Bazar , 19 May 2024

Digər ölkələr

Ukrayna Prezidentinin Ofisi: “Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketini izahat vermədən yumşaldıb”

“Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketini izahat vermədən yumşaldıb”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib. “Birincisi, Avropa İttifaqı Şurası altıncı sanksiyalar paketində Rusiyanın bulud xidmətlərinin bloklandığını elan edir. Sonra mesajı redaktə edir, oradan bulud texnologiyalarına istinadları silir”, – o deyib. Onun sözlərinə görə, hələlik rəsmilərdən heç bir aydınlıq və ya izahat yoxdur.

Read More »

Volodimir Zelenski: “Dünyada müharibə ilə bağlı yorğunluq artır”

“Ukrayna və Qərb tərəfdaşları Rusiya ilə gələcək “sülh planı”nın hazırlanmasına dair danışıqlar aparmır”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Onun sözlərinə görə, dünyada müharibə ilə bağlı yorğunluq artır və insanlar özləri üçün hansısa nəticənin əldə edilməsini istəyirlər: “Bizə isə özümüz üçün nəticə lazımdır”.

Read More »

ABŞ 14 ölkədən Rusiyanın Ukraynadan oğurladığı taxılı almamağı tələb edib

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası 14 dövlətin rəhbərliyindən Rusiyanın Ukrayna ərazisindən oğurladığı taxılı almamağı tələb edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “The New York Times” bildirib. Məlumata görə, bura Afrikanın 10 ölkəsi, həmçinin Pakistan, Türkiyə, Banqladeş və Şri-Lanka daxildir. Qeyd olunub ki, söhbət 100 milyon dollar dəyərində 500 min ton Ukrayna taxılından gedir. Həmin taxıl Ukrayna ərazisindən quru yolu ilə …

Read More »

İtaliyanın XİN başçısı: “Ukraynadan taxıl ixrac edilməsə, Afrikada yeni müharibələr olacaq”

Ukrayna limanlarından taxıl ixrac edilməsə, Afrikada yeni müharibələr başlayacaq, yeni dövlət çevrilişləri olacaq və Avropaya miqrant axını olacaq. Boyukmillet.com xəbər verir ki, bunu İtaliyanın Xarici işlər və beynəlxalq əməkdaşlıq Naziri Luici Di Maio bəyan edib. “Ukrayna limanlarından dərhal taxıl ixrac etmək lazımdır. Əgər biz taxıl ixrac etməsək, Afrikada yeni müharibələr, yeni dövlət çevrilişi, terrorun yeni təzahürləri və Afrikadan Avropaya böyük …

Read More »

KİV: İspaniya Ukraynaya tanklar və zenit raketləri göndərməyə hazırdır

İspaniya hökuməti Ukraynaya ağır silahlar, o cümlədən tanklar və zenit-raket kompleksləri verməyə hazırdır. Boyukmillet.com-un məlumatına görə, bu barədə “El Pais” qəzeti Krallığın Nazirlər Kabinetindəki mənbələrə istinadən məlumat yayıb. İndiyədək İspaniya hakimiyyəti Ukrayna tərəfinə döyüş sursatı, fərdi mühafizə vasitələri və yüngül silahlar – qumbaraatan və ya pulemyotlar verib. Hazırda isə İspaniya “Leopard” tankları və zenit-raket komplekslərinin batareyasını tədarük etməyə hazırlaşır. İspaniya …

Read More »

Üç ölkənin nümayəndələri KXDR-in raket buraxılışlarını müzakirə ediblər

Yaponiya, ABŞ və Cənubi Koreya hökumətlərinin yüksək rütbəli nümayəndələri telefon danışıqları aparıblar, onlar Koreya Xalq Demokratik Respublikası tərəfindən həyata keçirilən növbəti raket buraxılışlarını müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. Tərəflər rəsmi Pxenyanın artan raket və nüvə fəaliyyətinin dünya ictimaiyyətinə açıq və ciddi çağırış olduğu qənaətindədirlər. Onlar həmçinin üç ölkənin KXDR-in tam nüvəsizləşdirilməsinə nail olmaq üçün …

Read More »

Tacikistan Qırğızıstanı sərhəddə təxribat törətməkdə ittiham edib

Tacikistan Qırğızıstanı sərhəddə təxribat törətməkdə ittiham edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Məlumata görə, buna Qırğızıstan hərbçilərinin Tacikistan ərazisinə qanunsuz keçməsi səbəb olub. Nazirlik iyunun 3-də Tacikistan-Qırğızıstan sərhədində, Suqd rayonunun Vorux kəndi yaxınlığında baş vermiş silahlı insidenti Qırğızıstanın təxribatı adlandırıb. “Tacikistan tərəfi Qırğızıstan tərəfinin qəsdən planlaşdırılan təxribatını pisləyir və gələcəkdə belə insidentlərin baş …

Read More »

Bayden və xanımı təhlükəsizliklə bağlı təcili başqa əraziyə təxliyə edilib

ABŞ Prezidenti Cozef Bayden və birinci xanım Cill Bayden cütlüyün həftəsonunu keçirdiyi Delaver ştatının Rexobot Biç şəhərindəki evindən təxliyə ediliblər. Bu barədə Boyukmillet.com CNN-ə istinadən xəbər verir. Ağ Ev sözçüsü bildirib ki, evakuasiya 5 iyun şənbə günü (yerli vaxtla-red) kiçik şəxsi təyyarənin məhdudlaşdırılmış hava məkanına daxil olmasından sonra ehtiyat tədbiri olaraq həyata keçirilib. “Kiçik şəxsi təyyarə məhdudlaşdırılmış hava məkanına daxil olub… Ehtiyat …

Read More »

Bayden odlu silahların satışını qadağan etmək istəyir

ABŞ Prezidenti silah dövriyyəsinə nəzarəti gücləndirmək istəyir. Boyukmillet.com xəbər verir ki, bu barədə Bayden silahların alınma yaşının 18-dən 21-ə qaldırılmasını təklif edib. Həmçinin saxlama qaydalarının dəyişdirilməsinin və təhlükəli hesab olunduğu halda vətəndaşdan alınması təklifi irəli sürülüb. “Son iki onillikdə məktəb yaşlı uşaqlar polis və hərbçilər daha çox odlu silahdan açılan atəş nəticəsində ölüb. Fikirləşin! Allah xatirinə, biz nə qədər belə …

Read More »

ABŞ Ukraynadan Qərb silahlarını Rusiyaya qarşı istifadə etməyəcəyi ilə bağlı zəmanət alıb

ABŞ Dövlət Departamenti Ukrayna rəhbərliyindən Qərb silahlarının Rusiyaya qarşı əməliyyatlarda istifadə olunmayacağına dair zəmanət aldıqlarını təsdiqləyib. Boyukmillet.com-un məlumatına görə, bunu Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı bildirib. O vurğulayıb ki, Ukrayna Rusiyanın hücumuna cavab vermək hüququna malikdir və ABŞ müttəfiqləri ilə birlikdə Ukrayna Silahlı Qüvvələrini müdafiə silahları ilə təmin edir. Bununla belə, o qeyd edib ki, Ukrayna bu silahlardan yalnız …

Read More »