Bazar , 19 May 2024

Digər ölkələr

Terrorçu Öcalana verilən saxta pasportdan yunan jurnalistin adı çıxdı: Ersin Tatardan sərt reaksiya

Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar, PKK lideri Abdullah Öcalanın həbs edilməzdən əvvəl istifadə etdiyi pasportda adı olan Lazaras Mavrosun yunan Kiprinin keçirdiyi hərbi  təlimlərdə iştirakına sərt reaksiya verib. Girnədə keçirilən andiçmə mərasimində çıxış edən prezident Ersin Tatar yunan Kiprinin sülh və qonşuluq münasibətlərindən danışsa da, orada Türkiyəyə qarşı çirkin və məkrli  fəaliyyətlərin olduğunu qeyd edib. Prezident Tatar …

Read More »

İsrail və ABŞ Yaxın Şərqdə hava hücumundan müdafiə alyansı yaradıblar

İsrail və ABŞ Yaxın Şərqdə hava hücumundan müdafiə alyansı yaradıblar. Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Benni Qantz deyib. Nazir qeyd edib ki, alyans İsrailə regionun digər ölkələri ilə əlaqələr qurmağa imkan verəcək. Agentlik hesab edir ki, bunlar Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn, eləcə də Körfəz Əməkdaşlıq Şurasının digər ölkələridir. Bundan əlavə, adı açıqlanmayan …

Read More »

Hindistanlı mühəndis sevgi yazışmalarında ballistik raket məlumatlarını ötürüb

Heydərabaddakı Müdafiə Araşdırmaları və İnkişafı Laboratoriyasında (DRDL) işləyən hind mühəndisi Mallikarjun Reddi ballistik raketlərin inkişafı ilə bağlı məxfi məlumatları Pakistan kəşfiyyatına ötürdüyünə görə həbs edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb. Məlum olub ki, mühəndis məlumatları sosial şəbəkələr vasitəsilə özünü Nataşa Rao adlı qadın kimi təqdim edən və Reddi ilə evlənməyə söz verən kəşfiyyatçıya …

Read More »

Çin yeni raket əleyhinə müdafiə sistemini sınaqdan keçirib

Çin ordusu orta məsafədə hədəflərin məhv edilməsi üzrə raket əleyhinə müdafiə sistemini uğurla sınaqdan keçirib. Boyukmillet.com TASS-a istinadən xəbər verir kİ, bu barədə Çin Müdafiə Nazirliyinin məlumatında deyilir. “Söhbət yerüstü raket əleyhinə müdafiə sistemlərindən gedir. Sınaqlar zamanı qarşıya qoyulmuş hədəflər yerinə yetirilib. Bu sınaqlar müdafiə xarakterlidir və heç bir dövlətə qarşı yönəlməyib”, – məlumatda bildirilir. Sınaqların təfərrüatları açıqlanmır.

Read More »

Hindistanda daşqınlar 71 insanın həyatına son qoyub, 4,2 milyon nəfər ziyan çəkib

Hindistanın Assam ştatında baş verən daşqınlar 71 sakinin ölümünə səbəb olub. Bu barədə Boyukmilet.com Hindistanın Fəlakətlərlə Mübarizə İdarəsinə istinadən xəbər verir. Məlumata görə, təbii fəlakət zamanı həmçinin 4 228 100 insan zərər çəkib. Daşqınların səbəbi leysan yağışlar olub, buna görə də Brahmaputra çayı və onun qolları məcrasından çıxıb. Ən çox insan itkisi, dağıntılar Assam və Meqalaya ştatlarında qeydə alınıb. Meteoroloqlar Hindistanın …

Read More »

NATO-nun baş katibi: “Rusiya sülh və təhlükəsizliyə təhdiddir”

Rusiya artıq NATO-nun tərəfdaşı deyil, sülh və təhlükəsizliyə təhdiddir. Boyukmillet.com xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. “Biz Alyansın Madriddə keçiriləcək sammitində bəyan edəcəyik ki, Rusiya artıq tərəfdaş deyil, təhlükəsizliyimizə, eləcə də sülh və sabitliyə təhdiddir”, – o, NATO-nun yeni strategiyasının konsepsiyası ilə bağlı sualı cavablandırarkən vurğulayıb. Baş katibin sözlərinə görə, yeni strateji konsepsiyada möhkəmlənməsi ittifaqın təhlükəsizliyinə, maraqlarına …

Read More »

Britaniya Baş Qərargahı Rusiya ilə müharibəyə hazırlaşmağa, güclü ordu yaratmağa çağırıb

Britaniya Silahlı Qüvvələri Baş Qərargahının yeni rəhbəri, general Patrik Sanders ölkəni Avropada müharibəyə hazırlamağa və Rusiyanı məğlub etməyə qadir ordu yaratmağa çağırıb. Bu barədə Boyukmillet.com  “The Independent” qəzetinə istinadən məlumat verir. “İndi müttəfiqlərimizlə birlikdə savaşa biləcək və döyüşdə Rusiyaya qalib gələ biləcək bir ordu yaratmaq mütləqdir”, – Patrik Sanders tabeliyindəkilərə bildirib. Sandersin fikrincə, Rusiyanın Ukraynaya təcavüzü Britaniya ordusunun əsas məqsədini – …

Read More »

Ukraynada rus musiqisinin yayımına və Rusiyadan kitab idxalına qadağa qoyulub

Ukrayna Ali Radası ictimai yerlərdə və kütləvi informasiya vasitələrində rus musiqisinin yayımını qadağan edən qanun layihəsini dəstəkləyib. Ali Rada, həmçinin Rusiyadan kitab idxalını və yayılmasını qadağan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak Telegram-da məlumat yayıb. Ukrayna mediasında və ictimai məkanda rus musiqisinin qadağan edilməsini 303 deputat dəstəkləyib. “Həmçinin Parlament Rusiya Federasiyasından, onun müvəqqəti işğal etdiyi …

Read More »

Bu gün Fransada parlament seçkilərinin ikinci turu keçiriləcək

Bu gün Fransada parlament seçkilərinin ikinci turu keçiriləcək. Boyukmillet.com xəbər verir ki, seçkilərdə 577 deputatın adı məlum olacaq. Deputat mandatını qazanmaq üçün siyasətçilər səslərin yarıdan çoxunu almalıdırlar. Birinci turun nəticələrinə görə, liderlər Fransa prezidenti Emmanuel Makronun “Birgə” koalisiyası (25,75 %) və Jan-Lük Melanşonun yaratdığı “Yeni Xalq Ekoloji və Sosial İttifaqı” sol blokunun nümayəndələri (25,66 %) olublar. Üçüncü yerdə 18,7% səslə …

Read More »

Barselonada Messinin maliyyə dəstəyi ilə uşaq onkoloji mərkəzi açılıb

Fransanın PSJ futbol klubunun argentinalı hücumçusu Lionel Messinin maliyyə dəstəyi ilə Avropanın ən yaxşı tibb müəssisələrindən biri olan Barselonada yeni uşaq onkoloji mərkəzi istifadəyə verilib. Boyukmillet.com xəbər verir ki, uzun illər İspaniyanın “Barselona” klubunda çıxış etmiş argentinalı hücumçu hazırda həyat yoldaşı ilə birlikdə Kataloniyadadır və tibb mərkəzinin açılışında iştirak edib. O, mərkəzin açılmasına maliyyə dəstəyi göstərib. Otuz dörd yaşlı futbolçu …

Read More »