Şənbə , 18 May 2024

Digər ölkələr

Pentaqon rəhbəri İraqa elan olunmamış səfər edib

Pentaqonun rəhbəri Lloyd Ostin İraqa elan olunmamış səfər edib. Boyukmillet.com xəbər verir ki, onun Bağdadda İraqın Baş naziri Məhəmməd əl-Sudani ilə danışıqlar aparacağı bildirilir. L.Ostin həmçinin Ərbil şəhərinə səfər edəcək və burada İraqın şimalındakı kürd muxtar bölgəsinin rəhbərliyi ilə görüşəcək. Qeyd edək ki, Pentaqon rəhbəri Yaxın Şərqə səfərini martın 5-də İordaniyadan başlayıb. Onun Misir və İsrailə də getməsi planlaşdırılır.

Read More »

Çin parlamentinin rəsmisi: “Ordunun modernləşdirilməsi heç bir ölkə üçün təhlükə yaratmır”

“Çin Xalq Azadlıq Ordusunun modernləşdirilməsi dünyanın heç bir ölkəsi üçün təhlükə yaratmır”. Boyukmillet.com xəbər verir ki, bunu Ümumçin Xalq Nümayəndələri Yığıncağının (parlament) 14-cü çağırış 1-ci sessiyasının rəsmi nümayəndəsi Van Çao martın 3-də keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Çinin gələcəyi bütün dünyanın gələcəyi ilə sıx bağlıdır: “Çinin ordusunun modernləşdirilməsi heç bir ölkə üçün təhlükə yaratmayacaq. Əksinə, o, regional sabitliyi …

Read More »

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib

ABŞ Maliyyə Nazirliyi İranın bir sıra neft-kimya şirkətini, həmçinin 20 gəmisini sanksiya siyahısına əlavə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə maliyyə qurumunun yaydığı bəyanatda deyilir. Məhdudlaşdırıcı tədbirlər Buşer neft-kimya şirkətinə, “Shiraz Petrochemical” neft-kimya şirkətinə, “Global Marine Ship Management” və “Shanghai Xuanrun Shipping Company Limited” kimi Çin gəmiçilik şirkətlərinə, Vyetnamın neft-qaz şirkəti olan “Golden Lotus Oil Gas and Real Estate”ə, …

Read More »

ABŞ-da sərnişin təyyarəsi təcili eniş edib, 10 nəfər xəsarət alıb

ABŞ-da “Spirit Airlines” sərnişin təyyarəsi göyərtəsində baş verən yanğın səbəbindən Florida ştatının Ceksonvill hava limanına təcili eniş edib. Boyukmillet.com xəbər verir ki, 10 nəfər xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, çərşənbə günü Dallasdan (Texas) Orlandoya (Florida) uçarkən əl yükündə olan təyyarənin salonunda akkumulyator yanıb. Sərnişinlərdən birinin dediyinə görə, yanğının söndürülməsi təxminən 20 dəqiqə çəkib. Hadisə zamanı xəsarət alanların səhhətinin vəziyyəti ilə …

Read More »

AEBA Zaporojye AES-lə bağlı müzakirələrin uğurla nəticələnəcəyinə inanır

“Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Zaporojye Atom Elektrik Stansiyasında (AES) təhlükəsiz zonanın yaradılması istiqamətində Rusiya və Ukrayna ilə lazımi müzakirələr aparır və tezliklə uğurlu nəticələr əldə etməyə ümid edir”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AEBA-nın baş direktoru Rafael Qrossi deyib. Onun sözlərinə görə, bu AES-in müharibə zonasında yerləşdiyini və buna görə də böyük təhlükə yaratdığını unutmaq olmaz: “Agentliyin məsələyə dərhal müdaxilə …

Read More »

Türkiyə səfiri Nuru Paşa ilə bağlı paylaşım edib

Türkiyənin Azərbyacandakı səfiri Cahit Bağçı Nuru Paşanın anım günü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, diplomat bu barədə tviterdə yazıb “Vəfatının 74-cü ildönümündə Qafqaz İslam Ordusunun komandiri və Bakı fatehi Nuru Paşanı rəhmət və ehtiramla anırıq. Ruhu şad, məkanı cənnət olsun”,- səfir bildirib. Vefatının 74. yıldönümünde Kafkas İslam Ordusu Komutanı ve Bakü Fatihi #NuriPaşa ‘yı rahmetle ve saygıyla …

Read More »

Rusiya və Çin XİN başçıları regional məsələləri müzakirə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 xarici işlər nazirlərinin toplantısı çərçivəsində çinli həmkarı Vanq Yi ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. Nazirlər ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Read More »

Hökümətə məxsuz mobil cihazlarda TikTok qadağa edildi

Kanada hökuməti Çin şirkətinin məşhur sosial media proqramı olan TikTok-u təhlükəsizlik riski yaratdığı üçün bu gündən etibarən hökumətə məxsus mobil cihazlarda qadağan etdiyini açıqlayıb. Boyukmillet.com DHA-a istinadən xəbər verir ki, Fortier, “Mobil cihazda TikTok-un məlumat toplama üsulları telefonun məzmununa əhəmiyyətli girişi təmin edir. Bu proqramdan istifadənin riskləri aydın olsa da, bu nöqtədə hökumət məlumatlarının pozulduğuna dair heç bir sübutumuz yoxdur” …

Read More »

Rusiya prezidenti Vladimir Putin Strateji Silahların Azaldılması üzrə Yeni Müqavilənin (Yeni START) dayandırılması haqqında fərman imzalayıb

Azaldılma Sazişinin (Yeni START) Rusiya tərəfindən bu yaxınlarda dayandırıldığı açıqlandı. Boyukmillet.com hurriyet.com-a istinadən xəbər verir ki, yeni START-ın fəaliyyətinin dayandırıldığını elan edən Rusiya prezidenti Vladimir Putin Rusiya parlamentinin aşağı və yuxarı palatasının təsdiqindən sonra imzaladığı fərmanla müqavilənin dayandırılmasını rəsmən təsdiqləyib. “ABŞ bu fəaliyyət sahəsində müqavilə üzrə öhdəliklərini bilərəkdən yerinə yetirmir”, – Kremlin İnformasiya Xidmətinin bəyanatında deyilir. AVROPA ŞURASI İLƏ İMZALANAN …

Read More »

Sergey Lavrov Bakıdan Hindistana gedib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov üç günlük işgüzar səfərlə Hindistana gedib. Boyukmillet.com xəbər verir ki, Yeni Dehlidə rusiyalı diplomatın hindistanlı həmkarı Subramanyan Cayşankar ilə görüşəcəyi, G20 ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcəyi, həmçinin Çin, Braziliya və digər ölkələrin tərəfdaşları ilə danışıqlar aparacağı gözlənilir. Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda iki günlük səfərdə olub. O, …

Read More »