Bazar , 19 Yanvar 2025

Digər ölkələr

Aİ Ukraynaya döyüş təyyarələri verəcək

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya qoşunlarına qarşı müharibə aparmaq üçün Ukraynaya döyüş təyyarələri verməyə razılaşıblar. Boyukmillet.com xəbər verir ki, bunu Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra deyib. “Biz silah, döyüş silahı, hətta döyüş təyyarələri təqdim edəcəyik. Biz təkcə döyüş sursatından danışmırıq. Müharibə aparmaq üçün ən vacib silahları veririk”, …

Read More »

Danimarka Ukraynaya hərbi texnika ilə dəstək, könüllülərin döyüşməsinə icazə verib

Danimarka Ukrayna uğrunda müharibədə öz könüllülərinin Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirakını təsdiqləyib. Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, ölkə vətəndaşları Ukraynada beynəlxalq müdafiə legionuna qoşula bilərlər. Onun sözlərinə görə, ukraynalı hərbçilər Danimarkadan 2 700 tank əleyhinə qumbaraatan və sursat alacaqlar. Qeyd edək ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenski əcnəbiləri Ukraynaya gələrək rus qoşunlarına qarşı döyüşə qoşulmağa çağırıb. Prezident Ukraynanın …

Read More »

Rusiya nümayəndə heyəti Ukrayna təmsilçiləri ilə danışıqlar üçün Belarusa gedib

Rusiya nümayəndə heyəti ukraynalılarla danışıqlar aparmaq üçün Belarusa gedib. Boyukmillet.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Əldə edilmiş razılığa əsasən, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər idarələrin, o cümlədən prezident administrasiyasının nümayəndələrindən ibarət Rusiya nümayəndə heyəti ukraynalılarla danışıqlar aparmaq üçün Belarusa gəlib. Biz bu danışıqları Qomeldə başlamağa hazırlaşacağıq”, – Peskov jurnalistlərə …

Read More »

Avropa İttifaqı Rusiya aviaşirkətləri üçün hava məkanını bağlayır

Avropa İttifaqı ölkələri Rusiya təyyarələri üçün hava məkanını bağlayacaq. Boyukmillet.com-un məlumatına görə, bu barədə ARD telekanalı məlumat yayıb. Telekanal qadağanın nə vaxt tətbiq ediləcəyi barədə məlumat verməyib. Bu günə qədər Bolqarıstan, Böyük Britaniya, Latviya, Litva, Polşa, Rumıniya, Sloveniya, Çexiya və Estoniya öz hava məkanlarını Rusiyaya bağlamaq barədə qərar qəbul ediblər.

Read More »

Ərdoğan NATO-nu Ukrayna məsələsində daha qətiyyətli addım atmağa çağırıb

“Təəssüf ki, Avropa İttifaqı Rusiya-Ukrayna gərginliyində qətiyyətli davranmadı”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. “Qərb təşkilatları yalnız nəsihət verirlər. Bu nəsihətlərlə nəticə əldə etmək mümkün deyil. Çoxlu məsləhət verən Qərb indi də yalnız danışır, əməli fəaliyyət yoxdur”, – o bildirib. R.T.Ərdoğanın sözlərinə görə, bu gün NATO-ya üzv olan ölkələrin liderlərinin iclası keçiriləcək: “Bu gün …

Read More »

Почетное Консульство Азербайджанской Республики в г. Харьков открывает регистрацию для выезда в Азербайджан

Почетное Консульство Азербайджанской Республики в г. Харьков открывает регистрацию для выезда в Азербайджан. Граждане Азербайджана, проживающие на территории Харьковской, Черниговской, Сумской, Полтавской, Запорожской, Днепропетровской областей, желающие выехать в Азербайджан, могут обратиться в Почетное Консульство Азербайджанской Республики в г. Харьков для регистрации.057 700 05 31063 047 05 50

Read More »

Bu gün BMT Təhlükəsizlik Şurasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı qətnamə səsə qoyulacaq

Bu gün BMT Təhlükəsizlik Şurasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı qətnamə səsverməyə çıxarılacaq. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, ABŞ və Təhlükəsizlik Şurasındakı avropalı müttəfiqlərinin hazırladığı qətnamədə “Rusiyanın Ukraynaya qarşı BMT razılaşmasının ikinci maddəsinin dördüncü bəndinə zidd olan hücumları qınayırıq” sözləri yazılıb. Qətnamə, həmçinin Rusiyanın Ukraynaya qarşı güc tətbiqinin dərhal dayandırılmasını nəzərdə tutur. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında hansəsa qərarın …

Read More »

Los-Ancelesdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə fevralın 24-də virtual anım tədbiri keçirilib. Bu barədə  Baş Konsulluqdan məlumat verilib. Sosial şəbəkələr üzərindən yayımlanmış tədbirdə nüfuzlu din və icma rəhbərləri, diplomatlar və siyasi xadimlərin çıxışları nümayiş etdirilib. Xocalı dəhşətləri haqqında ətraflı məlumat verən Azərbaycanın Los Ancelesdəki baş konsulu, Los Anceles Konsulluq Korpusunun sədri (duayeni) Nəsimi Ağayev Xocalı soyqırımının …

Read More »

NATO-nun Baş katibi: “Bu, Rusiyaya baha başa gələcək”

“Bu, Rusiyaya baha başa gələcək”. Boyukmilllet.com xəbər verir ki, bunu NATO-nun Baş katibi Yents Stoltenberq keçirdiyi mətbuat konfransında deyib. “NATO üzvləri Rusiyaya ağır sanksiyalar tətbiq edirlər. Biz tərəfdaşlarımızla birlikdə çalışırıq. Məqsədimiz daha hazırlıqlı ordu hazırlaya bilməkdir. Ukrayna xalqının cəsarəti təqdir ediləsidir. Mesajımız konkretdir: heç vaxt beynəlxalq hüququn pozulmasını qəbul etməyəcəyik”, – deyə o bildirib.

Read More »

Almaniya XİN vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb

Almaniya XİN Ukrayna ərazisində qalan vətəndaşlarını bu ölkəni tərk etməyə, belə bir imkanı olmayan şəxslərə isə mühafizə olunan yerlərdə qalmağa çağırıb. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, XİN hazırda Almaniyanın hakimiyyət orqanlarının köməyi ilə təxliyyə aparılmasının mümkün olmadığını bəyan edib.

Read More »