Cümə , 26 Aprel 2024

Digər ölkələr

Bayden Nümayəndələr Palatasının sədri seçilməsi münasibətilə Makkartini təbrik edib

ABŞ Prezidenti Cozef Bayden Respublikaçılar Partiyasının üzvü Kevin Makkartini ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri seçilməsi münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ evin Mətbuat Xidməti məlumat yayıb. Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının 118-ci çağırışına dörd gündür yeni sədr seçilə bilmirdi. Nəhayət K.Makkarti 15-ci cəhddə 216 səs toplayaraq bu posta yiyələnməyə nail olunub.

Read More »

Tacikistan Prezidenti iki naziri və vilayət başçısını dəyişib

Tacikistan Prezidenti Emoməli Rəhmon iki yeni nazir, Xatlon vilayətinin başçısı və dövlət strukturlarında bir neçə başqa rəhbər təyin edib. Boyukmillet.com xəbər verir ki, müvafiq sərəncamları dövlət başçısının mətbuat xidməti yayıb. Prezident kənd təsərrüfatı nazirini dəyişərək, bu vəzifəyə Xatlon vilayətinin sədri Kurbon Hakimzodanı təyin edib. Rəhmon əmək, miqrasiya və əhalinin məşğulluğu naziri Şirin Amonzodanı başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad …

Read More »

BMT Ukraynadan Avropaya gələn qaçqınların sayını açıqlayıb

Fevralın 24-dən hərbi əməliyyatın başlanmasından yanvarın 3-dək Ukraynadan Avropaya ümumilikdə 7 915 287 qaçqın gəlib. Boyukmillet.com  xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatında bildirilir. Məlumata görə, ən çox ukraynalı qaçqını Rusiya qəbul edib – 2 852 395. Sonrakı yerlərdə Polşa (1 553 707), Almaniya (1 021 667), Çexiya (476 025), İtaliya (173 …

Read More »

Türkiyədə iki hərbçi həlak olub

Türkiyədə iki hərbçi yol qəzası nəticəsində həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Harun Uğur və Halil Sultan Konyada avtomobil qəzasında dünyalarını dəyişiblər. Daha iki hərbçi xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb.

Read More »

Ərdoğan Türkiyədə prezident seçkilərinin vaxtının dəyişdiriləcəyi iddiasına münasibət bildirib

“Sular durulmadan seçkilərin tarixini konkret müəyyənləşdirmək olmaz”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsinin mümkün olub-olmaması ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib. O bildirib ki, ictimai rəydə olan hər şey hakimiyyətin gündəmindədir: “Çünki biz işimizi ictimai rəyi uyğun qururuq”. Qeyd edək ki, daha əvvəl Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop …

Read More »

Zelenski ilə Sunak arasında telefon danışığı olub

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Rişi Sunak arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “RBK-Ukraina” Ukrayna dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat yayıb. Söhbət zamanı siyasətçilər müdafiə sahəsində gələcək əməkdaşlığı müzakirə edib, həmçinin bu il qələbəni yaxınlaşdırmaq üçün səyləri gücləndirmək barədə razılığa gəliblər. Artıq bunun üçün konkret həll yollarının olduğu bildirilir.

Read More »

Tacikistan Silahlı Qüvvələri antiterror təlimləri keçirib

Tacikistan Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələri antiterror təlimləri keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Xovar” xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, təlimlərin məqsədi hərbi vəziyyətin tənzimlənməsi və ictimai asayişin nəzarətə götürülməsi, həmçinin qanunsuz silahlı birləşmələrin təqib və məhv edilməsi olub. Birgə antiterror təlimlərində ağır zirehli texnika, hərbi aviasiya, xüsusi texnika və digər müasir silahlardan istifadə edilib.

Read More »

Meksikada həbsxanaya hücum zamanı ölənlərin sayı 19-a çatıb

Meksikanın şimalındakı Çihuahua ştatının Syudad-Xuares şəhərindəki 3 saylı həbsxanaya yanvarın 2-də silahlı hücum nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Meksikanın müdafiə naziri Luis Kressensio Sandoval məlumat verib. Xatırladaq ki, hücum iştirakçılarının köməyi ilə 25 məhbus cəzaçəkmə müəssisəsindən qaçıb. Bildirilib ki, nəticədə 10 gözətçi, 7 məhbus və hücumda iştirak edən 2 şəxs həlak olub. Meksikanın …

Read More »

NATO Baş katibi: “Bəzi ölkələr müdafiə xərclərinin artırılmasını tələb edir”

“NATO üzvü olan bir çox ölkə müdafiə xərclərinin ÜDM-in azı 2 %-nə qədər artırılmasını tələb edir”. Boyukmillet.com xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib. O, hazırkı mərhələdə alyansın hansı ölkələrinin bununla bağlı düzəlişlərdə israrlı olduğunu dəqiqləşdirməyib. “Deutche Welle”in diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Şimali Atlantika Alyansının müdafiə xərclərinin artırılmasını istəyən ölkələr Polşa, Litva və Böyük Britaniyadır. Digər …

Read More »

KİV: “Böyük Britaniya bu il ciddi ressesiya ilə üzləşə bilər”

Böyük Britaniya 2023-cü ildə “Böyük Yeddilik” (G7) ölkələri arasında ən ciddi ressesiya ilə üzləşə bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Financial Times” yazıb. Nəşrin əksər ekspertlərinin fikrincə, Britaniyada pandemiyanın nəticələri və Ukraynadakı münaqişə nəticəsində yaranan inflyasiya şoku İngiltərə Bankını yüksək faiz dərəcələrini saxlamağa sövq edəcək. Böyük Britaniya hökuməti isə sərt vergi siyasətinə riayət edəcək.

Read More »