Çərşənbə , 10 Dekabr 2025

Digər ölkələr

Zelenski Yaponiyanın Baş naziri ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Yaponiyanın Baş naziri Fumio Kişida ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti sosial şəbəkə hesabında yazıb. “Beynəlxalq nizamın həqiqətən güclü müdafiəçisi və Ukraynanın çoxdankı dostu olan Yaponiyanın Baş naziri Fumio Kişidanı Kiyevdə salamlamaqdan şadam”, – Zelenski bildirib. Prezidentin sözlərinə görə, Kişida Ukraynaya məhz BMT nizamnaməsinin məqsəd və prinsiplərinin, ümumilikdə beynəlxalq təhlükəsizliyin qorunması üçün …

Read More »

Pakistan məhkəməsi İmran Xanın terrorizm ittihamı ilə bağlı həbsinə xitam verib

Lahor Ali Məhkəməsi Pakistanın keçmiş Baş naziri İmran Xanın iki terrorizm ittihamı ilə bağlı həbs qərarına martın 27-dək xitam verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb. Xatırladaq ki, keçmiş Baş nazirə qarşı terrorizm ittihamı martın 18-də İslamabadda hüquq-mühafizə orqanlarının əməkdaşları ilə İmran Xanın kortejini müşayiət edən DZS tərəfdarları arasında baş verən toqquşmadan sonra irəli sürülüb.

Read More »

Polşanın Baş naziri Avropa ölkələrini Rusiya əmlakını müsadirə etməyə çağırıb

Avropa Ukraynanı dəstəkləmək üçün daha güclü siyasi iradə nümayiş etdirməlidir, çünki təcavüzkarlar gec-tez vurduqları zərərin əvəzini ödəməli olacaqlarını bilməlidirlər. Boyukmillet.com xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski Almaniyanın Haydelberq şəhərindəki Ruprext-Karl Universitetində çıxışı zamanı bildirib. “Mən bütün Avropa liderlərinə demək istəyirəm: “Ukraynanı yenidən qurmaq və avropalılar üçün enerji xərclərini azaltmaq üçün Rusiyanın əmlakını müsadirə etməyin vaxtı çatıb”, …

Read More »

Barselona susuz qala bilər

Kataloniya Jeneralitatı Sau su anbarından balıq tutmaq üçün xüsusi tədbir elan edib. Belə ki, kommunal işçilər tonlarla balıq tutmalıdırlar. Bu vəziyyət bölgədəki qlobal quraqlıq səbəbindən inkişaf edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “El Pais” nəşri yazıb. Belə ki, su anbarını təşkil edən çay dayazlaşdıqdan sonra balıqlar oksigen çatışmazlığından öləcəklər. Ölü balıqlar su anbarına düşdüyü üçün çürüməyə başlayacaq və Barselonanın …

Read More »

Mariupolda Ermənistan bayrağı olan “humanitar karvan” görüntülənib

Rusiya hərbçiləri tərəfindən işğal edilən Ukraynanın Mariupol şəhərində üzərində Ermənistan bayrağı olan “humanitar karvan” görüntülənib. Boyukmillet.com xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşşenko özünün teleqram kanalında bildirib. Onun sözlərinə görə, yük avtomobillərini sayrışan mayakları olan avtomobillər müşayiət edib. “İlyiç istiqamətində Ermənistanın, Dağıstanın bayraqları olan, üzərində “humanitar missiya” yazısı olan dörd yük avtomobili görüntülənib”. t.me/andriyshTime/7846

Read More »

Si Cinpin: “Heç bir ölkə digərlərindən üstün deyil”

“Qlobal səhnədə heç bir ölkənin bütün mövcud dünya nizamını müəyyən edən həlledici səsi yoxdur”. Boyukmillet.com xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpinin “Rossiyskaya qazeta”da dərc olunan məqaləsində deyilir. “Beynəlxalq ictimaiyyət yaxşı bilir ki, dünyada heç bir ölkə digərlərindən üstün deyil. Heç bir universal idarəetmə modeli və həlledici sözün bir ölkəyə məxsus olduğu dünya nizamı yoxdur. Planetdə …

Read More »

Ağ Ev: “ABŞ hazırda Ukraynada atəşkəsi qəbuledilməz hesab edir”

Ağ Evin sözçüsü Con Kirbi bildirib ki, ABŞ hazırda Ukraynada atəşkəsi qəbuledilməz hesab edir. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “Fox News”a danışıb. “Bu görüş (Çin Xalq Respublikasının sədri Si Cinpinlə Rusiya Prezidenti Vladimir Putinin görüşü – Red) hər hansı atəşkəs çağırışına səbəb olarsa, bu, qəbuledilməz olacaq. Çünki bu, yalnız bu günə qədər Rusiyanın qazanclarını ratifikasiya edəcək, Putinə yeni …

Read More »

Tayvanın keçmiş rəhbəri Çinə səfər edəcək

Tayvan administrasiyasının keçmiş rəhbəri Ma İnszyu (2008-2016-cı illər) martın 27-dən aprelin 7-dək Çinin bir neçə şəhərinə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “The China Times” məlumat yayıb. Qeyd olunub ki, o, 1949-cu ildən bəri belə bir səfər edən ilk Tayvan administrasiyasının keçmiş rəhbəri olacaq. Nəşrin məlumatına görə, siyasətçi Nankin, Uhan, Çanşa, Çonqsin və Şanxay şəhərlərinə səfər etməyi planlaşdırır. …

Read More »

Britaniya Polşaya qırıcılarla bağlı kömək edəcək

“Varşava MiQ-29 qırıcılarını Kiyevə təhvil verdikdən sonra Böyük Britaniya Polşaya Hərbi Hava Qüvvələrinin gücünü artırmağa kömək etməyə hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi deyib. “Biz Polşanın boşluqları doldurmaq istəyinə son dərəcə müsbət yanaşacağıq. Varşava ilk dəfə Ukraynaya T-72 əsas döyüş tanklarını verəndə biz onlara “Challenger 2” tanklarını verdik. …

Read More »

Banqladeşdə avtobus aşıb, 16 nəfər ölüb

Banqladeşdə sərnişin avtobusunun küvetə aşması nəticəsində azı 16 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə CGTN məlumat yayıb. Hadisə martın 19-da səhər saatlarında Dəkkə-Mava-Bhanqa avtomobil magistralında baş verib. Qəza nəticəsində daha 30 nəfər xəsarət alıb. Hadisə yerində xilasetmə işləri aparılır.

Read More »