Çərşənbə axşamı , 15 Sentyabr 2026

Digər ölkələr

Aİ liderləri dekabrın 19-da Suriyadakı vəziyyəti müzakirə edəcək

Avropa İttifaqının dövlət və hökumət başçıları dekabrın 19-da keçiriləcək ilin son sammitində Suriyada Bəşər Əsəd hakimiyyətinin bitməsindən sonra yaranmış vəziyyəti müzakirə edəcəklər. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa Şurasının Prezidenti Antoniu Koşta “X” sosial şəbəkəsində bildirib. “Suriya Avropa Şurasının dekabrın 19-da keçiriləcək sammitində müzakirə mövzusu olacaq”, – o yazıb. Koşta vəziyyəti qiymətləndirmək üçün Yaxın Şərqdəki liderlərlə bu mövzuda sıx …

Read More »

Lukaşenko: “Sərhədlərimizə addım atsalar, nüvədən istifadə edərik”

Belarus lideri ölkəsinin nüvə başlıqlarına sahib olduğunu deyir Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəsinin, həqiqətən də, nüvə silahına malik olduğunu təsdiqlədiyi bidirilir. “Belta” yazır ki, o, Rusiyanın “Oreşnik” raket kompleksinin Belarusda yerləşdirilməsi planları ilə bağlı suala cavab verərkən bu barədə danışıb. “Mən bura başlıqları gətirmişəm. Bir deyil, onlarladır. Çoxları yazır ki, bu, zarafatdır, heç nə gətirməyib. Amma gətirilib. Deməli, bunun zarafat olduğunu …

Read More »

Almaniya səfiri təcridxanalara kameralar yerləşdirməyi təklif edir

Səfir jurnalistlərə qarşı repressiyalardan narahatdır Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Azərbaycanda jurnalistlərə qarşı repressiyalardan narahat olduğunu deyib. Bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında yazıb. O həmçinin bildirib ki, insan hüquqlarının pozulduğu təcridxanalara kameralar yerləşdirilməlidir: “Ümumdünya İnsan Hüquqları Bəyannaməsini həyata keçirmək, həmçinin insan hüquqlarını müdafiə etmək üçün insan hüquqlarının pozulduğu yerlərə kameralar və mikrofonlar yerləşdirməliyik”. “Mətbuat azadlığı insan hüquqları sahəsində vəziyyətin …

Read More »

Əsədin gələcəyi maraq doğurur: – “O, Moskvada dəbdəbəli yaşayacaq”

Suriyanın devrilmiş lideri Bəşər Əsədin Moskvaya sığındığı açıqlanıb. İngilis Teleqraf qəzeti burada Əsəd ailəsini çox dəbdəbəli həyatın gözlədiyini yazıb. Sərvətinin 2 milyard dollar civarında olduğu təxmin edilən ailənin Moskvada dəbdəbəli göydələnlərdə 18 mənzili olduğu deyilir. Boyukmillet.com xəbər verir ki, Kreml prezident Vladimir Putinin onunla görüşmək planının olmadığını açıqlayıb. Putinin dəvətlərində iştirak edə bilməsə də, Moskvada onu dəbdəbəli həyat gözləyir. Britaniyanın Teleqraf …

Read More »

Cənubi Koreya Prezidentinin ölkədən çıxışına qadağa qoyulub 

Ərizəni Ədliyyə Nazirliyinə Korrupsiya İstintaq İdarəsi təqdim edib “Yonhap” xəbər agentliyi yazır ki, Cənubi Koreyanın Ədliyyə Nazirliyi Prezident Yun Sok Yolun ölkədən çıxışına qadağa qoyulduğunu açıqlayıb. “Associated Press”in məlumatına görə, ərizəni nazirliyə Cənubi Koreyanın Korrupsiya İstintaq İdarəsi təqdim edib. Departamentin baş prokuroru Oh Don Vun parlamentdə keçirilən dinləmələrdə bildirib ki, o, müstəntiqlərə bu yaxınlarda fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar Prezidentə səfər …

Read More »

Pentaqon Suriyada kimyəvi silah ehtiyatlarının olduğunu etiraf edib

Pentaqon hesab edir ki, Suriyada kimyəvi silah ehtiyatları ola bilər və Birləşmiş Ştatlar tərəfdaşları vasitəsilə onların öz qüvvələrinə və ya mülki şəxslərə qarşı istifadəsinin qarşısını almağa çalışır. Boyukmillet.com xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Sabrina Sinqh jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə danışıb. Onun sözlərinə görə, Pentaqon kimyəvi silah məsələsinə diqqət yetirir: “Biz bu kimyəvi silahların mülki şəxslərə, ABŞ …

Read More »

Əsədin ailəsi ilə birgə Moskvaya qaçdığı bildirilir

Onların Rusiyadan sığınacaq aldığı deyilir Suriyanın üsyançılar tərəfindən devrilən prezidenti Bəşər Əsədin Rusiyadan sığınacaq aldığı bildirilir. Bu barədə TASS agentliyi məlumat yayıb. Kremldəki mənbəyə istinad edən agentlik bildirib ki, Bəşər Əsəd ailəsi ilə birgə Moskvaya gəlib. “Əsəd və onun ailə üzvləri humanitar mülahizələrə əsaslanaraq, Rusiyaya gəlib, onlara sığınacaq verilib”, – Kremldəki mənbə agentliyə deyib. Bununla da atası Hafiz Əsəddən hakimiyyəti miras …

Read More »

KİV: İsrail Ordusu Suriya ərazisinə daxil olub

İsrail ordusu Suriya ilə sərhəddəki Qolan təpələrindəki bufer zonadan kənara çıxıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “The New York Times” İsraildəki mənbəyə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, İsrail qoşunlarının Qolandan kənarda yerləşdirilməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ölkəni tərk etməsi ilə bağlıdır və bu, regionda qeyri-sabitliyin artmasına səbəb ola bilər. İsrail Ordusunun bufer zonadan kənarda olduğunu dolayısı ilə …

Read More »

Volodimir Zelenski müharibə başlayandan Ukraynadakı itkilərin sayını açıqladı

Onun sözlərinə görə, Rusiyanın itkisi 198 min nəfərdir  Müharibə başlayandan Ukrayna 43 min əsgərini itirib.   Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.   “Xalqımız öz evini canı bahasına qoruyur, əsgərlərimizin və mülki vətəndaşlarımızın hər birinin həyatı bizim üçün qiymətlidir. Genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna döyüş meydanında 43 min əsgərini itirib. 370 min yaralıya yardım göstərilməsi halı var. Yaralıların …

Read More »

KİV: Bəşər Əsəd mühafizəçiləri ilə birlikdə Dəməşqdən qaçıb

Suriya prezidenti Bəşər Əsəd Dəməşqdə deyil. Boyukmillet.com xəbər verir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb. Qeyd olunub ki, siyasətçinin ofisinin bəyanatına baxmayaraq, dövlət başçısı şəhərdə ola biləcəyi yerlərin heç birində yoxdur. Bundan başqa, adətən siyasətçini qoruyan və səfələri zamanı onu müşayiət edən mühafizəçilər də yoxdur. “Bu səbəbdən Əsədin qaça biləcəyi ilə bağlı fərziyyələr ortaya çıxmağa başlayıb. Müxalif qüvvələr …

Read More »