Bazar , 19 May 2024

Digər ölkələr

Tacikistanla münaqişədə həlak olan Qırğızıstan vətəndaşlarının sayı artıb

Tacikistanla silahlı münaqişədə Qırğızıstanın 59 vətəndaşı öldürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, Batken vilayətindən alınan operativ məlumatlara əsasən daha 13 nəfərin meyiti yerli səhiyyə müəssisələrinə gətirilib. Bununla da münaqişə zamanı ölənlərin ümumi sayı 59 nəfərə çatıb. Bundan əvvəl sərhəddə baş verən münaqişə nəticəsində Qırğızıstanın 46 vətəndaşının öldüyü bildirilib.

Read More »

Ermənilər Azərbaycanın Fransadakı səfirliyinə basqın ediblər

Fransada erməni vandalları Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər. Boyukmillet.com-un xəbərinə görə, Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər. Bundan istifadə edən erməni vandalları əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Ermənilərin qanunsuzluğunu əks etdirən videogörüntülərdə yerli hüquq-mühafizə orqanları əməkdaşlarının erməni vandalizminin qarşısını almaq üçün heç bir tədbir görmədiyi …

Read More »

Qırğızıstanda 19 sentyabr matəm günü elan edilib

Qırğızıstan Prezidenti Sadır Japarov sentyabrın 19-nu Tacikistanla sərhəddə baş verən toqquşmalarda həlak olanlar üçün ümummilli matəm günü elan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Prezidentin sərəncamında bütün ölkə ərazisində, habelə xaricdəki diplomatik və konsulluq müəssisələrinin binalarında respublika bayraqlarının yarıya qədər endirilməsi nəzərdə tutulur. Dövlət başçısı mədəniyyət müəssisələrinə sentyabrın 19-da əyləncəli tədbirləri …

Read More »

Qırğızıstan Tacikistanla silahlı toqquşmalarda 129 nəfərin yaralandığını açıqlayıb

Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı toqquşmalar zamanı yaralananların sayı 129 nəfər təşkil edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib. Qeyd edilir ki, 7 nəfər ambulator müalicəyə göndərilib. Qırğızıstan-Tacikistan sərhədində silah tətbiqi ilə münaqişə sentyabrın 14-də başlayıb. Batken və Leylek bölgələrində toqquşmalar olub. Məlumata görə, Tacikistan Qırğızıstanın yaşayış məntəqələrinə və sərhəd zastavalarına zərbələr endirmək üçün tanklar, …

Read More »

ABŞ Dövlət Departamenti Tacikistan və Qırğızıstanı atəşkəsə riayət etməyə çağırıb

ABŞ Dövlət rəsmi Departamenti Düşənbə və Bişkeki sərhəddə atəşkəs rejiminə riayət etməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə şənbə günü Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib. “Biz hər iki tərəfi atəşkəsə riayət etməyə və diplomatik vasitələrlə sakitliyi bərpa etmək üçün səyləri ikiqat artırmağa çağırırıq”, – o, tviter səhifəsində yazıb. “Qırğızıstan-Tacikistan sərhədində toqquşmalarla bağlı xəbərlərdən narahatıq”, – Ned …

Read More »

ABŞ-dakı ermənilər Paşinyanın istefası tələbi ilə aksiya keçirib

Erməni diasporunun bir qrup nümayəndəsi Ermənistanın ABŞ-dakı səfirliyinin binası qarşısında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirib. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. Məlumata görə, aksiyaçılar Paşinyanın Ermənistan parlamentində hökumətin iclası zamanı səsləndirdiyi bəyanatlardan hiddətlənib. Etirazçılar hazırda İrəvanın mərkəzində, Baqramyan prospektində keçirilən çoxminlik aksiyanın iştirakçılarına dəstək ifadə ediblər.

Read More »

Zelenski Putinlə danışıq ehtimalını qiymətləndirib

Ukrayna Prezidenti Volodimir Zelenski hazırda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara başlamağı planlaşdırmadığını vurğulayıb. “Bu gün, yox. Mən onların (Rusiya – red.) tərəfində konstruktivlik istəyini görmürəm. Onların ultimatumlarına gəlincə, bunları kimin irəli sürməsi məni maraqlandırmır – o (Putin – red.) və ya başqa kimsə. Bu mənim prinsipimdir – ultimatum səsləndirənlərə danışmayacam”, – Ukrayna Prezidenti Putinlə danışıqlarla bağlı sualı cavablandırıb. O, həmçinin …

Read More »

Yunanıstanın Baş naziri: “Ərdoğanla görüşə hazıram”

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə hazır olduğunu bəyan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Kathimerini” qəzeti yazıb. O qeyd edib ki, Praqa belə bir görüş üçün potensial yer ola bilər. Mitsotakis Türkiyə ilə təkcə keçmişə deyil, həm də gələcəyə baxacaq dostluq münasibətləri qurmaq istədiyini bildirib. Bundan əvvəl Yunanıstanın sahil mühafizəsi Türkiyənin Çanaqqala əyaləti …

Read More »

İraqın şimalında iki türk əsgəri şəhid olub

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatına qarşı növbəti əməliyyatda itki verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Pençe-Kilit” əməliyyat bölgəsində atışma zamanı çavuş Harun Yıldırım və Savaş Borlu şəhid olub. Daha 4 hərbçinin yaralandığı deyilir.

Read More »