Çərşənbə axşamı , 7 May 2024

Digər ölkələr

Ermənistan XİN başçısı ATƏT sədri ilə görüşüb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb. Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, tərəflər Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Read More »

ABŞ-dan Kiprin rum kəsiminə silah SATIŞI – Türkiyə Xarici İşlər Nazirliyi sərt ETİRAZ ETDİ

Türkiyə ABŞ-ın Kiprin rum kəsiminə qarşı silah embarqosunu ləğv etmək qərarının (2020-ci ilin sentyabrında) əhatə dairəsini genişləndirmək qərarını şiddətlə qınayır.  Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sentyabrın 17-də yaydığı məlumatda deyilir. Ankara Quzey Kıbrıs Türk Cümhuriyyəti ilə həmrəy olduğunu vurğulayaraq, ABŞ administrasiyasının hərəkətlərinin Kıbrıs icmaları üçün bərabər hüquqlar prinsipinə zidd olduğunu qeyd edib:“Vaşinqtonun hərəkətləri Kiprin yunan icmasının barışmaz …

Read More »

Kipr rum tərəfi adada sürətlə silahlanır – Quzey Kıbrıs XİN-dən sərt TƏPKİ

Güney Kipr Rum Administrasiyasının (GKRY) müdafiə naziri Kıbrıs adasını Yunan adası kimi gördüyünü və Kıbrıs türklərini şəhər və kəndlərindən qovmağı hədəflədiklərini açıq şəkildə bildirir.  Boyukmillet.com xəbər verir ki, bu, Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.Bildirilib ki, Quzey Kıbrıs Türk Cümhuriyyəti iki suveren bərabərhüquqlu dövlət arasında mehriban qonşuluq prinsipi əsasında konstruktiv əməkdaşlıq əlaqələri qurmağı öz …

Read More »

Bu gün BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinə start verilir

Bu gün ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinə start verilir. Boyukmillet.com xəbər verir ki, Baş Assambleyanın 77-ci (UNGA 77) yüksək səviyyəli həftəsi bu gün dünyanın böyük gücləri arasında artan gərginlik, Ukraynadakı müharibə, eləcə də dünyadakı qida çatışmazlığı, iqlim və enerji böhranları fonunda öz işinə başlayır. BMT-yə üzv 193 ölkədən dövlət və hökumət nümayəndələrini qarşılayan Nyu-Yorkda təhlükəsizlik ən …

Read More »

Tacikistanla münaqişədə həlak olan Qırğızıstan vətəndaşlarının sayı artıb

Tacikistanla silahlı münaqişədə Qırğızıstanın 59 vətəndaşı öldürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, Batken vilayətindən alınan operativ məlumatlara əsasən daha 13 nəfərin meyiti yerli səhiyyə müəssisələrinə gətirilib. Bununla da münaqişə zamanı ölənlərin ümumi sayı 59 nəfərə çatıb. Bundan əvvəl sərhəddə baş verən münaqişə nəticəsində Qırğızıstanın 46 vətəndaşının öldüyü bildirilib.

Read More »

Ermənilər Azərbaycanın Fransadakı səfirliyinə basqın ediblər

Fransada erməni vandalları Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər. Boyukmillet.com-un xəbərinə görə, Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər. Bundan istifadə edən erməni vandalları əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Ermənilərin qanunsuzluğunu əks etdirən videogörüntülərdə yerli hüquq-mühafizə orqanları əməkdaşlarının erməni vandalizminin qarşısını almaq üçün heç bir tədbir görmədiyi …

Read More »

Qırğızıstanda 19 sentyabr matəm günü elan edilib

Qırğızıstan Prezidenti Sadır Japarov sentyabrın 19-nu Tacikistanla sərhəddə baş verən toqquşmalarda həlak olanlar üçün ümummilli matəm günü elan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Prezidentin sərəncamında bütün ölkə ərazisində, habelə xaricdəki diplomatik və konsulluq müəssisələrinin binalarında respublika bayraqlarının yarıya qədər endirilməsi nəzərdə tutulur. Dövlət başçısı mədəniyyət müəssisələrinə sentyabrın 19-da əyləncəli tədbirləri …

Read More »

Qırğızıstan Tacikistanla silahlı toqquşmalarda 129 nəfərin yaralandığını açıqlayıb

Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı toqquşmalar zamanı yaralananların sayı 129 nəfər təşkil edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib. Qeyd edilir ki, 7 nəfər ambulator müalicəyə göndərilib. Qırğızıstan-Tacikistan sərhədində silah tətbiqi ilə münaqişə sentyabrın 14-də başlayıb. Batken və Leylek bölgələrində toqquşmalar olub. Məlumata görə, Tacikistan Qırğızıstanın yaşayış məntəqələrinə və sərhəd zastavalarına zərbələr endirmək üçün tanklar, …

Read More »

ABŞ Dövlət Departamenti Tacikistan və Qırğızıstanı atəşkəsə riayət etməyə çağırıb

ABŞ Dövlət rəsmi Departamenti Düşənbə və Bişkeki sərhəddə atəşkəs rejiminə riayət etməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə şənbə günü Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib. “Biz hər iki tərəfi atəşkəsə riayət etməyə və diplomatik vasitələrlə sakitliyi bərpa etmək üçün səyləri ikiqat artırmağa çağırırıq”, – o, tviter səhifəsində yazıb. “Qırğızıstan-Tacikistan sərhədində toqquşmalarla bağlı xəbərlərdən narahatıq”, – Ned …

Read More »