Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Tramp yenidən İranı təhdid edib

“Vaşinqtonla Tehran arasında danışıqların mümkün uğursuzluğu İran üçün son dərəcə mənfi nəticələrə səbəb olacaq və ölkə özünü böyük təhlükə ilə üz-üzə qoyacaq”.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama verib.

“Düşünürəm ki, İranla danışıqlar nəticə verməsə, ölkə böyük təhlükə qarşısında qalacaq. İran nüvə silahına malik ola bilməz. Danışıqlar nəticə verməsə, düşünürəm ki, həmin gün İran üçün çox pis olacaq”, – deyə o bildirib.

Bundan əvvəl Tramp İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə misli görünməmiş bombardmana məruz qalacağını bildirmişdi.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …