Çərşənbə , 7 May 2025

Digər ölkələr

Dövlət Departamenti: “ABŞ vətəndaşlarını azad etmək üçün Rusiyaya təzyiq göstərməyə davam edəcək”

“ABŞ qanunsuz həbsdə olan Amerika vətəndaşları Pol Uilan və Evan Qerşkoviçin azad edilməsi üçün Rusiyaya təzyiq göstərməyə davam edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib. Onun sözlərinə görə, dövlət katibi Entoni Blinken ABŞ rəhbərliyinin digər nümayəndələri ilə bir komandada bu məsələ üzərində işi davam etdirir. Miller vurğulayıb ki, ötən həftə Rusiya tərəfi …

Read More »

Nyu-Yorkdakı “Türk Evi”nin qarşısında mühafizə postu yaradılacaq

Nyu-York polisi “Türk Evi”nin ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib. Boyukmillet.com xəbər verir ki, Nyu-York Polis Departamentinin bölgəyə ezam olunmuş əməkdaşları ərazidə operativ şəkildə fəaliyyət göstərirlər. Bu gündən etibarən binanın mühafizəsi 24 saat ərzində təmin olunacaq. Əməkdaşımızla həmsöhbət olan Nyu-York polisinin nümayəndəsi bildirib ki, Türkiyənin Baş konsulluğunun müraciəti əsasında polis əməkdaşları qeyri-müəyyən vaxta qədər bölgəyə ezam olunublar: “Baş verən hadisədən sonra Nyu-York …

Read More »

Britaniyanın daxili işlər naziri istintaqa cəlb oluna bilər

Böyük Britaniyanın daxili işlər naziri Svella Braverman müxalifət partiyalarının nümayəndələrinin tələbi ilə sürət həddinin aşılması işi üzrə istintaqa cəlb oluna bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. Leyboristlər və Liberal Demokratlar baş nazirin nazirlərin maraqları üzrə müşaviri Lori Maqnus tərəfindən hadisələnin araşdırılmasını tələb ediblər. Qaydalara əsasən, Baş nazir Rişi Sunak etika üzrə məsləhətçisinə Leyboristlərin iddiasını araşdırmaq …

Read More »

“G7” dövlətləri İrana PUA-larla bağlı çağırış edib

“Böyük yeddilik” (“G7”) ölkələrinin liderləri İranı Ukrayna ilə münaqişədə Rusiya Federasiyasına dəstəyi dayandırmağa çağırıb. Sitat.info xəbər verir ki, bu barədə sammitin yekunlarına dair kommünikedə məlumat verilib. Sənəddə qeyd olunub ki, İran pilotsuz uçuş aparatlarının Rusiya tərəfinə verilməsini dayandırmalıdır. “G7” ölkələri İranın davamlı sabitliyi pozan fəaliyyətlərindən, o cümlədən raketlərin, pilotsuz uçuş aparatlarının (PUA) və əlaqəli texnologiyaların BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq …

Read More »

Daha bir PKK liderindən Kılıçdaroğluya dəstək

Türkiyədə Millət İttifaqından prezidentliyə namizəd olan Kamal Kılıçdaroğluya PKK-dan dəstək gəlməyə davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, PKK-nın rəhbərlərindən sayılan, “Rohani Sərhat” kod adlı Filiz Duman Kılıçdaroğlunu dəstəkləyən açıqlama verib: “Kılıçdaroğlu seçkiyə yalnız CHP-nin, Millət İttifaqının namizədi kimi qatılmır. O, mayın 14-də keçirilən seçkilərdə Kürdüstanın hamısından, Türkiyənin də yarısından səs toplayan xalqın namizədi …

Read More »

Krımda aerodromda partlayış: hərbi helikopter zədələndi

Müvəqqəti olaraq işğal olunmuş Krımda rusların döyüş helikopteri partlayış nəticəsində zədələnib. Sitat.info xəbər verir ki, bu barədə “RBC-Ukrayna”ya Ukrayna kəşfiyyatındakı mənbələr məlumat verib. Bildirilib ki, hadisə Sevastopol yaxınlığındakı Kaça aerodromunda baş verib. Həmsöhbətlərdən birinin sözlərinə görə, bu aerodromda 318-ci ayrı-ayrı qarışıq aviasiya alayı yerləşir. “Səhər saat bir radələrində baş verən partlayış nəticəsində 318-ci alayın Mi-8 hərbi helikopteri vurularaq sıradan çıxıb”, – …

Read More »

Ukrayna ordusu Baxmutda müdafiəni davam etdirir

Ukrayna Silahlı Qüvvələri Baxmutdakı Litak bölgəsində müdafiəni davam etdirir. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Anna Malyar teleqramda bildirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri ərazidəki bəzi sənaye və infrastruktur obyektlərinə nəzarət edir. “Baxmutda ağır döyüşlər gedir. Vəziyyət kritikdir. Eyni zamanda qoşunlarımız Litak bölgəsində nəzarəti saxlayır”, – Malyar qeyd edib.

Read More »

Müxalifət siyasətə belə yanaşır – Ərdoğan

Müxalifət siyasətə xalqa xidmət vasitəsi kimi deyil, şəxsi mənfəətləri prizmasından baxır. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda çıxışı zamanı deyib. “Biz dövlətimizin və millətimizin imkanlarını səfərbər edərək sizin rifahınızın daha da yaxşılaşdırılmasında maraqlı və qətiyyətliyik”, – Ərdoğan söyləyib.

Read More »

Volodimir Zelenski Emmanuel Makronla görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın Hirosima şəhərində “Böyük yeddilik” (“G7”) ölkələrinin sammiti çərçivəsində Fransanın dövlət başçısı Emmanuel Makronla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə V.Zelenskinin Mətbuat xidmətindən bildirilib. O, Kiyevə hərbi yardıma görə fransalı həmkarına təşəkkür edib. Qeyd edək ki, V.Zelenski “Böyük yeddilik” ölkələrinin sammitinə qatılmaq üçün Yaponiyada səfərdədir. Xatırladaq ki, “G7” Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya …

Read More »