Çərşənbə , 8 May 2024

Digər ölkələr

Almaniya Ukraynaya yeni silah partiyasını verib

Almaniya Ukraynaya yeni silah partiyasını verib, Boyukmillet.com xəbər verir ki, bu barədə “RBC-Ukraina” Almaniya Federal Hökumətinin saytına istinadən məlumat yayıb. Yeni partiyaya 4 minatəmizləmə tankı, 4 mobil və təhlükəsiz minatəmizləmə sistemi, sərhəd mühafizəsi üçün 10 avtomobil (əvvəllər 85-i köçürülüb-red), 120 mobil istilik sistemi (əvvəllər 48-i köçürülüb) daxildir. Yaxın vaxtlarda Ukraynaya daha 40 “Marder” piyada döyüş maşını, raketlərlə birlikdə “Patriot” və …

Read More »

Yaponiyanın Baş naziri: Ukrayna ətrafındakı vəziyyət Şərqi Asiyada da təkrarlana bilər

Yaponiyanın baş naziri Fumio Kisida hesab edir ki, Ukrayna ətrafında mövcud vəziyyət Şərqi Asiya regionunda təkrarlana bilər. Boyukmillet.com xəbər verir ki, o, bunu ABŞ-a və bir sıra digər G7 ölkələrinə səfərindən sonra keçirilən mətbuat konfransında deyib. “Rusiyanın Ukraynaya təcavüzünün bizə öyrətdiyi dərs ondan ibarətdir ki, Avropa və Hind-Sakit okean regionu üçün təhlükəsizlik təminatları bölünməzdir. Mən inanıram ki, Ukrayna indi bəlkə …

Read More »

Ərdoğan: “Yunanıstan, özünü ədəbli apardıqca səninlə işimiz yoxdur, yetər ki, ədəbli ol”

“Ey Yunanıstan, özünü ədəbli apardıqca səninlə işimiz yoxdur, yetər ki, ədəbli ol”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “İndi PUA-larımızı, SİHA-larımızı, “Akıncı”mızı (pilotsuz uçuş təyyarələri-red) hazırlayırıq. Amma hər şeydən əvvəl, indi başqasını hazırladıq. O nədir? “Qızıl alma”mız (pilotsuz uçuş aparatı-red-PUA) var. Kütləvi istehsala başlayandan sonra bunlar “F-16”-nın (qırıcıların-red) daşıdığı bombanı daşıyacaq”, – Türkiyənin dövlət başçısı …

Read More »

Türkiyə PA Bəşər Əsədə cavab verib: “Suriyada quru əməliyyatları hər an başlaya bilər”

Türkiyə ordusu Suriyada quru əməliyyatları hər an başlaya bilər. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib. Qeyd edək ki, Suriya Prezidenti Bəşər Əsəd bildirib ki, R.T.Ərdoğanla ikitərəfli görüşün baş tutması üçün Türkiyə Suriyann şimalındakı anti-terror əməliyyatlarını dayandırmalıdır.

Read More »

Moldovanın Baş naziri: “Avropaya inteqrasiya məsələsində Ukrayna və Gürcüstandan geri qalırıq”

“Moldova qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması prosesində Ukrayna və Gürcüstandan geri qalır”. Boyukmillet.com xəbər verir ki, bunu Baş nazir Nataliya Qavrilitsa bildirib. “Mənbələrimizə və məlumatlarımıza əsasən söyləyə bilərik ki, qanunvericiliyin uyğunlaşdırılması baxımından həm Gürcüstandan, həm də Ukraynadan geri qalırıq. Gürcüstan və Ukrayna bu prosesə daha əvvəl başlayıb, çünki bu ölkələrin Avropaya inteqrasiyanı prioritet hesab edən hökumətləri var idi. Biz də buna nail …

Read More »

Almaniya gələn həftə Ukraynaya “Leopard” tanklarının göndərilməsi ilə bağlı qərar verəcək

Almaniya hakimiyyəti gələn həftə Ukraynaya “Leopard” tanklarının göndərilməsi ilə bağlı qərar verəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Bloomberg” hökumətdəki adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb. Agentlik vurğulayıb ki, çox güman ki, yanvarın 20-də ABŞ-ın Ramşteyn aviabazasında Ukraynaya dəstək üzrə təmas qrupunun növbəti görüşünə qədər qərar veriləcək.

Read More »

Ukraynalı ekspert: “Türkiyə Rusiya ilə Ukrayna arasında mühüm vasitəçi rolunu oynayır”

“Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun Ukrayna ilə Rusiya arasında humanitar dəhliz açmaqla bağlı son təşəbbüsü Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçi rolunun əhəmiyyətini bir daha nümayiş etdirir”. Bunu “Report”a açıqlamasında “New Geopolitics Research Network” platformasının Asiya-Sakit okean regionu bölməsinin rəhbəri Yuri Poyta “zərər çəkmiş uşaqlara, qadınlara və yaralılara yardım üçün birləşmə dəhlizinin yaradılması” imkanlarını şərh edərkən deyib. Poytanın sözlərinə görə, …

Read More »

Türkiyə Ordusunun arsenalına yeni helikopter daxil edilib

Türkiyə Silahlı Qüvvələrinin arsenalına “T-70” çoxməqsədli helikopterləri daxil edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün həmin helikopterlərin orduya təhvil verilməsi mərasimi keçirilib. Qeyd edək ki, “T-70” Türkiyənin TUSAŞ (Türk Havacılık ve Uzay Sanayi) şirkətinin istehsalıdır. edilən bu ilin sonunadək Türkiyə ordusuna təhvil veriləcək. Helikopter TUSAŞ-ın ASELSAN və “Sikorsky” ilə strateji əməkdaşlığı …

Read More »

Rusiya XİN Fransaya xəbərdarlıq edib

“Fransanın Ukraynaya yeni hərbi təchizatla bağlı qərarı daha da gərginliyə səbəb olan növbəti addımdır”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Paris Minsk razılaşmalarının uğursuzluğuna və Kiyevin münaqişənin hərbi yolla həllinə dair illüziyalarına görə məsuliyyəti üzərinə götürməlidir.

Read More »

NATO ilə Aİ arasında birgə əməkdaşlığa dair bəyannamə imzalanıb

Yanvarın 10-da NATO-nun Baş katibi Yens Stoltenberq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen üçüncü birgə əməkdaşlıq bəyannaməsini imzalayıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə Alyansın saytındakı press-relizdə deyilir. İmzalanma mərasimi NATO-nun Brüsseldəki mənzil-qərargahında reallaşıb. Qeyd edək ki, 2022-ci ilin sentyabrında Stoltenberq təhlükəsizlik və sabitliyə töhfə verəcək yeni Aİ-NATO bəyannaməsinin imzalanmasının vaxtının çatdığını …

Read More »