Çərşənbə axşamı , 7 May 2024

Digər ölkələr

ABŞ-da hərbi təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub

ABŞ-ın Kaliforniya ştatında Birləşmiş Ştatlar ordusuna məxsus “Bell V-22 Osprey” təyyarəsi qəzaya uğrayıb. Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. Rəsmi şəxslər hadisə zamanı təyyarədə beş nəfərin olduğunu bildiriblər. Onların hamısının öldüyü güman edilir. Qeyd olunur ki, qəza Meksika ilə sərhəddən 50 km şimalda və San-Dieqo şəhərindən 240 km şərqdə baş verib. Eyni zamanda, ABŞ hərbçiləri dağılan təyyarənin göyərtəsində radioaktiv maddələrin …

Read More »

Yunanıstan Almaniyaya görə “BMP-1”lərin Ukraynaya göndərilməsini təxirə salacaq

Almaniya Yunanıstana “Marder” piyada döyüş maşınının verilməsini gecikdirdiyi üçün Yunanıstan “BMP-1”lərin Ukraynaya göndərilməsini ən azı iki ay sonra həyata keçirəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Bild” Yunanıstan Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisinə istinadən yazıb. Rəsmi şəxs bildirib ki, Almaniyadan gələn ilk tankın hazırda “BMP-1”lərin yerləşdiyi Yunanıstan adalarına çatması ən azı iki ay çəkə bilər. Onun sözlərinə görə, rəsmi Afina …

Read More »

Litvadan Ukraynaya növbəti hərbi yardım karvanı yola düşüb

Litvadan Ukraynaya növbəti hərbi yardım karvanı yola düşüb. Boyukmillet.com xəbər verir ki, bunu Litvanın müdafiə naziri Arvidas Anuşauskas deyib. O, bildirib ki, 20 hərbi maşın artıq Ukraynadadır. Daha 20 ədəd M113 zirehli texnikası isə yaxın günlərdə çatdırılacaq. Qeyd edək ki, müharibə başlayandan Litva Ukrayna ordusuna çoxlu sayda pulemyot, tapança, dəbilqə və zirehli gödəkçələr təhvil verib. Litva Rusiyadan elektrik enerjisini idxal …

Read More »

BMT-nin Ukraynaya yardımı 1,6 milyard dolları ötüb

BMT-nin Ukraynaya yardımının məbləği 1,6 milyard dolları ötüb. Boyukmillet.com xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib. “Ukraynadakı tərəfdaşlarla birlikdə humanitar yardıma ehtiyacı olan insanlara dəstək olmaqda davam edirik. Biz ölkə üzrə 7,8 milyon insana yardım göstərmişik”, – Düjarrik deyib. BMT rəsmisinin sözlərinə görə, Ukraynaya təcili yardım üçün müraciətin hazırda 72%-dən çoxu maliyyələşdirilib. Tələb olunan …

Read More »

Ukrayna Prezidentinin Ofisi: “Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketini izahat vermədən yumşaldıb”

“Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketini izahat vermədən yumşaldıb”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib. “Birincisi, Avropa İttifaqı Şurası altıncı sanksiyalar paketində Rusiyanın bulud xidmətlərinin bloklandığını elan edir. Sonra mesajı redaktə edir, oradan bulud texnologiyalarına istinadları silir”, – o deyib. Onun sözlərinə görə, hələlik rəsmilərdən heç bir aydınlıq və ya izahat yoxdur.

Read More »

Volodimir Zelenski: “Dünyada müharibə ilə bağlı yorğunluq artır”

“Ukrayna və Qərb tərəfdaşları Rusiya ilə gələcək “sülh planı”nın hazırlanmasına dair danışıqlar aparmır”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Onun sözlərinə görə, dünyada müharibə ilə bağlı yorğunluq artır və insanlar özləri üçün hansısa nəticənin əldə edilməsini istəyirlər: “Bizə isə özümüz üçün nəticə lazımdır”.

Read More »

ABŞ 14 ölkədən Rusiyanın Ukraynadan oğurladığı taxılı almamağı tələb edib

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası 14 dövlətin rəhbərliyindən Rusiyanın Ukrayna ərazisindən oğurladığı taxılı almamağı tələb edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “The New York Times” bildirib. Məlumata görə, bura Afrikanın 10 ölkəsi, həmçinin Pakistan, Türkiyə, Banqladeş və Şri-Lanka daxildir. Qeyd olunub ki, söhbət 100 milyon dollar dəyərində 500 min ton Ukrayna taxılından gedir. Həmin taxıl Ukrayna ərazisindən quru yolu ilə …

Read More »

İtaliyanın XİN başçısı: “Ukraynadan taxıl ixrac edilməsə, Afrikada yeni müharibələr olacaq”

Ukrayna limanlarından taxıl ixrac edilməsə, Afrikada yeni müharibələr başlayacaq, yeni dövlət çevrilişləri olacaq və Avropaya miqrant axını olacaq. Boyukmillet.com xəbər verir ki, bunu İtaliyanın Xarici işlər və beynəlxalq əməkdaşlıq Naziri Luici Di Maio bəyan edib. “Ukrayna limanlarından dərhal taxıl ixrac etmək lazımdır. Əgər biz taxıl ixrac etməsək, Afrikada yeni müharibələr, yeni dövlət çevrilişi, terrorun yeni təzahürləri və Afrikadan Avropaya böyük …

Read More »

KİV: İspaniya Ukraynaya tanklar və zenit raketləri göndərməyə hazırdır

İspaniya hökuməti Ukraynaya ağır silahlar, o cümlədən tanklar və zenit-raket kompleksləri verməyə hazırdır. Boyukmillet.com-un məlumatına görə, bu barədə “El Pais” qəzeti Krallığın Nazirlər Kabinetindəki mənbələrə istinadən məlumat yayıb. İndiyədək İspaniya hakimiyyəti Ukrayna tərəfinə döyüş sursatı, fərdi mühafizə vasitələri və yüngül silahlar – qumbaraatan və ya pulemyotlar verib. Hazırda isə İspaniya “Leopard” tankları və zenit-raket komplekslərinin batareyasını tədarük etməyə hazırlaşır. İspaniya …

Read More »

Üç ölkənin nümayəndələri KXDR-in raket buraxılışlarını müzakirə ediblər

Yaponiya, ABŞ və Cənubi Koreya hökumətlərinin yüksək rütbəli nümayəndələri telefon danışıqları aparıblar, onlar Koreya Xalq Demokratik Respublikası tərəfindən həyata keçirilən növbəti raket buraxılışlarını müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. Tərəflər rəsmi Pxenyanın artan raket və nüvə fəaliyyətinin dünya ictimaiyyətinə açıq və ciddi çağırış olduğu qənaətindədirlər. Onlar həmçinin üç ölkənin KXDR-in tam nüvəsizləşdirilməsinə nail olmaq üçün …

Read More »