Şənbə , 13 Dekabr 2025

Digər ölkələr

ABŞ Ukraynaya 2,3 milyard dollarlıq silah paketi elan edəcək

“Ukraynanın NATO üzvlüyünə körpü yaratmaq üçün addımlar atacağıq” ABŞ-nin müdafiə naziri Lloyd Ostin iyulun 2-də Pentaqonda ukraynalı həmkarı ilə görüşündə deyib ki, Birləşmiş Ştatlar tezliklə Ukraynaya 2,3 milyard dollardan çox yeni təhlükəsizlik yardımı elan edəcək. Ostin Rusiyanın tammiqyaslı işğalından iki ildən çox vaxt keçdikdən sonra Ukraynanın NATO-ya üzv olmaq istəklərinə də işarə edib. O, gələn həftə Vaşinqtonda keçiriləcək NATO sammitinə …

Read More »

Türkiyə Suriya sərhədini bağlayıb

Səbəb Türkiyədə Suriya qaçqınlarına qarşı etiraz, Suriyada Türkiyəyə yönəlmiş etirazlardır Türk əsgərləri Türkiyədəki soydaşlarına qarşı zorakılıqdan qəzəblənən suriyalıların atəşinə məruz qalıb. Toqquşmalarda azı 4 nəfərin həlak olduğu bildirilir. Bundan sonra Türkiyə iyulun 2-də Suriyanın şimal-qərbindəki əsas sərhəd keçidlərini bağlayıb. “Reuters” suriyalı müxalif mənbə və sakinlərin sözlərinə istinadən yazıb. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bazar günü gecə saatlarından başlayan iğtişaşlarda Suriya …

Read More »

İtaliya 20 milyard avro dəyərində tanklar alacaq

İtaliya “Rheinmetall” şirkətindən 20 milyard avro dəyərində 550-dən çox tank almaq niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti məlumat yayıb. İtaliya istehsalçıdan 350 “Lynx” piyada döyüş maşını və 200-dən çox “Panther” tankı almaq istəyir. Təxmini çatdırılma müddəti 15 ildir.

Read More »

Litva Vilnüs şəhərinin evakuasiyası planını hazırlayıb

Litva iqtidarı ölkə paytaxtının müdafiəsi üçün plan hazırlayıb, təklif olunan tədbirlər arasında Vilnüs şəhərinin evakuasiyası da var. Boyukmillet.com xəbər verir ki, bu barədə şəhər meri Valdas Benkunskas danışıb. “Vilnüs paytaxtdır, ona görə də əsas hədəfdir. Şübhəsiz ki, Belarus sərhəddinin yaxınlığında yerləşirik. Vilnüsdən bir neçə kilometr aralıda Ostrovets Atom Elektrik Stansiyası var ki, bu da təhlükədir”, – o söyləyib. Onun sözlərinə …

Read More »

Fransada 218 iddiaçı deputatlığa namizədliyini geri götürüb

Fransada növbədənkənar parlament seçkilərinin ikinci turuna keçən iddialılardan 218-i öz namizədliyini geri götürüb. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı “Le Monde” nəşri yayıb. Qeyd edilir ki, sözügedən namizədlərin bu addımının səbəbi növbədənkənar parlament seçkilərinin ikinci turunda Jordan Bardella və Marin Le Penin lideri olduğu sağçı qüvvələrin qalib gəlməyinə mane olmaqdır. Məlumata əsasən, seçkidə iştirakını dayandıran namizədlərdən bununla bağlı qərarlarını …

Read More »

Lukaşenko: Qərb yeni “səlib yürüşü”nə başlayıb, dünya fəlakətin astanasındadır

Belarus Prezidenti Aleksandr Lukaşenko Qərbin yeni “səlib yürüşü”nə başladığını deyib. Boyukmillet.com xəbər verir ki, Aleksandr Lukaşenko bu barədə Belarusun Müstəqillik Günü münasibətilə təşkil olunan təntənəli mərasimdə danışıb. Belarus Prezidenti Qərbin yeni “səlib yürüşü”nə başladığını və dünyanın artıq fəlakətin astanasına sürükləndiyini, İkinci Dünya müharibəsinə dair həqiqətlərin Qərbə lazım olmadığını bildirib: “Hazırda “sükan” arxasında olanlar təslimçilərin ideya və birbaşa varisləridir. Onlar üçün …

Read More »

KİV: Finlandiya rəsmisi ilk dəfə NATO Baş katibinin müavini ola bilər

Finlandiya Müdafiə Nazirliyinin resurs siyasəti departamentinin rəhbəri Tarya Yaakkola ölkə tarixində ilk dəfə NATO-nun Baş katibinin müavini ola bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Helsingin Sanomat” qəzeti məlumat yayıb. Ölkənin Müdafiə Nazirliyi yaxın aylarda bununla bağlı qərarın veriləcəyini gözləyir. Qeyd ümumilikdə NATO Baş katibinin 8 müavini var.

Read More »

ABŞ Qırmızı dənizdə husilərin 3 pilotsuz təyyarəsini vurub

ABŞ ordusu Yəmənin “Ansar Allah” hərəkatından olan husi üsyançılarının üç pilotsuz aparatını məhv edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb. “Son 24 saat ərzində ABŞ Mərkəzi Komandanlığının qüvvələri Qırmızı dənizdəki husilərin üç pilotsuz aparatını məhv edərək özünümüdafiə əməliyyatı keçirdi”, – məlumatda bildirilir.

Read More »

Stoltenberq: ABŞ seçkilərin nəticələrindən asılı olmayaraq NATO-dakı rolunu qoruyub saxlayacaq

NATO-nun baş katibi vəzifəsindən getməyə hazırlaşan Yens Stoltenberq hesab edir ki, ABŞ qarşıdakı prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, Şimali Atlantika Alyansının güclü müttəfiqi olaraq qalacaq. Boyukmillet.com xəbər verir ki, o, bu fikri “Yomiuri Shimbun” qəzetinə müsahibəsində bildirib. “ABŞ-də hər iki partiyanın Ukraynaya güclü dəstəyi var. Kimin prezident seçilməsindən asılı olmayaraq, ABŞ NATO-nun güclü müttəfiqi olaraq qalacaq”, – o deyib. …

Read More »

Parisdə radikallar talanlar təşkil edib

  Fransanın paytaxtı Parisdə parlament seçkilərinin ilk nəticələrinin elan edilməsindən sonra başlayan nümayişdə “Qara blok” (“Black bloc” – red) hərəkatının radikalları kafelərin vitrinlərini sındırmağa və zibil qutularını yandırmağa başlayıblar. Hadisələr ötən gün axşam saat 20:00-dan sonra, parlament seçkilərinin ilk turunun nəticələri məlum olduqdan sonra paytaxtdakı Respublika Meydanında baş verib. Əraziyə polis əməkdaşları göndərilib. Nümayiş əvvəlcə sakit keçib, iştirakçılar səsvermənin nəticələrindən …

Read More »