Çərşənbə , 29 May 2024

Digər ölkələr

Çin vətəndaşlarını təcili olaraq Ukraynanı tərk etməyə çağırıb

Çinin Xarici İşlər Nazirliyi və Ukraynadakı səfirliyi hazırda bu ölkədə olan bütün vətəndaşlarını dərhal oranı tərk etməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Çinin “Global Times” nəşri tviter hesabında məlumat yayıb. Nazirlik müraciətini “ciddi təhlükəsizlik vəziyyəti” ilə əsaslandırıb. Diplomatik nümayəndəliklərin əməkdaşlarının evakuasiyaya köməklik göstərəcəkləri söz verilib. Xarici İşlər Nazirliyi vurğulayıb ki, Çin Xalq Respublikasının Ukrayna səfirliyi hakimiyyət orqanlarının təxliyə …

Read More »

Səudiyyə Ərəbistanına silah satışını dayandıran qanun ABŞ Senatına təqdim edilib

ABŞ senatoru Riçard Blyumental Səudiyyə Ərəbistanına silah satışını bir il müddətinə dayandıran qanun layihəsinin ABŞ Senatına təqdim edildiyini açıqlayıb. Bu barədə Boyukmillet.com “TASS”a istinadən xəbər verir. İlkin məlumatlara görə, söhbət Səudiyyə Ərəbistanına silah və sursatların birbaşa kommersiya və xarici hərbi satışının bir il müddətinə dayandırılmasından gedir. Bundan əvvəl Ağ Ev Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, …

Read More »

MKİ rəhbərinin müavini Qətərdə taliblərlə görüşüb

ABŞ administrasiyasının yüksək səviyyəli rəsmiləri Qətərin paytaxtı Doha şəhərində radikal “Taliban” hərəkatının üzvləri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə iki məmura istinadən “CNN” məlumat yayıb. Qeyd olunub ki, Amerika nümayəndə heyətinə, xüsusən də Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Devid Koen və Əfqanıstan üzrə xüsusi nümayəndə Tomas Uest daxil olub. “Taliban”lara isə kəşfiyyat agentliyinin rəhbəri Molla Əbdül Haq Vasik …

Read More »

Nobel Sülh mükafatının laureatları məlum olub

Nobel Sülh mükafatı 2022-ci il üzrə belaruslu hüquq müdafiəçisi Ales Bialiatskiyə, Rusiyanın “Memorial” və Ukraynanın “Vətəndaş Azadlığı Mərkəzi” təşkilatlarına verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Nobel Komitəsi məlumat yayıb. Qeyd edək ki, Nobel Sülh mükafatının ötənilki qalibləri filippinli və rusiyalı jurnalistlər Maria Ressaya və Dmitri Muratov olub. Onlar demokratiya və davamlı sülh üçün əsas şərt olan ifadə azadlığını qorunması sahəsində səylərinə …

Read More »

Rusiya ABŞ-ı hədələyib

“ABŞ Ukraynadakı müharibəyə müdaxilə edərsə, Vaşinqtonu münaqişə tərəfi kimi qiymətləndirəcəyik”. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Ukrayna kütləvi qırğın silahlarından istifadə ilə bağlı risklər yaradır: “Bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə bağlı qabaqlayıcı tədbir görmək haqqında açıqlaması göstərir”. S.Lavrov söyləyib ki, ABŞ və müttəfiqləri Ukraynanı silahlandırmaqla beynəlxalq gərginliyin artmasına …

Read More »

Ekvadorda həbsxanada toqquşma zamanı 15 nəfər öldürülüb

Ekvadorun Kotopahi əyalətində həbsxanada baş verən qarşıdurmada azı 15 nəfər öldürülüb, 20 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Diario Expreso” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, polis artıq cəzaçəkmə müəssisəsindəki vəziyyəti nəzarətə götürüb. Qeyd olunub ki, qarşıdurma narkotik vasitələrin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulmasında ittiham olunan məhbuslardan birinin cəzaçəkmə müəssisəsinin ərazisində öldürülməsindən sonra baş verib.

Read More »

Parisdə Qarabağa həsr olunmuş tədbir keçirilib

Fransanın paytaxtı Paris şəhərində Qarabağa həsr olunmuş tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, Parisdə Şuşa ili çərçivəsində Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) və “Art Council Azerbaijan”ın təşkilatçılığı ilə azərbaycanlı uşaqların əl işlərindən ibarət “Qəlbim Qarabağdır” adlı rəsm sərgisi və beynəlxalq müsabiqələr laureatı, azərbaycanlı pianoçu Səidə Tağızadənin ifasında konsert keçirilib. Tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, ADA-nın …

Read More »

NATO-nun 9 ölkəsi Ukraynaya hərbi yardımı artırmağa çağırıb

NATO-nun 9 ölkəsi (Polşa, Çexiya, Estoniya, Latviya, Litva, Şimali Makedoniya, Monteneqro, Rumıniya, Slovakiya) Ukraynaya hərbi yardımı əsaslı şəkildə artırmağa çağırıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə “RBC-Ukraina” liderlərin müvafiq bəyanatına istinadən xəbər verir. “Biz 2008-ci ildə Buxarestdə keçirilən NATO sammitinin Ukraynanın gələcək üzvlüyü ilə bağlı qərarını qətiyyətlə dəstəkləyirik. Rusiyanın bütün işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edirik və bütün müttəfiqləri Ukraynaya …

Read More »

İraqda etirazçılar hakimiyyətə 25 gün vaxt verib

İraqın paytaxtı Bağdadda etirazçılar siyasi böhranı həll etmək üçün ölkə rəhbərliyinə oktyabrın 25-dək vaxt veriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Əl-Hədas” telekanalı məlumat yayıb. Etirazçılar hakim elitaya partiyalararası çəkişmələri dayandırmaq və siyasi böhrana son qoymaq tələbi ilə müraciət ediblər. Əks halda, onlar həm ölkə paytaxtında, həm də əyalətlərdə etiraz hərəkatını gücləndirəcəklər. Oktyabrın 1-də Bağdadın mərkəzində “Tişrin hərəkatı”nın üçüncü ildönümünə …

Read More »