Çərşənbə axşamı , 15 Sentyabr 2026

Digər ölkələr

İran İsrailin müttəfiqlərinin regional bazalarını vurmaqla hədələyib

İran rəsmi olaraq ABŞ, Fransa və Böyük Britaniyaya İsrailə qarşı daha genişmiqyaslı zərbələr endirəcəyini bildirib. Bu barədə Boyukmillet.com İranın “Mehr News” agentliyinin məlumatına istinadən xəbər verir. “İranın İsrailə zərbələrinin dəf edilməsində iştirak edən istənilən ölkə şərik hesab olunacaq. Bu dövlətin bütün regional bazaları, o cümlədən Fars körfəzi ölkələrindəki hərbi obyektləri, Fars körfəzi və Qırmızı dənizdəki gəmi və hərbi gəmiləri İran Silahlı Qüvvələrinin …

Read More »

İranın Baş Qərargah rəisinin iki müavini İsrailin hava zərbələri zamanı həlak olub

İran Silahlı Qüvvələrinin Baş Qərargahı İsrail zərbələri nəticəsində Baş Qərargah rəisinin iki müavininin həlak olması barədə məlumat yayıb. Boyukmillet.com “Mehr”ə istinadən xəbər veri ki, Baş Qərargahın kəşfiyyat üzrə müavini Qolamreza Mehrabi və əməliyyatlar üzrə müavini Mehdi Rabbani həlak olublar.

Read More »

KİV: İran İsrailə qarşı yeni zərbələr dalğasına başlayıb

İran İsrailə qarşı yeni zərbələr dalğasına başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb. İsrail Müdafiə Qüvvələrindən bildirilib ki, İran tərəfindən yeni raket atəşi qeydə alınıb, əhaliyə sığınacaqlarda gizlənmək tapşırılıb. “Hazırda hava hücumundan müdafiə vasitələri təhlükəni aradan qaldırmaq üçün lazım olan hər yerdə [hədəfləri] ələ keçirmək üçün işləyir”, – ordu mətbuat xidmətinin məlumatında deyilir.

Read More »

İsrailin şimalında hava həyəcanı siqnalı verilib, iki PUA vurulub

İsrailin şimalındakı bir sıra yaşayış məntəqələrində hava həyəcanı siqnalı verilib. Boyukmillet.com -un məlumatına görə, bu barədə İsrailin 12-ci kanalı məlumat verir. Həmçinin qeyd olunub ki, İran iki pilotsuz uçuş aparatı “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Nəşr həmçinin vurğulayıb ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Read More »

İran Qızıl Aypara Cəmiyyəti: İsrail HHQ 60 məkana zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri (HHQ) İranın səkkiz əyalətində azı 60 məkana zərbələr endirib. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyəti məlumat yayıb. “Hazırda 669 xilasedicidən ibarət 134 komanda İranın səkkiz əyalətində zərbələrə məruz qalmış 60-dan çox məkanda yardım göstərir”, – bəyanatda bildirilib. Bunlar Tehran, İsfahan, Həmədan, Xuzestan, Kürdüstan əyalətləridir.

Read More »

İran İsrail zərbələrinə sərt cavab verəcəyini vəd edir

İran mülki şəxslərin, eləcə də alimlərin və hərbçilərin ölümü ilə nəticələnən İsrail zərbələrinə sərt cavab verəcək. Boyukmillet.com -un “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran hökumətinin bəyanatında deyilir. “Bizim cavab vermək hüququmuz var və biz bunu edəcəyik. Heç bir daxili fikir ayrılığı olmadan”, – bəyanatda qeyd olunub.

Read More »

İran ABŞ ilə nüvə danışıqlarından imtina edib

İran ABŞ ilə nüvə danışıqlarını davam etdirməkdən imtina edib. Boyukmillet.com -un “New York Times”a istinadən məlumatına görə, bu barədə İranın milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əlaəddin Borucerdi dövlət televiziyasında çıxışı zamanı bildirib. “İran ABŞ ilə nüvə danışıqlarının altıncı raundunda iştirak etməyəcək”, – məlumatda qeyd olunub.

Read More »

İran XİN: ABŞ İsrailin hücumlarına görə məsuliyyət daşıyır

İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ İsrail hücumlarına görə məsuliyyət daşıdığını bəyan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tasnim” qurumun bəyanatına istinadən məlumat yayıb. “İrana qarşı hücumun təhlükəli və genişmiqyaslı nəticələri İsrail və onun tərəfdarlarının üzərinə düşəcək”, – bəyanatda bildirilib. XİN-dən bildirilib ki, İsrail ABŞ-nin koordinasiyası və icazəsi olmadan İrana hücumlar edə bilməzdi: “Birləşmiş Ştatların hökuməti, bu rejimin əsas …

Read More »