça bilməyiblər, havaya qalxdıqdan dərhal sonra yanacaq verilişini açmadıqları üçün qəzaya uğrayıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli “Diario Norte” nəşri məlumat yayıb. “Əgər o, şəhərə düşsəydi, bu, faciə olardı. Təyyarənin gizli bloklama sistemi var”, – prokuror Serxio Rios bildirib. O vurğulayıb …

Read More »

Moldova Prezidenti dünya ölkələrini Ukraynaya kömək etməyə çağırıb

“Rusiya təcavüzünə qarşı mübarizədə qalib gəlmək üçün Ukraynaya kömək etmək lazımdır. Əks halda, başqa ölkələri təhlükə gözləyir”. Boyukmillet.com “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu Davos İqtisadi Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, demokratiyanı qorumağın yeganə yolu həmrəylikdir: “Biz Rusiyanı demokratik ölkə hesab etmirik. Bu isə o deməkdir ki, təhlükə hələ də qalmaqdadır”. M.Sandu bildirib ki, …

Read More »

Pentaqon: Rusiya çatışmazlıq səbəbindən İran və KXDR-dən raket istəyir

Kreml öz döyüş başlıqları və pilotsuz uçuş aparatlarının çatışmazlığı ilə üzləşdiyi üçün İran və Şimali Koreyadan raketlər istəməyə davam edir. Boyukmillet.com  xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kal deyib. Bu baxımdan ABŞ Moskvanın Tehran və Pxenyanla münasibətlərinin dərinləşməsini gözləyir. “Açq desək, bu, Rusiyanın çarəsizliyinə işarədir ki, onlar İran və Şimali Koreyaya …

Read More »

Cosef Borel Britaniya vətəndaşının İranda edamını pisləyib

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosef Borel İran və Britaniya vətəndaşlığı olan Əlirza Əkbərinin İran hakimiyyəti tərəfindən edam edilməsini pisləyib. Bu barədə “Report” diplomatın bəyanatına istinadən xəbər verir. “Avropa İttifaqı İran və Britaniya vətəndaşı Əlirza Əkbərinin İranda edamını ən sərt şəkildə pisləyir. İstənilən şəraitdə belə bir cəza tədbiri ilə razılaşmırıq”-, bəyanatda vurğulanıb. Qeyd edək ki, …

Read More »

İsraildə hərbi bazada partlayış olub, ölən və yaralananlar var

İsrailin mərkəzindəki hərbi bazada döyüş sursatının partlaması nəticəsində bir əsgər ölüb, daha üç hərbçi müxtəlif dərəcəli ağır xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Hərbi polis hadisənin başvermə şəraiti ilə bağlı araşdırmalara başlayıb, tapılan dəlillər hərbi prokurorluğa təqdim olunacaq.

Read More »

Türkiyə Prezidentinin sözçüsü İsveç və Finlandiyaya NATO ilə bağlı vaxt qoyub

“İsveç və Finlandiyanın NATO-ya müraciətlərinin Türkiyə tərəfindən ratifikasiyası üçün lazım olan şərtləri yerinə yetirmək üçün təxminən 2-2,5 ay vaxt var”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın bildirib. Onun sözlərinə görə, prezident seçkiləri öncəsi Türkiyə Böyük Millət Məclisinin tətilə çıxmasına bu qədər vaxt qalıb: “Alyansın sammitinə qədər onların NATO-ya üzv olmaq istəsələr, bizim …

Read More »

Braziliyanın keçmiş ədliyyə naziri həbs edilib

Braziliyanın keçmiş ədliyyə və ictimai təhlükəsizlik naziri Anderson Torres ABŞ-dan vətənə qayıtdıqdan sonra paytaxtın hava limanında həbs edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “CNN Brasil” federal polisdəki mənbələrə istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, keçmiş məmur iğtişaşlara göz yummaqda ittiham olunur. Eks-nazir məhkəmə-tibbi ekspertizası və daha sonra qeyri-müəyyən müddətə həbs olunmaq üçün hərbi polis qarnizonlarından birinə aparılıb. Bir gün əvvəl …

Read More »