Bazar ertəsi , 12 Yanvar 2026

Digər ölkələr

Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket atıb

Dekabrın 18-də Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket atıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb. Bildirilib ki, Yaponiya mühafizə gəmiləri bölgədəki gəmiləri raket parçaları aşkar edilərsə, onlara yaxınlaşmamağa, dərhal səlahiyyətlilərlə əlaqə saxlamağa çağırır. Xatırladaq ki, bu raket buraxılışı bu il artıq 35-ci olub.

Read More »

Pakistanın Baş naziri Əfqanıstanla bağlı dünya ictimaiyyətinə çağırış edib

Pakistanın Baş naziri Şahbaz Şərif Əfqanıstanla sərhəddəki gərginliklə bağlı dünya ictimaiyyətinə çağırış edib. Boyukmillet.com-un xəbərinə görə, hökumət başçısı tviterdə yazıb ki, Əfqanıstanın müvəqqəti hökuməti belə hadisələrin təkrarlanmamasını təmin etməlidir. “Əfqanıstan Sərhəd Qüvvələrinin Şamanda səbəbsiz yerə atəşkəsi pozması və nəticədə bir neçə Pakistan vətəndaşının ölməsi və yaralanması təəssüf doğurur. Bu, ən sərt qınaqlara layiqdir”, – o bildirib. Qeyd edək ki, ötən …

Read More »

Rusiya və Türkiyə “taxıl sazişi”nin paket xarakterini təsdiqləyib

“Taxıl sazişi”nin paket xarakteri dekabrın 8-9-da İstanbulda Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin və türkiyəli həmkarı Sedat Önal arasında keçirilən məsləhətləşmələr zamanı təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tərəflər iyulun 22-də imzalanan İstanbul razılaşmasını nəzərdən keçiriblər: “Sazişin paket xarakteri, yəni Ukrayna ərzaq məhsullarının ixracı üzrə Qara dəniz təşəbbüsü, Rusiya gübrələrinin …

Read More »

Rumıniya Avstriyadakı səfirini geri çağırıb

Rumıniya Avstriyadakı səfiri Emil Hurezeananı məsləhətləşmələr üçün geri çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ruminiya Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, buna səbəb Avropa İttifaqının Daxili İşlər və Ədliyyə Şurasının iclasında Avstriyanın Ruminiyanın Şengen zonasına qoşulmasının əleyhinə səs verməsi olub. Xatırladaq ki, Rumıniya və Bolqarıstanın Şengen zonasına qoşulmaq üçün müraciətləri cümə axşamı Brüsseldə Aİ-nin Daxili İşlər və Ədalət …

Read More »

ABŞ Ukraynaya PUA-ya qarşı mübarizə aparmaq üçün avadanlıq verməyi planlaşdırır

ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemini möhkəmləndirmək və PUA-ya qarşı mübarizə aparmaq üçün hərbi avadanlıq verməyi planlaşdırır. Boyukmillet.com “Reuters” agentliyinə istinadla xəbər verir ki, hərbi yardım paketi 275 milyon dollar həcmindədir. Hrəbi yardım paketinə, həmçinin HIMARS reaktiv yaylım atəşi sistemləri, zirehli “Humvee” və enerji generatorları üçün sursat da daxildir. Sənədlərə əsasən, silahlar Pentaqonun anbarlarından köçürüləcək. Bu hərbi yardım paketinin tərkibinin …

Read More »

Perunun vitse-prezidenti dövlət başçısı kimi and içib

Perunun birinci vitse-prezidenti Dina Boluarte çərşənbə günü dövlət başçısı kimi and içib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, andiçmə mərasimi parlamentin tviter səhifəsində canlı yayımlanıb. “Tanrının, vətənin və bütün peruluların adına and içirəm ki, Peru Konstitusiyasına uyğun olaraq üzərimə götürdüyüm respublika prezidenti vəzifəsini bu gündən 2026-cı il iyulun 26-na qədər vicdanla yerinə yetirəcəyəm”, – o deyib.

Read More »

Avropa Komissiyası Rusiyaya qarşı 9-cu sanksiyalar paketini açıqlayıb

Avropa Komissiyası Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinin məzmununu açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bəyanat yayıb. Lyayenin sözlərinə görə, paketdə əsas anti-Rusiya sanksiyaları var. İlk olaraq sanksiya tətbiq edilən şəxslərin siyahısına əlavə olaraq 200-ə yaxın fiziki və hüquqi şəxs daxil edilib. Onların arasında Rusiya silahlı qüvvələri, eləcə də ayrı-ayrı zabitlər və hərbi …

Read More »

ABŞ Türkiyəyə “F-16” satışını məhdudlaşdıran maddələri müdafiə büdcəsindən çıxarıb

ABŞ Konqresinin Nümayəndələr Palatasının Türkiyəyə “F-16”ların satışını məhdudlaşdıran maddələri müdafiə büdcəsi qanun layihəsindən tamamilə çıxarıb. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, ABŞ Konqresinin hər iki palatasının Silahlı Qüvvələr üzrə Komitələri 2023-cü maliyyə ili üçün (oktyabrın 1-dən başlayaraq) 858 milyard dollarlıq müdafiə büdcəsini razılaşdırıblar. Qanun layihəsinin son variantında yunan lobbisinə yaxınlıqları ilə tanınan Nyu-Hempşir nümayəndəsi demokrat Kris Pappas, Florida ştatının respublikaçı …

Read More »

Əfqanıstanın şimalında partlayış törədilib, 5 nəfər ölüb

Əfqanıstanın şimalında törədilən terror aktı nəticəsində azı 5 nəfər həlak olub. Boyukmilet.com TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “The Khaama Press” agentliyi məlumat yayıb. Partlayış Bəlx vilayətinin mərkəzi olan Məzari-Şərif şəhərində avtobusa quraşdırılmış bombanın işə düşməsi nəticəsində baş verib. İlkin məlumatlara görə, avtobus “Haraton Oil” neft şirkətinin əməkdaşlarını daşıyırmış. Hadisə ilə bağlı istintaq aparılır.

Read More »

BMT TŞ Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası (TŞ) dekabrın 6-da Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndiliyi məlumat yayıb. Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib ki, BMT Təhlükəsizlik Şurasında Qərb ölkələrinin təşəbbüsü ilə Ukraynadakı humanitar vəziyyətlə bağlı iclas keçiriləcək.

Read More »