Estoniyanın xarici işlər naziri Urmas Reynsalu Avropa İttifaqı ölkələrini ölkənin təcili sursata ehtiyacı səbəbindən altı ay ərzində Ukraynaya bir milyon artilleriya mərmisi göndərməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Estoniyanın təklifinə əsasən, Aİ ölkələri birgə satınalmalar vasitəsilə Ukraynaya bir milyon artilleriya mərmisi verə bilər”, – nazir bildirib. Onun sözlərinə görə, bu …
Read More »BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın raket buraxılışı ilə bağlı iclas keçirəcək
Bu gün BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın son raket buraxılışlarına dair iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a beynəlxalq təşkilatdakı mənbə bildirib. Onun sözlərinə görə, görüş saat 15:00-a (Bakı vaxtı ilə 21 fevral, saat 00:00) təyin edilib. Bundan əvvəl Yaponiyanın Baş naziri Fumio Kisida bildirib ki, rəsmi Pekin Şimali Koreyanın raket buraxılışları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili …
Read More »Almaniya Ukraynadakı müharibəyə görə ötən il 100 milyard avro itirib
Almaniya Rusiya-Ukrayna müharibəsi və bununla əlaqədar Avropada elektrik enerjisi xərclərinin artması nəticəsində ötən il 100 milyard avro itirib. Boyukmillet.com xəbər verir ki, bunu Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun (DIW) prezidenti Marsel Frasşer deyib. Onun sözlərinə görə, Ukraynadakı müharibə, eləcə də bununla bağlı elektrik enerjisi xərclərinin artması Almaniyaya ötən il iqtisadiyyatın məhsuldarlığının təxminən 2,5%-ə başa gəlib ki, bu da 100 milyard avroya …
Read More »Şimali Koreya Yapon dənizinə ballistik raket atıb
Pxenyan bazar ertəsi Yapon dənizinə ballistik raket atıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Cənubi Koreya ordusuna istinadən “Reuters” agentliyi məlumat yayıb. Məlumata görə, raket artıq dənizə düşüb. Bu arada, Yaponiya Sahil Mühafizəsi KXDR-dən daha iki ballistik raketin buraxıla biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Read More »Braziliyada leysan yağışlar onlarla insanın həyatına son qoyub
Braziliyanın San-Paulu ştatının şimal sahillərində yağan güclü yağışlar nəticəsində azı 24 nəfər ölüb, onlarla insan itkin düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “G1” portalı məlumat yayıb. Son gün ərzində əraziyə bir aylıq yağıntı norması düşüb. Təbii hadisə çoxsaylı daşqın və sürüşmələrə, yaşayış binalarının və infrastrukturun dağılmasına səbəb olub. San-Paulu ştatının eyniadlı paytaxtını sahilyanı ərazilərlə və qonşu Rio-de-Janeyro ilə birləşdirən …
Read More »Rusiyanın Ukraynadakı itkiləri 142 860-a çatıb
Rusiya ordusunun Ukraynadakı itkilərinin sayı 142 860 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Məlumata görə, son sutkada Rusiyanın 590 hərbçi məhv edilib. Qeyd olunub ki, bundan başqa Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 310 tank, 6 545 zirehli maşın, 2 016 operativ-taktiki PUA, 469 reaktiv yaylım atəşi sistemi, 2 327 artilleriya sistemi, …
Read More »Texasda atışmada azı 4 nəfər ölüb
ABŞ-nin Texas ştatının Qalena Park şəhərində atışmada azı dörd nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə dairənin polisi Harris Ed Qonsales tviterdə bildirib. Bildirilib ki, dörd nəfərin hamısı yerindəcə ölüb. Yerli polis şöbəsinin şerifləri hadisə yerinə gəliblər. Hadisənin başvermə səbəbləri hələlik bəlli deyil.
Read More »Argentina Ukrayna üçün humanitar yardım göndərib
Argentinanın Ukrayna üçün humanitar yardımı Polşaya yola düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi məlumat yayıb. “XİN-in tabeliyində olan və Sabina Frederik tərəfindən idarə olunan Argentinanın Beynəlxalq Əməkdaşlıq və Humanitar Yardım Agentliyinin rəhbərliyi öz ərazilərində hərbi münaqişədən zərər çəkmiş ukraynalılara yardımın 12-ci partiyasının göndərilməsində dəstək olub”, – məlumatda vurğulanıb. İdarə diqqətə çatdırıb ki, humanitar …
Read More »Blinken: “Rusiya İrana müasir qırıcılar verə bilər”
“ABŞ administrasiyası hesab edir ki, Moskva Tehrana müasir Rusiya qırıcıları verə bilər ki, bu da İranı daha da təhlükəli ölkəyə çevirəcək”. Boyukmillet.com xəbər verir ki, bunu “CBS” telekanalına müsahibəsində ABŞ dövlət katibi Entoni Blinken bildirib. O, bir daha təsdiq edib ki, İran Rusiyanı Ukraynada hərbi əməliyyatlar zamanı istifadə olunan pilotsuz uçuş aparatları ilə təmin edir. “Rusiya ilə İran arasında münasibətlər …
Read More »ABŞ-ın Suriyadakı hərbi bazası raket atəşinə məruz qalıb
Suriyanın Deyr əz-Zor əyalətində yerləşən ABŞ hərbi bazası raket atəşinə məruz qalıb. Boyukmillet.com xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb. Hücum nəticəsində yaralananlar və ölənlər barədə məlumat yoxdur. “Al Hadath” telekanalının məlumatına görə, Koniko və Əl Ömər yataqlarının yaxınlığında yerləşən bazanın uçuş-enmə zolağı hücuma məruz qalıb.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
