ABŞ Prezidenti Cozef Bayden 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən fövqəladə vəziyyəti ləğv edib. Boyukmillet.com.xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. “Prezident COVID-19 pandemiyası ilə əlaqədar fövqəladə vəziyyəti ləğv edən qanunu imzalayıb” – Ağ Ev bəyan edib. ABŞ-da fövqəladə vəziyyət rejimi 31 yanvar 2020-ci ildə tətbiq edilib və 2023-cü ilin aprelin 11-də başa çatıb. Əvvəlcə …
Read More »Çinin şimal bölgələrini toz duman bürüyüb
Paytaxt Pekin də daxil olmaqla Çinin şimal hissəsini toz və qum dumanı bürüyüb. Boyukmillet.com xəbər verir ki, aprelin 10-dan səhər saatlarından başlayaraq, Sincan Uyğur, Daxili Monqolustan və Ninsia Huy Muxtar rayonları, Qansu və Çinhay vilayətləri, habelə paytaxt Pekinin səmasında qatı toz dumanı müşahidə olunub. Milli Meteorologiya Mərkəzi toz dumanının səhralardan külək vasitəsilə gəldiyini, bu cür hava şəraitinin qarşıdakı günlərdə Çinin …
Read More »Netanyahu: “Müdafiə naziri vəzifəsində qalacaq”
İsrailin müdafiə naziri Yoav Qallant daha əvvəl hökumətin gündəliyinə zidd olaraq məhkəmə islahatları haqqında danışdığı üçün işdən çıxarılsa da, vəzifəsində qalacaq. Boyukmillet.com xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu xalqa televiziya ilə müraciəti zamanı deyib. “Bu günlərdə bütün cəbhələrdə 24/7 birlikdə işləyirik. Qarşımızda ciddi vəzifələr var. Aramızda fikir ayrılıqları, hətta bir neçə məsələdə ciddi fikir ayrılıqları olub, amma mən …
Read More »Çorumda yerli sakinin atəş açması nəticəsində 6 nəfər yaralanıb
Türkiyənin Çorum şəhərinin İskilip rayonunda sakinlərə tüfənglə atəş açılıb. Boyukmillet.com xəbər verir ki, hadisədə 6 nəfər yaralanıb. Bildirilib ki, hadisəni törədən şəxsin Yuxarı Örenseki kəndinin sakini 30 yaşlı Yalçın Göbel olduğu güman edilir. Olay yerindən qaçan şübhəlinin axtarışları davam edir.
Read More »ABŞ-də 1-i uşaq olmaqla 3 nəfər güllələnib
ABŞ-nin Orlando ştatında biri uşaq olmaqla 3 nəfər güllələnib. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli polis tviterdə məlumat yayıb. Bildirilib ki, hadisə gecə baş verib. Polis məişət zorakılığı ilə bağlı çağırışla zərərçəkənlərin evinə gedib. Gələndən dərhal sonra polis evdən silah səsləri eşidib. Hadisəni törədən şəxs evdən çıxaraq onlara atəş açmağa başlayıb. İdarənin bildirdiyinə görə, polisin cavab atəşindən sonra o, …
Read More »Baydenin kralın tacqoyma mərasiminə qatılmaqdan imtinası Londonda birmənalı qarşılanmayıb
ABŞ Prezidenti Cozef Baydenin Britaniya kralı III Çarlzın tacqoyma mərasiminə uçmaqdan imtina etməsi mühafizəkar parlamentarilər tərəfindən krallığın kürəyinə vurulmuş bıçaq zərbəsi kimi qiymətləndiriləcək. Boyukmillet.com xəbər verir ki, Bayden aprelin 11-də regionda uzun illər davam edən silahlı qarşıdurmaya son qoyan Belfast sazişinin ildönümü münasibətilə Şimali İrlandiyaya uçacaq. Eyni zamanda, ABŞ lideri may ayında baş tutacaq tacqoyma mərasiminə gəlməkdən imtina edib. Qəzet …
Read More »Netanyahu İsraildə ehtiyatda olan hərbçilərin səfərbər edilməsini əmr edib
İordan çayının qərb sahilində və Təl-Əvivdə baş verən hücumlarda 3 nəfərin ölümündən sonra İsrailin Baş naziri Binyamin Netanyahu ehtiyatda olan hərbçilərin səfərbər edilməsi barədə göstəriş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “France24” məlumat yayıb. Bildirilib ki, İsrailin hökumət başçısı polisə sərhəd polisinin bütün ehtiyat hissələrini səfərbər etməyi tapşırıb və İsrail Müdafiə Ordusuna əlavə qüvvələrin səfərbər olunmasını əmr edib.
Read More »Aİ-nin Rusiyaya qarşı 11-ci sanksiya paketinin tətbiq edilə biləcəyi tarix məlum olub
Avropa İttifaqı (Aİ) artıq aprel ayında Rusiyaya qarşı 11-ci sanksiya paketini tətbiq edə bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa Parlamentinin Rusiya ilə əlaqələr üzrə nümayəndə heyətinin üzvü, Xorvatiyadan olan deputat İvan Vilibor Sinçiç “İzvestiya” qəzetinə açıqlamasında deyib. O qeyd edib ki, aprelin sonuna kimi yeni məhdudiyyətlər gözləmək olar. Bu qənaətə parlamentari Avropa İttifaqının qərarlarının keçmiş dinamikasına əsaslanaraq gəlib. Xatırladaq …
Read More »Seul Vaşinqtonla Cənubi Koreya ilə bağlı məlumatların sızmasını müzakirə edəcək
Cənubi Koreya hakimiyyəti Pentaqonun məxfi sənədlərinin sızması ilə bağlı ABŞ-la danışıqlar aparacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Seulun diqqətini sənədlərdə ABŞ-ın Ukraynada istifadə üçün artilleriya mərmiləri ilə təmin edilib-edilməməsi ilə bağlı müzakirələrdən bəhs edən məlumatlar cəlb edib ki, bu da Seulun ölümcül silah yardımının göstərilməsi ilə bağlı siyasətini pozur. Cənubi Koreya Prezidentinin rəsmi nümayəndəsi bildirib …
Read More »Makron: “Avropanın ABŞ, Qətər və başqalarından daha çox asılı olması faktdır”
“Avropa son illərdə ABŞ-dan daha çox asılı vəziyyətə düşüb, lakin o, strateji muxtariyyətini gücləndirməlidir, dolların ekstraterritoriallığından asılı olmamalıdır. Bu gün bizim ABŞ, Qətər və başqalarından daha çox asılı olduğumuz faktdır”. Boyukmillet.com xəbər verir ki, bunu “Les Echos” qəzetinə müsahibəsində Fransa Prezidenti Emmanuel Makron deyib. “Bu gün aparılacaq döyüşlər, bir tərəfdən, strateji muxtariyyətimizi sürətləndirmək, digər tərəfdən isə iqtisadiyyatlarımıza maliyyə təmin etmək …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
