Şənbə , 18 Yanvar 2025

Digər ölkələr

Rusiya Donbasda xüsusi hərbi əməliyyat keçirəcək

Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinə yenidən müraciət edib. Boyukmillet.com xəbər verir ki, Putin müraciətində Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir: “Ukraynadakı vəziyyətə kənardan müdaxilə olarsa, Rusiya dərhal cavab verəcək. Əminəm ki, rus hərbçiləri öz vəzifələrini peşəkarcasına və cəsarətlə yerinə yetirəcəklər”. Putin ukraynalı hərbçiləri dərhal silahlarını …

Read More »

Rusiyanın səfiri Almaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Almaniya hökumətindəki mənbələrə istinadən DPA agentliyi məlumat yayıb. Diplomat Almaniya Xarici İşlər Nazirliyinin siyasi direktoru Tyorven Belmanla söhbət edib. Hələlik tərəflər arasında aparılan danışıqların təfərrüatı məlum deyil.

Read More »

Finlandiya Kiyevdəki səfirliyinin əməkdaşlarını Lvova köçürür

Finlandiya təhlükəsizlik səbəbi ilə Kiyevdəki səfirliyindən işçilərini Lvova köçürür. Boyukmillet.com xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb. “Finlandiya Xarici İşlər Nazirliyi təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi əsasında Kiyevdəki səfirlikdə işləmək üçün təyin olunmuş əməkdaşların müvəqqəti olaraq Kiyevdən Lvova köçürülməsinə qərar verib”, – məlumatda deyilir. Xatırladaq ki, bundan əvvəl Finlandiya artıq Ukrayna paytaxtında çalışan diplomatların sayını azaldıb.

Read More »

Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib

Ukrayna hakimiyyəti Donetsk və Luqansk “Xalq respublikaları”nın Rusiyaya hərbi yardımla bağlı müraciəti ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib. Boyukmillet.com xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tvitterdə yazıb. “Ukrayna Donetsk və Luqansk işğalçı administrasiyalarının Rusiyaya hərbi dəstək tələbi ilə müraciəti ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu, təhlükəsizlik vəziyyətinin …

Read More »

Xarkov və Dneprin hava limanı müvəqqəti bağlanıb

Ukraynanın Xarkov və Dnepr şəhərlərində beynəlxalq hava limanları müvəqqəti bağlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Avianews” məlumat yayıb. Qeyd olunub ki, fevralın 23-də axşam saatlarında Xarkov hava limanı müvəqqəti olaraq bir neçə saatlıq bağlanıb. Dnepr hava limanı üçün də oxşar göstəriş verilib. Belə ki, Xarkov hava limanının uçuş-enmə zolağı fevralın 23-ü Bakı vaxtı ilə saat 22:35-dən fevralın 24-ü Bakı …

Read More »

Litva Ukraynaya 1,8 milyon avroluq silah və humanitar yardım göndərəcək

Litva tərəfindən Ukraynaya silah-sursat və humanitar yardım paketi göndəriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə qərarı Baltikyanı respublikanın hökuməti qəbul edib. “Hökumətin və Daxili İşlər Nazirliyi sisteminə daxil olan strukturların ehtiyatından iki yardım paketi – ümumi dəyəri 1,8 milyon avrodan çox olan silah və mülki müdafiə texnikası formalaşdırılıb”, – məlumatda deyilir. O cümlədən 1,5 milyon avro dəyərində müxtəlif silahlar Kiyevə …

Read More »

Dörd ölkənini xarici işlər naziri Ukraynaya səfər edəcək

Bolqarıstanın xarici işlər naziri Teodora Gençovska Litva, Latviya və Estoniyadan olan həmkarları ilə fevralın 24-də Ukraynaya səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Bolqarıstan Xarici işlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, nazilərin Ukrayna hökumətinin rəsmiləri və ATƏT-in ölkədəki xüsusi missiyası ilə görüşləri planlaşdırılır. Bildirilib ki, səfərin əsas məqsədi Rusiyanın Minsk razılaşmalarını və beynəlxalq hüququ pozan hərəkətləri ilə bağlı …

Read More »

Finlandiya NATO-ya üzvlük üçün müraciət etməyə hazırdır

“Finlandiya milli təhlükəsizliyi ilə bağlı sual yaranarsa, NATO-ya üzvlük üçün müraciət etməyə hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Finlandiyanın baş naziri Sanna Marin parlamentin iclasında bildirib. “Finlandiya milli təhlükəsizlik məsələsi kəskinləşərsə, NATO-ya üzvlük üçün müraciət etməyə hazırdır”, – YLE teleradio yayım korporasiyası Marindən sitat gətirib”, – baş nazir bildirib. Qeyd edək ki, Finlandiya prezidenti Sauli Niinistö bəyan edib ki, NATO-ya daxil olması …

Read More »

Çexiyada pandemiya ilə bağl bəzi məhdudiyyətlər aradan qaldırılacaq

Çexiya hökuməti martın 1-dən ölkədə kütləvi tədbirlərdə iştirakçıların sayına qoyulan məhdudiyyətləri ləğv etmək qərarına gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Vlastimil Valek bildirib. Qərara səbəb koronavirusa yoluxanların sayında qeydə alınan azalmalardır. Məhdudiyyətlərin aradan qaldırılmasının növbəti mərhələsi martın 13-nə təyin edilib. Valekin sözlərinə görə, bu tarixdən tibbi maska ​​taxmaq məcburiyyəti yalnız ictimai nəqliyyatda, klinika və xəstəxanalarda, eləcə …

Read More »

ABŞ NATO-nun şərq cinahına əlavə hərbçi və “F-35”lər göndərir

Amerika Birləşmiş Ştatları İtaliyadan Baltikyanı ölkələrə 800-ə qədər hərbçi, eləcə də Almaniyadan NATO-nun şərq cinahına səkkiz “F-35” qırıcısı yerləşdirəcək. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bildirib. Onun sözlərinə görə, ABŞ prezidenti Cozef Bayden Pentaqona Avropadakı qüvvələrin bir hissəsinin yerini dəyişməklə bağlı tapşırıq verib: “Onların arasında İtaliyadan Baltik regionuna yerləşdiriləcək təxminən 800 nəfərlik piyada batalyonunun xüsusi təyinatlı …

Read More »