Küveyt hökuməti Ukrayna üçün güclü elektrik generatorlarının alınmasına 1 milyon dollar ayırıb. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko bəyan edib. Qeyd olunub ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Küveytə səfər edib, səfər zamanı diplomatlar Ukraynaya yardımı müzakirə ediblər. Vurğulanıb ki, ərəb ölkəsi Ukraynanın müharibədən sonrakı bərpasına qoşulmaq imkanlarını da nəzərdən keçirir. Xarici işlər nazirinin …
Read More »Yaponiyada 60 il sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən şəxs saxlanılıb
Yaponiyada polis təxminən 60 il sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən yaşlı sürücünü saxlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sankei” qəzeti məlumat yayıb. Hyoqo prefekturasının polisi 82 yaşlı Toşiyuki İşibaşini təhlükəsizlik kəməri taxmadığına görə saxlayıb. Polis yaşlı kişidən sürücülük vəsiqəsini göstərməsini istəyəndə, onun yanında heç bir sənədin olmadığı məlum olub. Toşiyuki İşibaşi bildirib ki, o, 20 yaşında sürücülük vəsiqəsini …
Read More »ABŞ Rusiya və Çinlə strateji sabitliyə dair dialoq aparmaq istəyini ifadə edib
Amerika Birləşmiş Ştatları Rusiya və Çinlə strateji sabitliyə dair dialoq aparmaq arzusundadır. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının rəhbəri Cil Hrubi bildirib. O qeyd edib ki, Vaşinqton ən son silah sistemlərinin yoxlanılması üçün texnologiyaların hazırlanmasına başlayıb. Belə bir layihə, Hrubinin fikrincə, Rusiya və Çinlə strateji sabitlik üzrə dialoqun baş tutacağı təqdirdə ABŞ-ın mövqeyini gücləndirəcək. …
Read More »Ağ Ev iqtisadçısı: “Çin dolların ehtiyat valyuta kimi zəifləməsini istəyir”
Çin beynəlxalq ehtiyat valyutası kimi dolların zəiflədiyini görmək istəyir. Boyukmillet.com xəbər verir ki, bunu Ağ Evin iqtisadçısı Jared Bernşteyn deyib. Onun sözlərinə görə, Çin dolların beynəlxalq ehtiyat valyutası kimi zəiflədiyini görmək istəyir və Konqres dolların dəyərini qorumaq üçün ABŞ-ın borc tavanını artırmalıdır. “Dolların ehtiyat valyuta statusunu saxlamasına kömək etmək və həmçinin dolların dəyərini qorumaq üçün həqiqətən edə biləcəyimiz yeganə şey …
Read More »Meksika Prezidenti Pentaqonu casusluqda ittiham edib
Meksika Prezidenti Andres Manuel Lopez Obrador Pentaqonu casusluq etməkdə ittiham edib. ABŞ Hərbi Dəniz Qüvvələri ilə Meksika Ordusu arasında yaranan gərginlik fonunda prezident milli təhlükəsizliyi qorumaq üçün ordudan alınan məlumatları məxfiləşdirməyə başlayacağını bildirib. “İndi Hərbi Dəniz Qüvvələri və ABŞ Müdafiə Nazirliyindən məlumatları qoruyacağıq, çünki biz Pentaqonun casusluğunun obyektiyik”. Pentaqon qeyd edib ki, ABŞ Müdafiə Nazirliyinin Meksika Ordusu və Hərbi Dəniz …
Read More »Şolts: “İsveçrə Ukraynaya silahların təkrar ixracına qoyulan qadağanı aradan qaldıra bilər”
“İsveçrə Ukraynaya silahların təkrar ixracına qoyulan qadağanı aradan qaldıra bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib. “Biz bu məsələ ilə bağlı qəbul edilən qərarlarla razıyıq və İsveçrədə gedən müzakirələri yaxından izləyirik. Ümid edirik ki, bu məsələdə bəzi dəyişikliklər olacaq”, – kansler deyib. Şoltsun sözlərinə görə, Ukraynanın silah-sursat sahəsində dəstəyə ehtiyacı olduğu üçün Berlin Bernə onların mümkün …
Read More »Ukrayna ordusunda 7 minə yaxın hərbçi itkin düşmüş hesab edilir
Ukraynada 2023-cü ilin aprelinə olan məlumata görə, 7 minə yaxın hərbçi itkin düşmüş hesab olunur. Boyukmillet.com xəbər verir ki, bu barədə xüsusi şəraitdə itkin düşmüş şəxslər üzrə komissar Oleq Kotenko bildirib. “Həqiqətən belə bir rəqəm var, yeddi mindən bir qədər çoxdur. Biz itkin düşmüş kimi axtardığımız insanların hələ də əsir qalmasına inanırıq”, – Kotenko deyib. O, dəqiqləşdirib ki, itkin düşənlərin …
Read More »Finlandiyanın “Olkiluoto-3” AES-in Avropadakı ən böyük reaktoru işə salınıb
Finlandiyanın “Olkiluoto” atom elektrik stansiyasının üçüncü enerji bloku 18 ildən sonra aprelin 16-na keçən gecə elektrik enerjisi istehsal etməyə başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə elektrik stansiyasının operatoru “Teollisuuden Voima” (TVO) məlumat yayıb. Qeyd edilib ki, reaktorun işə salınması ilə qurğu Finlandiyada elektrik enerjisinin təxminən 30 faizini istehsal edəcək. “Bu, tarixi bir gündür, fin cəmiyyətinə vəd etdiyimiz OL3-ün faydaları …
Read More »Quterreş BMT nümayəndələrinin ölümündə günahkar şəxsləri cəzalandırmağa çağırıb
BMT-nin Baş katibi Antoniu Quterreş Sudanda toqquşmalar zamanı tabeliyində olanların ölümünə görə məsuliyyət daşıyanların ordu və çevik reaksiya qüvvələri tərəfindən cəzalandırılmasını istəyib. “Report” xəbər verir ki, bu barədə təşkilatın rəhbəri tviterdə yazıb. “Dəhşət. Sudanda davam edən qarşıdurmalar mülki şəxslərin, o cümlədən işini yerinə yetirərkən həlak olan üç həmkarımızın ölümü və yaralanması ilə nəticələnib. Günahkar şəxslər dərhal məsuliyyətə cəlb olunmalıdırlar”, – …
Read More »Üç amerikalı dənizçi Meksika sahillərində itkin düşüb
ABŞ Sahil Mühafizəsi “Ocean Bound” yelkənli qayıqda olan 3 nəfərin itkin düşdüyünü açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə idarənin press-relizində bildirilib. Qeyd olunub ki, dənizçilər Meksikanın Mazatlan şəhərini tərk edərək San Dieqoya gedirdilər və yolüstü onlar Meksikanın Kabo San Lukasında ərzaq almaq üçün dayanmalı olublar. Qurum üç nəfərin təyinat yerinə çatması ilə bağlı heç bir qeydin olmadığını bildirib. ABŞ …
Read More »