Bazar , 19 May 2024

Digər ölkələr

Ukrayna ordusu Xarkovda əks-hücumunu və İzyum şəhərinin azad olunmasını davam etdirir

Ukrayna ordusu Xarkov vilayətində əks-hücumlarını və İzyum şəhərinin Rusiya hərbçilərindən azad olunmasını davam etdirir. Boyukmillet.com xəbər verir ki, Ukrayna hərbçiləri cənub tərəfdən İzyuma daxil olub, şəhərdə təmizləmə əməliyyatı aparılır. Beləliklə, Rusiya həbrçiləri İzyumdan cənuba çıxışı itiriblər.

Read More »

BMT baş katibi: “Pakistanda daşqınlar kimi iqlim qırğını görməmişəm”

“Mən Pakistanda daşqınlar miqyasında iqlim qırğını görməmişəm”. Boyukmillet.com xəbər verir ki, bunu BMT baş katibi Antoniu Quttereş tviter hesabında yazıb. “Planetimizin iqlimi istiləşməyə davam etdikcə, bütün ölkələr uyğunlaşma imkanlarını aşaraq, iqlimdən getdikcə daha çox itki və zərər görəcəklər. Bu qlobal böhrandır. Qlobal reaksiya tələb edir”, – BMT rəhbəri əlavə edib.

Read More »

Zaporojye AES fəaliyyətini tamamilə dayandırıb

Ukraynanın Zaporojye Atom Elektrik Stansiyası fəaliyyətini tamamilə dayandırıb. Boyukmillet.com xəbər verir ki, yerli vaxtla saat 03:41-də Zaporojye Atom Elektrik Stansiyasının 6 nömrəli enerji bloku elektrik şəbəkəsindən ayrılıb. Onun soyudulması və soyuq vəziyyətə keçirilməsi üçün hazırlıq işləri aparılır. Daha əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasında (ZAES) yeganə işləyən reaktorun da fəaliyyətinin dayandırılmasını mümkün …

Read More »

Zelenski: “Ukraynanı Avropa İttifaqına qəbul etmək Avropa üçün şərəf olacaq”

“Rusiyaya qarşı müharibədə qalib gələcək Ukraynanı qəbul etmək Avropa İttifaqı üçün şərəf olacaq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski xalqa videomüraciətində bildirib. Onun sözlərinə görə, bu gün Avropada geosiyasi konfiqurasiyanın dəyişməsi davam edir. “Avropada iqtisadi və siyasi birləşməyə nail olunub. Bütün bunlar institutlar, münasibətlər, gündəlik həyat səviyyəsində göz qabağındadır. Amma indi bütün qitənin real dəyər əsasında …

Read More »

Almaniyan XİN: “Bizim silahlarımız sayəsində Ukraynanın ayrı-ayrı şəhərləri azad edilib”

“Almaniya Ukraynaya hərbi yardım göstərməkdə davam edəcək”0 Boyukmillet.com xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Burbok Kiyevə səfəri zamanı “RTL” və “n-tv” telekanallarına müsahibəsində deyib. “Ukraynanın şərqinə və cənubuna baxsaq, silah təchizatının nə qədər əhəmiyyətli olduğunu görürük. Xüsusən də bizim silah tədarükümüz sayəsində indi ayrı-ayrı şəhərləri azad etmək mümkün olub. Buna görə də biz növbəti bir neçə ay …

Read More »

Fransa paytaxtında iğtişaşlar olub, 100-dən çox saxlanılan var

Fransa hüquq-mühafizə orqanları “Sarı jiletlilər” hərəkatı tərəfdarlarının Parisdə nümayişi zamanı 100-dən çox adamı saxlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə polis prefekturasının mətbuat xidməti məlumat yayıb. Polis əməkdaşları dəfələrlə paytaxtın müxtəlif ərazilərində, xüsusən Port Sen-Klu yaxınlığında, Kolumbiya meydanında və Trokaderoda əməliyyatlar həyata keçiriblər. İğtişaşlarda ümumilikdə 103 nəfər saxlanılıb.

Read More »

Əfqanıstanda Amerika təyyarəsi qəzaya uğrayıb, ölənlər və yaralılar var

Əfqanıstanın paytaxtı Kabil şəhərində təlim üçün uçan Amerika istehsalı olan “Black Hawk” helikopteri Milli Müdafiə Universitetinin kampusunda texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Boyukmillet.com xəbər verir ki, qəza nəticəsində üç nəfər ölüb, daha beş nəfər xəsarət alıb. Qeyd edək ki, “Taliban” radikal qruplaşması Əfqanıstanda hakimiyyəti nəzarətə götürdükdən sonra Amerika istehsalı olan bir neçə təyyarəni ələ keçirib. ABŞ qoşunları isə bildirib ki, …

Read More »

II Elizabetin dəfn mərasimi sentyabrın 19-da keçiriləcək

Kraliça II Elizabetin dəfn mərasimi sentyabrın 19-da keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Bukingem Sarayının yaydığı bəyanatda deyilir. Dəfn Vestminster Abbeydə baş tutacaq. II Elizabetin cənazəsi dəfn edilməzdən əvvəl tabut Britaniya parlamentinin binasının foyesində dörd gün ərzində nümayiş etdiriləcək. Xatırladaq ki, II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib. II Elizabet 1952-ci il fevralın 9-da taxta oturub. O, 14 …

Read More »

ABŞ Müdafiə Nazirliyi silah istehsalına 1,2 milyard dollar ayırıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bir sıra silah istehsalçıları ilə 1,2 milyard dollarlıq müqavilə imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu vəsait ABŞ-ın Ukraynaya göndərdiyi silah ehtiyatlarını doldurmaq üçün istifadə olunacaq. Maliyyələşdirmə “Javelin”, “Stinger” və HIMARS reaktiv yaylım atəşi sisteminin istehsalına yönəldiləcək.

Read More »