Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Tramp Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı Ərdoğanla işləməyə hazır olduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp Suriya məsələsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla işləməyə hazır olduğunu bildirib.

Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

“Biz onunla (Türkiyə Prezidentini nəzərdə tutur – red.), o cümlədən Suriya məsələsi il bağlı işləyirik. Yeri gəlmişkən, sanksiyalarla bağlı qərar verməliyik və bunu xeyli yumşalda bilərik. Suriyaya qarşı sanksiyaları ləğv edə bilərik, çünki onlara hər şeyi yenidən başlamaq imkanı vermək istəyirik”, – Tramp deyib.

O vurğulayıb ki, Ərdoğan artıq ondan Suriyaya qarşı sanksiyaların ləğvinin mümkünlüyü barədə soruşub.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …