Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya məxsus təyyarəni “Patriot” zenit-raket kompleksi vasitəsilə vurub. Boyukmillet.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Nəşr qeyd edib ki, adı açıqlanmayan Pentaqon rəsmiləri və ABŞ Konqresinin əməkdaşları son həftələrdə “Patriot”un köməyi ilə düşmənin bombardmançısını vurmağa müvəffəq olduqları barədə məlumat veriblər. CNN xəbər verir ki, digər hava hücumundan müdafiə sistemləri bunun üçün yetərincə uçuş məsafəsinə …
Read More »Ak Parti sədrinin müavini: “Seçici fəallığı demokratiyanın əsas təzahürlərindən biridir”
“Seçici fəallığı demokratiyanın əsas təzahürlərindən biridir”. Boyukmillet.com xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuş “CNN Türk”ün efirində deyib. Onun sözlərinə görə, Türkiyədə seçici fəallığı 80 faizdən çox idi: “Bu da kifayət qədər yüksək göstəricidir. Seçici fəallığının aşağı olmasına dair iddialar əsassızdır”. Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs …
Read More »Özbəkistan Prezidenti Çin lideri ilə görüşəcək
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Çinə səfərə gedib. Boyukmillet.com xəbər verir ki, məlumatı Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, o, Çin Xalq Respublikasının sədri Si Cinpinlə danışıqlar aparacaq. Məlumatda həmçinin Ş.Mirziyoyevin mayın 19-da keçiriləcək Mərkəzi Asiya-Çin sammitində iştirak edəcəyi bildirilib. Vurğulanıb ki, Sian şəhərində Si Cinpinin sədrliyi ilə keçiriləcək sammitdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan liderlərinin də iştirakı …
Read More »Peruda mikroavtobus qəzaya uğrayıb, 10 nəfər ölüb
Perunun qərbində mikroavtobusun uçurumdan aşması nəticəsində azı 10 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Andina” agentliyi məlumat yayıb. Məlumata görə, avtobusda olan digər 9 sərnişin sağ qalıb. Lakin polis xəsarətlərin ağırlığına görə yol qəzası qurbanlarının sayının arta biləcəyini istisna etmir. Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Polisin məlumatına görə, mikroavtobus Ankaş əyalətində körpünün üzərinə çıxarkən uçurumdan aşıb.
Read More »Çin, İran, ABŞ və digər ölkələrdə edamların sayı kəskin şəkildə artıb
2022-ci ildə dünyada edamların sayı son beş ildə ən yüksək olub. Çin, İran, ABŞ və digər ölkələrdə edamların sayı kəskin şəkildə artıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı rəqəmləri beynəlxalq “Amnesty International” insan haqları təşkilatı təqdim edib. Məlumata görə, 2022-ci ildə 20 ölkədə 883 nəfərə ölüm hökmü çıxarılıb və hökm icra edilib. Bu, ötən illə müqayisədə 53% çoxdur. Qeyd olunur …
Read More »Blinken: “ABŞ Çinlə soyuq müharibə istəmir”
ABŞ Çinlə münaqişə və ya soyuq müharibə istəmir. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Konqresdə dinləmələr zamanı deyib. Onun sözlərinə görə, ABŞ Çinə öz hərəkətlərini diktə edə və ölkənin siyasi trayektoriyasını müəyyən edə bilməz, lakin öz baxışını təbliğ etmək və rəqabət aparmaq hüququna malikdir. Bundan əvvəl Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei ABŞ-ın Rusiya və Çin …
Read More »Türkiyədə terrorçularla atışmada şəhid olanların sayı beş nəfərə çatıb
Türkiyənin Şırnak bölgəsində terrorçularla atışmada şəhid olanların sayı artaraq beş nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviterdəki hesabında bildirib. O şəhidlərə rəhmət, ailələrinə rəhmət diləyib.
Read More »Ərdoğanla Baxçalı görüşəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla MHP sədri Dövlət Baxçalı arasında bu gün görüş keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Türkiyə vaxtı ilə saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00) başlanacaq görüşdə seçki məsələləri müzakirə olunacaq. Qeyd edək ki, 14 mayda keçirilən prezident seçkilərində qalib müəyyənləşmədiyi üçün 28 mayda seçkilərin ikinci turu keçiriləcək.
Read More »Türkiyə hava məkanını İrəvan üçün niyə bağlayıb?
Xəbər verdiyimiz kimi, Türkiyə öz hava məkanını Ermənistanın “FlyOne Ermənistan” aviaşirkətinin üçüncü ölkələrə uçuşu üçün bağlayıb. Dünyanın 8-dən çox ölkəsinə uçuşlar həyata keçirən “FlyOne” şirkətinə məxsus təyyarələrin sərnişinləri Kişinyov, Moskva, Verona, Parma, Paris, London, Dublin, Lissabon istiqamətlərinə uçuşlardan mərhum olub. Maraqlıdır ki, az sonra Birləşmiş Ərəm Əmirliyi də erməni aviaşirkətinin öz ölkəsinə ucuşlarını məhdudlaşdırıb. Dubayın aviasiya xidməti laynerin Əl-Məktum hava …
Read More »Türkiyə Ordusunun 2 hərbçisi şəhid olub, daha 2 hərbi qulluqçu yaralanıb
Türkiyə Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu şəhid olub. Boyukmillet.com xəbər verir ki, onlar Şırnak bölgəsində terrorçularla toqquşma nəticəsində həlak olublar. Məlumata görə, daha 2 hərbi qulluqçu yaralanıb. Atışma nəticəsində 3 terrorçu məhv edilib. Şəhidlərin adları hələ ki açıqlanmayıb.
Read More »