Bazar , 19 May 2024

Digər ölkələr

Ukraynanın Xerson vilayəti atəşə tutulub, 3 nəfər ölüb, 6 nəfər yaralanıb

Ukraynanın Xerson vilayətinin yaşayış məntəqələrinin Rusiya ordusunun artilleriya atəşinə məruz qalması nəticəsində 3 nəfər həlak olub, daha 6 nəfər yaralanıb. Bu barədə Boyukmillet.com Xersonun vilayət hərbi administrasiyasına istinadən xəbər verir. Bildirilir ki, Rusiyanın hücumu nəticəsində bir sıra mülki infrastruktur obyektləri: Xerson Regional Klinik Xəstəxanası, məktəb, avtovağzal, poçt, bank və yaşayış binaları ziyan çəkib. “Hazırda Rusiyanın endirdiyi zərbələr nəticəsində 9 nəfərin zərər …

Read More »

Somalidə terrorçular naziri öldürüb

Somalinin Qalmuduq ştatının Nəqliyyat və Aviasiya Departamentinin (nazir – Red) rəhbəri Farhio Abdi Vasuqe terrorçular təfərindən öldürülüb . Boyukmillet.com xəbər verir ki, bu barədə Somalinin “Garove” xəbər portalı məlumat yayıb. Qeyd olunub ki, “Əş-Şəbab” terror qruplaşmasının üzvləri nazirə hücumu yanvarın 28-də Moqadişuda, xüsusi mühafizə olunan şəhər ərazisində olarkən törədiblər. Nazir hücum nəticəsində həyatını itirib.

Read More »

İsraildə terrordan sonra vətəndaşların silah alması asanlaşdırılacaq

Yeni terror aktlarından sonra İsrail hökuməti vətəndaşların silah əldə etmələrini asanlaşdırmaqla ekstremizmlə mübarizə tədbirlərini gücləndirmək qərarına gəlib. Bu barədə “Report” Baş nazir Benyamin Netanyahunun ofisinin bəyanatına istinadən xəbər verir. Netanyahu vurğulayıb ki, İsrail Qüdsdəki terror hücumlarına sərt, sürətli və dəqiq cavab verəcək. Nazirlər Kabinetinin Təhlükəsizlik Məsələləri üzrə keçirilən iclasının yekununda qəbul edilən qərara əsasən, qanuna tabe olan israillilər üçün silah …

Read More »

“Taliban” qızların qəbul imtahanlarında iştirakını qadağan edib

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı qızların ali məktəblərə qəbul imtahanlarında iştirakını qadağan edib. Boyukmillet.com xəbər verir ki, ölkənin Ali Təhsil Nazirliyi bütün özəl ali məktəblərə və təhsil müəssisələrinə qızların qəbul imtahanlarına buraxılmasının qarşısını almağı əmr edib. Qeyd edək ki, “Taliban” ölkədə hakimiyyəti ələ keçirdikdən sonra qadınların ali və orta təhsilə çıxışını məhdudlaşdırmaq üçün sistemli şəkildə işlər görür.

Read More »

Pakistanda qəzaya düşən avtobus yanıb, 41 sərnişin ölüb

Pakistanın Bəlucistan əyalətində avtobusun qəzaya uğraması nəticəsində azı 41 nəfər həlak olub. Boyukmillem.com xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb. Qeyd olunub ki, Kvettadan Kəraçi şəhərinə hərəkət edən və içərisində 48 sərnişinin olduğu avtobus magistral yolda körpünün dayağına çırpılaraq xəndəyə düşüb və yanıb. İlkin məlumata görə, qəza avtobus sürücüsünün sürət həddini aşması səbəbindən baş verib.

Read More »

Çin Yaponiya vətəndaşlarına viza verilməsini bərpa edib

Çinin Yaponiyadakı səfirliyi və konsulluğu yaponlara vizaların verilməsini bərpa edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Çinin Tokiodakı səfirliyi məlumat yayıb. “Bu gündən (29 yanvar – Red) etibarən Çinin Yaponiyadakı səfirliyi və konsulluğu Çinə səfər edən Yaponiya vətəndaşları üçün müntəzəm vizaların verilməsini bərpa edir” – deyə, məlumatda vurğulanıb. Yanvarın 10-da Çinin Tokiodakı diplomatik missiyası yaponlara vizaların verilməsinin dayandırılması barədə məlumat …

Read More »

Tatarıstanın səhiyyə naziri vəfat edib

Tatarıstanın səhiyyə naziri Marat Sadıkov 53 yaşında vəfat edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Vida mərasimi yanvarın 30-da baş tutacaq. Marat Sadıkov 27 yanvar 1970-ci ildə anadan olub. Kazan Dövlət Tibb İnstitutunu Pediatriya ixtisası üzrə bitirib. Tibb elmləri namizədi, Tatarıstan Respublikasının əməkdar həkimidir. Sadıkov nazir vəzifəsinə təyin olunana qədər Kazan şəhər 7 saylı klinik xəstəxanasında …

Read More »

Kansler: “Almaniya artıq Rusiya ilə əməkdaşlıq etmir”

“Almaniya artıq Rusiya ilə əməkdaşlıq etmir və yeni reallığa tez uyğunlaşa bildi”. Boyukmillet.com xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bəyan edib. “24 fevral 2022-ci ildə biz dövr dəyişikliyi ilə üzləşdik və Almaniya bu yeni reallığa tez uyğunlaşdı. Artıq Rusiya ilə əməkdaşlıq etmədiyimiz reallıdır”-deyə, o bəyan edib. Almaniya kansleri vurğulayıb ki, ölkə artıq Rusiya qazı, nefti və kömüründən asılı deyil. …

Read More »

Türkiyə PA: “İsveç hakimiyyətindən sözünün üstündə durmasını gözləyirik”

“İsveç hakimiyyətindən sözünün üstündə durmasını gözləyirik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun xarici KİV-ə açıqlamasında deyib. O bildirib ki, İsveç NATO-ya üzv olmaq üçün öhdəliklərini yerinə yetirməlidir: “İsveç Alyansa üzv olmaq istədiyini bildirəndə biz də öz narahatlığımızı ortaya qoyduq. Sonra birlikdə mexanizm yaratdıq. İsveç bəzi addımlar atıb, amma bunlar kifayət deyil”.

Read More »

ABŞ Yaponiyada orta mənzilli raketlər yerləşdirməkdən imtina edib

Amerika Birləşmiş Ştatları Yaponiyada orta mənzilli raketlərin yerləşdirilməsi planlarından imtina edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, rəsmi Vaşinqton hesab edir ki, Tokionun “Tomahawk” qanadlı raketlərinin yerləşdirilməsi və mövcud Tip 12 raketlərinin mənzilinin artırılması əks-hücum qabiliyyəti əldə etmək niyyəti ilə əlaqədar olaraq Çini cilovlamağa kifayətdir. Bundan əlavə ABŞ Yaponiyada, ilk növbədə bu cür …

Read More »