Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Çin və Yaponiyanın xarici işlər nazirləri son üç ildə ilk dəfə görüşüblər

Yaponiyanın xarici işlər naziri Yosimasa Hayaşi son üç ildə ilk dəfə çinli həmkarı Çin Qan ilə görüşüb.

Yosimasa Hayaşi bu yaxınlarda Çində Yaponiya vətəndaşının həbs edilməsi ilə bağlı etirazını bildirib və qeyd edib ki, həmin şəxs dərhal azad edilməlidir. Lakin çinli nazir cavab verib ki, məhkəmə işə qanun çərçivəsində baxacaq.

Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, indiyədək Çində beş yapon vətəndaşı saxlanılıb, onlardan ikisi artıq təqsirli bilinərək mühakimə olunub.

Yaponiya tərəfi Çinin hərbi fəallığının artmasından, o cümlədən Rusiya ilə əməkdaşlıq və Şərqi Çin dənizində varlığından narahatlığını ifadə edib.

Çinin xarici işlər naziri Yaponiyanı Tayvan məsələsinə qarışmamağa və ya heç bir şəkildə Çinin suverenliyinə xələl gətirməməyə çağıraraq, Tayvanın Pekinin maraqlarının əsasını təşkil etdiyini vurğulayıb.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …