Cümə , 10 May 2024

Digər ölkələr

Türkiyə XİN başçısı: “Türkün yolu Orta dəhlizdən, Qarabağdan, Zəngəzurdan keçər”

“Türkün yolu Orta dəhlizdən, Qarabağdan, Zəngəzurdan keçər”. Sitat.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib. Onun sözlərinə görə, Qarabağın azadlığı Türk dünyası üçün strateji addım oldu: “Qarabağdakı qələbə nəticəsində türk dövlətlərinin özünəinamı bərpa olundu. Azərbaycanla imzaladığımız “Şuşa Bəyannaməsi” ilə əlaqələrimiz daha da möhkəmləndi”. M.Çavuşoğlu bildirib ki, türk dövlətləri arasında əlaqə bundan sonra da …

Read More »

Polşa Rusiya və Belarus yük maşınlarının sərhəddən keçməsini yasaqlayacaq

Polşa Daxili İşlər Nazirliyi və Administrasiyası Rusiya və Belarusda qeydiyyatda olan malların olduğu yük maşınlarının Polşa-Belarus sərhədindən keçirilməsini dayandırmaq niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə cümə günü dərc olunan hökumətin fərman layihəsində qeyd edilib. “Belarus Respublikası və ya Rusiya Federasiyasının ərazisində qeydiyyatda olan yük avtomobilləri, traktorlar, qoşqular, o cümlədən yarımqoşqular üçün Belarus Respublikası ilə sərhəddən yükdaşımaları növbəti xəbərdarlıq edilənədək …

Read More »

Ukrayna tankçıları “Abrams”larla təlimə başlayır

Ukrayna hərbçiləri “M1A1 Abrams” tankları ilə təxminən bir həftə sonra təlimlərə başlayacaq. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder deyib. Qeyd edək ki, bu təlim on həftə ərzində amerikalı mütəxəssislər tərəfindən Ukrayna Silahlı Qüvvələrinin 250 tankçısına Almaniyadakı poliqonlardan birində keçiriləcək.

Read More »

Onlar Kılıçdaroğlu üçün səs istədilər! – Ərdoğan

14 maydan əvvəl terrorçubaşılar Qəndildən bir video çəkərək, CHP sədri Kamal Kılıçdaroğlu üçün səs istədilər. Seçki sonrası da dəstəklərini davam etdirdilər. Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Nə edirlərsə etsinlər, iqtidara gəlmək üçün, kreslolarını qorumaq üçün terrorçular və FETÖ-çülərlə müttəfiqliklərini gizlədə bilməzlər”, – deyə dövlət başçısı bildirib. Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci …

Read More »

Yaponiyanın NATO-ya daxil olmaq planı yoxdur

Yaponiyanın NATO-ya daxil olmaq planı yoxdur və Şimali Atlantika Alyansının ölkədə nümayəndəliyinin açılması ilə bağlı qərar hələ verilməyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Fumio Kisida parlamentin yuxarı palatasının plenar iclasında deputatların suallarını cavablandırarkən deyib. “Yaponiyanın NATO-ya nə daimi, nə də assosiativ üzv kimi daxil olmaq planı yoxdur”, – o vurğulayıb. Yaponiyada alyansın nümayəndəliyinin açılmasının mümkünlüyünə toxunan hökumət …

Read More »

Akardan Akşənərə: “Cənub ordusu” nədir?

Türkiyənin nizami ordusu var. “Cənub ordusu” hardan çıxdı? Kim edəcək bunu? Konstitusiya çərçivəsində xidmət edən silahlı qüvvələrimiz, Baş Qərargah rəisi, Quru Qoşunları komandanı var. Onlar bilmirlər?! Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar İYİ Partiyasının rəhbəri Maral Akşənərin “cənub ordusu” ilə bağlı sözlərinə cavabında deyib. O, partiya sədrinin bu yöndə fikirlərini komediya adlandırıb. H.Akar Türkiyə …

Read More »

Orban ABŞ-nin öz nöqteyi-nəzərini başqa dövlətlərə təlqin etmək istəyini bəyənmir

Macarıstan ABŞ-nin təlimlərini və Vaşinqtonun öz nöqteyi-nəzərini başqa dövlətlərə təlqin etmək istəyini bəyənmir. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Baş naziri Viktor Orban deyib. Onun fikrincə, ABŞ Demokratik Partiyası respublikaçılardan daha çox ideoloji yönümlüdür və həmişə digər ölkələri “inandırmağa”, “bəzən də onları necə yaşamağa məcbur etməyə” çalışır. Siyasətçi qeyd edib ki, bu, Macarıstanın “xoşuna gəlmir”. “Bizim öz mədəniyyətimiz var, …

Read More »

ABŞ Ermənistanda kiçik nüvə reaktorlarının yaradılması imkanlarını araşdırır

ABŞ Ermənistanda və digər Avrasiya dövlətlərində kiçik modul nüvə reaktorları tikməyi düşünür, onların Rusiya və Çindən enerji müstəqilliyini gücləndirməyə çalışır. Boyukmillet.com  xəbər verir ki, bu barədə ABŞ hökumətinin Avropa və Avrasiyaya yardım proqramlarının əlaqələndiricisi Mariya Lonqi söyləyib. “Bir sıra ölkələrdə, o cümlədən Ermənistanda biz Amerika texnologiyasından istifadə etməklə tikilmiş və həm Rusiya, həm də Çindən daha böyük enerji müstəqilliyinə apara bilən …

Read More »

Brüsseldə Almaniya və Macarıstan XİN rəhbərləri arasında mübahisə düşüb

Brüsseldə Almaniyanın xarici işlər naziri Annalena Burbok və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında mübahisə baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Politico” nəşrinin köşə yazarı Yakopo Barigatsi yazıb. Dörd diplomatın sözlərinə görə, mayın 22-də nazirlər Macarıstanın “OTP” bankının Ukraynadakı münaqişədəki rolu ilə bağlı mübahisə ediblər. Nəşr qeyd edib ki, Burbok Siyartonu Avropa İttifaqından Ukraynaya əlavə …

Read More »